ÇİN
ÇİNƏDƏN
OBASTAN VİKİ
Böyük Çin
Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi. "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, Makao və Tayvanı əhatə edən bir bölgəni nəzərdə tutur. Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir. == İstifadəsi == Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda Honkonq və Tayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir. "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir. Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir. Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur. == Tarixi == Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada, sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin (dəqiqləşdirmə)
Çin Şərqi Asiyada bir bölgə.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
Çin Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Çin Səddi
Böyük Çin səddi — bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Çin abeliyası
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Çin aktinidiyası
Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir. == Ekologiyası == Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir. == Azərbaycanda yayılması == Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir. == İstifadəsi == Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çin alliqatoru
Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır. Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır. == Təsvir == Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir.
Çin ardıcı
Çin ardıcı (lat. Juniperus chinensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Şimali-Şərqi Çində, Koreyada, Yaponiyada bitir. Hündürlüyü 20 metrə qədər, sürünən zoğları olan ikievli kol, bəzən ağacdır. Cavan zoğların və qoca budaqların iynəyarpaqları iynəşəkilli, yuxarı budaqlarda qabıqşəkilli, mavi-yaşıldır. Cavan budaqları qonur-qırmızı, yumru-dördhissəli, çox nazikdir. Bitkilər ikievli və ya birevlidir. Çətiri erkək nümunələrin iynəyarpaqları piramida formalı, göyümtül rəngdədir. İynəşəkilli, dişilərdə isə qabıqşəkilli olur. Xırda yarpaqları kütucludur.
Çin azərbaycanlıları
Çin azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Çində yaşayan hissəsinin adı. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində Azərbaycanın Pekindəki səfirliyində yaradılmış məntəqə üzrə adları seçici siyahısında olan 280 seçicidən 267-si (95 faiz) səsvermədə iştirak etmişdir. == Çin azərbaycanlılarının fəaliyyəti == 2009-cu ildə Çində yaşayan azərbaycanlılar İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində dünyadan təcrid olunmuş fələstinlilər üçün 9 min dollar ianə toplayıb. 2012-ci ildə Çində yaşayan azərbaycanlılar Ramil Səfərovun əfv edilməsini qeyd etmək üçün işlədikləri restoranda heç kəsdən hesab almayıb. == Həmçinin bax == Azərbaycan-Çin münasibətləri == İstinadlar == == Xarixi keçidlər == "Diasporanın üzərinə düşən gözəl missiya-səpələnənləri bir yerə yığmaq". İstifadə tarixi: 2015-06-22.
Çin bayramaları
Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur. "Rəsmi bayramlar" Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr). Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər. == Çin Yeni ili == Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərin birinə düşür. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Yeni il Bahar bayramı adlandırılmışdır.
Çin bayramları
Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur. "Rəsmi bayramlar" Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr). Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər. == Çin Yeni ili == Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərin birinə düşür. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Yeni il Bahar bayramı adlandırılmışdır.
Çin bayrağı
Çin bayrağı — Çinin Dövlət bayrağı.
Çin bağçası
Çin bağçası üç min ildir inkişaf etmiş mənzərəli bağ tərzidir. Buraya həm Çin imperatorlarının və həm də imperator ailəsinin üzvlərinin zövq almaq və təsirləndirmək üçün qurduğu geniş bağları və alimlər, şairlər, keçmiş dövlət məmurları, əsgərlər və tacirlər tərəfindən əks olunmaq və qaçmaq üçün yaradılan bağlar daxildir. İnsanlarla təbiət arasında mövcud olan harmoniyanı ifadə etmək məqsədi daşıyan idealizə olunmuş miniatür mənzərə yaradırdılar. Tipik bir Çin bağçası divarlarla əhatə olunmuşdur və bir və ya daha çox gölməçəni, qaya əsərlərini, ağacları və çiçəkləri və bağ içərisindəki sarma yolları əhatə edir. Quruluşdan quruluşa keçərək ziyarətçilər mənzərə şəkillərinin bir tumurcuğu kimi açaraq diqqətlə tərtib edilmiş bir sıra səhnələrə tamaşa etmək olar. == Tarixi == Ən erkən qeydə alınan Çin bağçaları Şan sülaləsi dövründə (e.ə. 1600–1046) Sarı çay vadisində yaradılmışdır. Bu dövrdən bəri pu, siz və yuan yazıları olan çin simvolu tısbağa qabıqlarında həkk edilmişdir. Şan sülaləsinin məşhur kral bağı, paytaxtı Yinin qərbində Wenwang tərəfdə inşa edilən Teras, Gölet və Ruh Parkı (Lingtai, Lingzhao Lingyou) idi. Başqa bir erkən kral bağı, son Şan hökmdarı Kral Zhou (1075–1046) tərəfindən tikilən Shaqui və ya Kum Təpələri idi.
Çin belamkandası
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Çin birgözü
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. == Ekologiyası == May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
Çin bəbiri
Çin coğrafiyası
== Çin coğrafiyası == Belə bir fikir mövcuddur ki, ölkənin coğrafi mövqeyi və iqlimi orada yaşayan xalqların xarakteri, adət və ənənələrinin formalaşmasına ciddi təsir edir. Buna görə də, Cinlə maraqlananları başlanğıc üçün onun coğrafiya və iqlimi ilə qısaca tanış etmək istəyirik. == Ərazisi == Sakit okeanın qərb suları ilə yuyulan Çin, Asiyanın şərqində yerləşir. Çinin quru ərazisi 9,6 mln.km2-dir. Çin ərazisi cənubdan şərqə 5,7 min km, şimaldan cənuba isə 3,7 min km uzanır. Çin həmçinin ucsuz-bucaqsız dəniz sərhədlərinə də malikdir. Çinin şərq və cənub-şərq sahillərini Boxay, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri yuyur. Çinin ərazi sularının ümumi sahəsi 4,73 mln. km2-dir. Çin sahillərində çoxlu adalar vardır ki, bunların ən böyüyü Tayvan və Xaynandır.
Çin dalaqotu
Çin dalaqotu (lat. Chrysosplenium sinicum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin dalaqotu cinsinə aid bitki növü.
Çin məhəlləsi
Çin qəsəbəsi (ing. Chinatown) — Çindən kənarda Çinlilərin kompakt yaşadığı yerlərə verilən ad. Çox zaman bu məhəllələri "Çayna-taun" da adlandırırlar. Çin məhəlləri Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. Burada bir neçə ştat istisna olmaqla, qalan bütün ştatlarda çin məhəllələri vardır. Nyu-York, London və San-Fransisko şəhərlərində yerləşən çin məhəlləri, böyük tipli yaşayış sahəsi hesab olunur. Çin məhəllərində əsasən Çindən yeni gəlmiş miqrantlar məskunlaşır. Bu məhəllələrdə əsasən Çin dilindən istifadə edilir. Çin məhəlləsində ingilis dilini bilmədən yaşayan çinlilərin sayıda çoxdur. Onlar gündəlik həyatlarında çin dilindən istifadə edirlər.
Çin mərəvcəsi
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Çin mətbəxi
Çin mətbəxi — Çin Xalq Respublikasının mətbəxi. Çin mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Vyetnam, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Bundan başqa tərəvəzlər və soya da Çin mətbəxinin əsas inqrediyentlərini təşkil edir. Ət və balıqdan isə başqa mətbəxlərlə müqayisədə nisbətən az istifadə olunur. Çin mətbəxində ətli və ya tərəvəzli yeməklər arasında dəqiq ayırma yoxdur. Əksinə olaraq müxtəlif inqrediyentlər vahid bir xörək hazırlamaq üçün birləşdirilir. Qidanın ahəngdarlığı Çin mətbəxin səciyyəvi xüsusiyyətidir. Məsələn, süfrəyə heç vaxt tərkibi eyni ətdən ibarət olan və yaxud oxşar dadlı və ya tərkibli iki xörəyi heç vaxt qoymazlar.

Значение слова в других словарях