Ağkənd (Zəngilan)

AğkəndAzərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd.[1]

Ağkənd
39°11′21″ şm. e. 46°27′15″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 780 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ağkənd xəritədə
Ağkənd
Ağkənd

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Ağkənd kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrdə sarallı tayfasının aldavudlu, qəzənfərli, ismayıllı, hacıaxundlu nəsillərinə məxsus binə yerində salınmışdır. Oykonim ağ (burada varlı, dövlətli, yaşayış səviyyəsi yüksək olan) və kənd (əhalisi əksəriyyətlə kənd təsərrüfatında çalışan yaşayış məntəqəsi) sözlərindən düzəlib, "varlı kənd" deməkdir.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Ağkənd (Zəngilan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.