Çin məhəlləsi

Çin qəsəbəsi (ing. Chinatown) — Çindən kənarda Çinlilərin kompakt yaşadığı yerlərə verilən ad. Çox zaman bu məhəllələri "Çayna-taun" da adlandırırlar.

Çin məhəlləri Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. Burada bir neçə ştat istisna olmaqla, qalan bütün ştatlarda çin məhəllələri vardır. Nyu-York, LondonSan-Fransisko şəhərlərində yerləşən çin məhəlləri, böyük tipli yaşayış sahəsi hesab olunur. Çin məhəllərində əsasən Çindən yeni gəlmiş miqrantlar məskunlaşır. Bu məhəllələrdə əsasən Çin dilindən istifadə edilir. Çin məhəlləsində ingilis dilini bilmədən yaşayan çinlilərin sayıda çoxdur. Onlar gündəlik həyatlarında çin dilindən istifadə edirlər. Nyu-Yorkda yerləşən Çin məhəlləsi digərlərinə nisbət böyük olduğundan burada, çin dilində qəzet nəşr edilir və orta məktəbdə çin dilində təhsil verilir.San-Fransiskoda yerləşən Çin qəsəbəsində məşhur karate ustası ,aktyor Brüs Li anadan olub.