Ulduz şokolad fabriki
"Ulduz" şokolad fabriki ("Ulduz" şokolad və karamel fabriki) – Azərbaycanda şokolad və karamellərin kütləvi istehsalı ilə məşğul olan müəssisə.
== Yaranması və fəaliyyəti ==
2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Ulduz şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevildi. Məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad "Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi.
Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən Ulduz şokoladlarından bu günkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçmişdir.
"Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı Draje və Çırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirdi.