ümum-Bakı
ümum-Rusiya
OBASTAN VİKİ
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. == Etimologiya == Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Ümum-Rusiya Müsəlmanları Qurultayı
== Qurultayın keçirilməsi zərurəti == Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz, Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi muxtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar. == Qurultayın təşkili və keçirilməsi == Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı. Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli muxtariyyət, müharibəyə münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda); Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanlarının böyük milli şurasını seçmək və s. məsələlər dururdu. Qurultayın gündəliyindəki on dörd məsələnin müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil olunmuşdu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - Məhəmməd Əmin Rəsulzadə və Ə.Salihov çıxış etdilər.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. == Seçki nəticələri == Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: == İstinadlar == == Əlavə ədəbiyyat == V. I. Lenin.
Alamos (Qafqaz)
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Albanopolis (Qafqaz)
Albanopolis – xristian ənənəsinə görə həvari Varfolomeyin çarmıxa çəkildiyi, böyük ehtimalla Qafqazda olan şəhər. == Tarixi mənbələr == XVIII agioqraferi Albin Batler (ing. Alban Butler) "Müqəddəslərin həyatları" əsərində qeyd edir: Ancaq Batler qeyd edir ki, Hindistan yunan və latın müəlliflərdən tərəfindən laqeydliklə Ərəbistan, Efiopiya, Liviya, Parfiya, Persiya və midiyalıların torpağına tətbiq edilən addır. == Yeri == Buna baxmayaraq, Albanopolisin yerləşdiyi yer olaraq ən azı üç yer təklif edilib: Dərbənd, Başkaledeki Albayraq (Türkiyə) və Bakı. Bakının Albanopolis olmaq ehtimalı böyükdür. Çünki Azərbaycan Respublikası tarixən Albaniya adlanırdı.
Baş Qafqaz
Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Azərbaycanda ən hündür nöqtəsi Bazardüzü zirvəsidir (4466 m). Baş Qafqaz Qafqaz bərzəxində ən hündür sıra dağlardır. İm.-q.-dən cənub-Şərqə doğru 1100 km. məsafəyə qədər uzanır. Suayrıcı silsiləsi də adlanır. Burada baş sözü "böyük" mənasını ifadə edir.
Böyük Qafqaz
Böyük Qafqaz — Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. == Oroqrafik təsvir == Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.
Cənubi Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Kiçik Qafqaz
Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubunda yerləşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə sərhədlərindən keçir. == Kiçik Qafqaz haqqında == Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri; Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır.
Qafqaz (2007)
== Məzmun == Filmdə hadisələr 1990-1994-cü illərdə baş verir. Filmin süjet xətti İncildəki bir ayədən götürülərək, Qafqaz reallığına, müasir vaxta uyğunlaşdırılmışdır. Qafqazda müharibə başlayır. 75 yaşlı Mariya (Ada Roqovseva) oğlunu müharibədə itirir. O, gəlini Sofiya (Lyubov Tolkalina) ilə 12 ildir Qafqazda yaşayır. Aclıq başlanan zaman onlar Rusiyaya köçmək istəyirlər. Qadınlar qərara alırlar ki, onlar Moskvaya getməlidirlər. Mariya kiçik itini, Sofiya isə kiçik çemodanını götürüb qatara otururlar və yola düşürlər. Qonşu kupedə fotomüxbir Aleksandr (Andrey Çernışov) da gedir. Sofiya ilə Aleksandr bir-birini sevirlər.
Qafqaz (dəqiqləşdirmə)
Qafqaz — coğrafi region. Böyük Qafqaz — Böyük Qafqaz Xəzər və Qara dəniz arasında yerləşən dağ sistemi, Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Kiçik Qafqaz — Qafqazda olan 2 dağ sıralarından biri Şimali Qafqaz — Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir. Cənubi Qafqaz — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşir Baş Qafqaz silsiləsi — Böyük Qafqaz dağlarının əsas suayrıcı silsiləsi. Qafqaz dağları — Xəzər və Qara dəniz arasında dağ sisteminin əmələ gətirdiyi, Avropa ilə Asiya qitəsinin sərhəddində yerləşən coğrafi rayon. Qafqaz dilləri — Təqribən 40-a qədər Qafqazda yayılmış dilləri özündə birləşdirən şərti ad. Qafqaz (Qaraçay-Çərkəz) Filmlər Qafqaz rəqsi (film, 1898) — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.
Qafqaz (jurnal)
Qafqaz (türk. Kafkasya, alm. Der Kaukasus‎) — Qafqaz siyasi mühacirlərinin 1951-ci ilin avqustundan 1952-ci ilin dekabrınadək Münhendə türk, ingilis və rus dillərində nəşr etdirdikləri jurnal. == Tarixi == Vahid konfederatif Qafqaz dövləti yaratmaq ideyasını təbliğ edirdi. Əli xan Qantəmirin redaktorluğu ilə çıxan jurnal 1-ci sayındakı "Dava və qayəmiz" adlı baş məqaləsində yazırdı: Jurnalda Qafqaz birliyi ideyasına, ərazidə yaşayan xalqların tarixi birliyinə, həmçinin çar Rusiyasının, sovet rejiminin Qafqazdakı siyasətinə dair elmi-publisistik materiallar dərc edilirdi. Əli xan Qantəmirin "Qafqaz" (1951, avqust, № l), Əhməd Nəbi Maqomanın "Qafqazın istiqlal mücadiləsi" (1951, avqust, № 1), Mirzə Bala Məmmədzadənin "Azərbaycanda ruslaşdırma siyasəti" (1952, iyun-iyul, № 11–12) və digər çoxsaylı məqalələrdə Qafqazın tarixi coğrafiyası, burada yaşayan xalqların adət-ənənəsi və yadellilərə qarşı birgə mübarizəsindən bəhs olunurdu. == Mövzuları == "Qafqasyanın ən çox müraciət etdiyi mövzu sovet rejimi və ideologiyasının, bolşevizmin xalqlara gətirdiyi bəlaların tənqidi idi: Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycanda Aprel inqilabı" (1952, N9İ0), R. Trahonun "Şimali Qafqazda kollektivləşdirmə" (1952, Nell-12), M. H. Türkəqulun "Qızıl Rus imperiyası qan üzərində qurulmuşdur" (1952, N°14) məqalələri və s. Məhəmməd Əmin Rəsulzadənin "Qafqaz Konfederasiyası hərəkatı" (1951, N°2–3) və "Qafqaz məsələsi" (1952, Ne6–14) məqalələri Qafqaz birliyi ideyasımn proqramı adlandırıla bilər. Mirzə Bala Məmmədzadənin "Milli istiqlal davamızın bugünkü səhifəsi" adlı yazısında (1952, avqust № 13) bir tərəfdən, rusların nəyin bahasına olursa-olsun, "vahid və bölünməz Rusiya" qurmaq niyyətləri ifşa edilirsə, digər tərəfdən, "milli istiqlal davamızı ruslarla bir bazarlıq mövzusu halına" gətirən qeyri-rus, o cümlədən Azərbaycan mühacirətinin yanlış mövqeləri tənqid olunur. "Hər şeydən öncə — milli istiqlal" adlı başqa bir məqaləsində (1952, oktyabr, № 15) M. B. Məmmədzadə Amerika Komitəsinin sədri admiral Kerki "Sovetlərdəki millətlərin istiqlal haqqını şübhə altına aldığına" görə qınayaraq yazırdı: "Bizim üçün, hər şeydən öncə, milli istiqlalımız bəhs mövzusu olduğu halda və müqəddəs haqqımızın qeyd və şərtsiz tanınmasını tələb etdiyimiz halda, Amerika Komitəsinin siyasətinə tərcüman olan admiral Kerk bunun tam əksini id-dia edir, hətta daha irəli gedərək, "bir çox millətin qaynayıb-qarışıb tək bir millət" ola biləcəyini mümkün görür".
Qafqaz (qəzet)
"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr. == Tarixi == 1846-cı ildə işıq üzü görüb. Canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi. 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşmə baş tutdu və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi. 12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında qoyulan imzada ilk dəfə "M. Qorki" təxəllüsü peydə olmuşdur. 1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırıb.
Qafqaz Albaniya
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Albaniyası
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Avarları
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Qafqaz təqvimi
Qafqaz təqvimi (rus. «Кавказскій календарь») — Rusiya imperiyasının 1845–1916-cı illərdə Tiflisdə nəşr olunan illik kitab seriyası nəşri. Bu, Qafqazda nəşr olunan ilk kitab seriyası idi. == Tarixi == Qafqaz Təqvimi Qafqaz haqqında ilk seriyalı məlumat kitabçası idi. Kitabça Tiflisdə nəşr edilmişdir. İlk sayı 1845-ci ildə Zaqafqaziya Ərazisi Baş İdarəsinin mətbəəsində nəşr edilmişdir. Kitabça ildə bir dəfə nəşr olunurdu (mövbəti il). "Qafqaz təqvimin"də çoxlu sayda etnoqrafik və tarixi materiallar dərc olunurdu. Xalq təhsili, kənd təsərrüfatı bitkiləri məsələləri ilə bağlı yazılara yer verilirdi. Kitbçada o cümlədən Qafqaz xalqlarının adətləri, dinləri və daha bir çox şey haqqında məlumatlar nəşr edilirdi.
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Qafqaz xalqları
== Antropoloji tərkibi == Qafqaz xalqları morfoloji quruluşlarında Əşrəf irqinin əlamətləri müşahidə olunan noqaylar, habelə Qafqazın Rusiya tərəfindən işğalından sonra buraya köçürülən ruslar istisna olmaqla böyük ağ irqin cənub qoluna aid olunurlar. Morfoloji baxımdan Qafqaz xalqları arasında kəskin fərqlərin olmaması, ayrı–ayrı antropoloji tiplərin daha geniş təsnifatına və səciyyələndirilməsini çətinləşdirir. XX əsrin 50–ci illərindən başlayaraq Qafqaz xalqlarının antropoloji cəhətdən öyrənilməsi geniş vüsət alsa da keçmiş SSRİ–də bütün elmlər kimi antropologiya elmi də mövcud siyasi doktrinadan asılı olduğundan bu sahədə xeyli yanlışlıqlara yol verildi. Rejimin vahid sovet xalqı yaratmaq istəyi nəticəsində Qafqazda, xüsusilə də onun şimal hissəsində antropoloji baxımdan bir–birlərindən kəskin şəkildə fərqlənən xalqlar eyni adla çağrılmağa və onlar arasındakı bu fərqliliklərin, sözün əsl mənasında "malalanmasına" başlanıldı. Obyektiv tədqiqatlar isə göstərir ki, məsələn ümumi adlar (ləzgi, avar, dargin, lak) altında birləşdirilən Dağıstan Respublikasında yaşayan xalqlar arasındakı morfoloji fərqlər, Oğuz irqinin şərq (türkmənlər) və qərb (Azərbaycan türkləri ) qolları arasındakı fərqliliklərdən daha çoxdur. Böyük Qafqaz dağlarının şimalında, Qara dəniz sahillərindən Xəzər dənizi sahillərinə qədər uzanan ərazidə yaşayan Şimali Qafqaz xalqları III saç örtüyünün gur inkişafı, dodaqlarının nazikliyi, başlarının enlilik diametrinin böyüklüyü, burunlarının nazikliyi (leptoriniya) və əyriliyi ilə seçilirlər. Bu əlamətlər Şimali Qafqazın şərq və qərb hissələrinə görə dəyişilir. Qərbdə adıgey xalqları (şapsuqlar, abxazlar və s.), şərqdə isə Dağıstan xalqları (avarlar, darginlər, ləzgilər) məskunlalmışlar. Qərb qrupları şərqdəkilərdən uzunbaşlılıqları, başlarının daha az enliliyi, baş göstəricisinin kiçikliyi daha düz burunluluqları, IIIsaç örtüyünün daha az inkişafı, daha ucaboyluluqları, qaragözlülüklərilə seçilirlər. Qərb qrupunda I, şərqlilərdə isə II qan qrupu üstünlik təşkil edir.
Qafqaz xameneriumu
Hündürlüyü 30-50 sm, gövdəsi əsasından yayılan və ya sürünən, az qalxan, aşağı hissədə çılpaq, qurumuş, aralanmış nazik qəhvəyi rəngli qabıqlıdlr, yuxarı hissədə tüklü, sadə və ya az budaqlanan yarımkoldur. == Yarpaq == Yarpaqlarının orta hissəsindən aşağısı daha çox genişlənmiş, sivri ucluğa tədricən daralandır, tünd yaşıl rənglidir, kənarları xırda dişli, oturaq və yaxud çox qısa saplaqlıdır,çılpaq və ya kənarları və orta damarı tüklüdür,uzunluğu 3,5 sm, eni 5-7 mm-dir. == Çiçək == Salxımı qısalmışdır, demək olar ki,qalxanşəkillidir, azçiçəklidir. == Meyvə == Qutucuq tünd-qırmızımtıl rəngdədir,nazik tüklü, yetişmişləri demək olar ki, çılpaqdır,uzunluğu 7 sm-ə qədərdir. Toxumları açıqq əhvəyirəngli,uzunluğu 2 mm-ə yaxındır, xırda məməciklidir. == Çiçəkləməsi == İyul-Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. Subalp və alp qurşağında. == Yaşayış mühiti == Dağdan axan çayların çaqıl daşları üzərində rast gəlinir.
Qafqaz xanımotu
Qafqaz xanımotu (lat. Atropa caucasica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 1-1,5 (2) m, gövdəsi düz, budaqlanmış, yaşıl, bəzən qırmızımtıl rəngli, çılpaq və ya demək olar ki, yuxarı hissəsi vəzili-tüklü olan çoxillik ot bitkisidir. Kökümsovu qalın, çoxgünbəzlidir, iri şaxələnmiş kökləri vardır. Çoxillik ot bitkisidir. Yarpaqları iri, yumurtaşəkilli və ya uzunsov-ellipsvaridir, tamkənarlıdır. Sivri və ya az sivriləşmişdir, qaidə hissəsində qısa saplağa (1-3 sm uzunluqda) daralmışdır,çılpaqdır və yaxud alt tərəfdən damarın üzəri tüklüdür. Hər iki tərəfdən çox az bozumtul nöqtəlidir (oturaq vəziciklər), yuxarı yarpaqlar cüt-cüt düzülmüş və eyni böyüklükdə deyil, uzunluğu 10-20 sm, eni 4-9 sm-dir.
Qafqaz xaçlıcası
Qafqaz xaçlıcası (lat. Pelodytes caucasicus) — Suda-quruda yaşayanların Xaçlıcalar cinsinə aid qurbağa növü. == Təsviri == Kiçik ölçülü qurbağa olaraq 60 mm uzunluğa malikdir. Bel nahiyəsində xaç şəkli vardır. Bəzən isə bel nahiyyəsi qırmızı xallar olur. Aşağı nahiyyəsi isə ağ rəngdə olur. Rəngi açıqdan tünd qəhvəyiyə qədər müxtəlif çalarda olur. == Yayıldığı ərazilər == Qafqaz xaçlıcası əsasən Rusiyanın Krasnodar vilayətində və Stavropol vilayətinin cənub-qərb hissələrində və Gürcüstan cənub-şərqində yayılmışdır. Azərbaycanda isə əsasən Zaqatala və Balakən rayonlarında və hənim ərazilərə yaxın bölgələrdə rast gəlmək olar. Türkiyə ərazisində isə Rize dağlarının yamaclarında rast gəlmək olar.
Qafqaz xulu
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir == Morfoloji əlamətləri == Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Qafqaz xurması
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.