Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir.
Ümumrusiya Müəssislər Məclisi | |
---|---|
Всероссийское Учредительное собрание | |
Ümumi məlumatlar | |
Növü | Müəssislər məclisi |
Ləğv olunma tarixi | 1918 |
İdarə heyəti | |
Müəssislər Məclisinin sədri |
Viktor Çernov 18–19 yanvar 1918 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 767 |
Vikianbarda əlaqəli mediafayllar |
Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir.[1] Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir.[2] Seçkinin nəticələri belə idi:
Partiya | Səslər [3] | % |
---|---|---|
Sosialist inqilabçılar ("eserlər") | 17,943,000 | 40.4% |
Bolşeviklər | 10,661,000 | 24.0% |
Ukrayna eserləri | 3,433.000 | 7.7% |
Konstitusiyalı Demokratiya Partiyası ("Kadetlər") | 2,088,000 | 4.7% |
Menşeviklər | 1,144.000 | 2.6% |
Rusiyadakı digər liberal partiyalar | 1,261,000 | 2.8% |
Gürcüstan Menşevik Partiyası | 662,000 | 1.5% |
Müsavat (Azərbaycan) | 616,000 | 1.4% |
Daşnaksutyun (Ermənistan) | 560,000 | 1.3% |
Sol eserlər | 451,000 | 1.0% |
Digər sosialistlər | 401,000 | 0.9% |
Alaş Orda (Qazaxıstan) | 407,000 | 0.9% |
Milli azlıqların digər partiyaları | 407,000 | 0.9% |
Ümumi (sayılan səslərin) | 40,034,000 | 90% |
Sayılmayan səslər | 4,543,000 | 10% |
Ümumi | 44,577,000 | 100% |