Çarli və şokolad fabriki — ingilis yazıçısı Roald Dal tərəfindən 1964-cü ildə yazılan uşaq romanı. Roman Villi Vonkanın şokolad fabrikinə düşən Çarli Buketin başına gələn hadisələrdən bəhs edir.
Çarlinin şokolad fabriki |
---|
Charlie and the Chocolate Factory |
|
Müəllif |
Roald Dal |
Janr |
roman |
Orijinalın dili |
ingilis, uels |
Ölkə |
|
Orijinalın nəşr ili |
1964 |
Rəssam |
Cozef Şindelman |
Nəşriyyat |
Alfred A. Knopf, Inc. |
Növ |
fantaziya, uşaq |
Sonrakı |
Çarli və böyük şüşə lift |
Vikianbarda əlaqəli mediafayllar |
"Çarli və şokolad fabriki" romanı ilk dəfə 1964-cü ildə " Alfred A. Knopf, Inc." nəşriyyatı tərəfindən ABŞ-də, 1967-ci ildə isə "Allen & Unwin" nəşriyyatı tərəfindən İngiltərədə çap olundu. Roman əsasında iki film çəkilib: "Villi Vonka və şokolad fabriki" (1971) və "Çarli və şokolad fabriki"(2005). Macəranın davamı olan "Çarli və böyük şüşə lift" da Road Dahl tərəfindən 1972-ci ildə yazılmışdır. Road Dahl üçüncü kitabı yazmaq istəsə də tamamlaya bilməmişdir.[1]
Çarli yoxsul ailənin uşağıdır. O və ailəsi şəhərin kənarında taxta və köhnə bir evdə yaşayırlar. Onun babası bir zamanlar Villi Vonkanın şokolad fabrikində işləmişdi, lakin Villi Vonkanın bütün işçiləri işdən çıxarmasının ardından işsiz qalır və bir gün fabrikə qayıdacağına ümid edir.
Bir gün Villi Vonka müsabiqə elan edir. Belə ki, onun fabrikində istehsal olunan milyonlarla şokoladın sadəcə beşində fabrikə gəlməyə icazə verəcək qızıl biletlər olur. 4 qızıl bilet sahibini tapır. Çarli və babasının bir neçə cəhdi uğursuz alınsa da sonda Çarli yerdən tapdığı pulla aldığı Vonka şokoladından sonuncu bileti tapır və babası ilə fabriki gəzmək şansını əldə edir. Növbəti gün digər 4 uşaq və valideynlə birlikdə fabriki Villi Vonkanın başçılığı ilə gəzirlər. 4 uşaq dəcəllik edib fabrikdən uzaqlaşdırılır. Sonda Çarli qalır. Vonka ona fabrikin başına keçməsini təklif edir. Çarli isə bunu qəbul etmir…
- Avqust Qlup: Acgöz uşaq. Şokolad çayına düşərək yarışdan çıxmışdır.
- Veruka Solt: Hər istədiyini əldə etmək istəyən qız. Qoz otağında sincablar tərəfindən "çürük qoz" kimi qiymətləndirilmiş və ocağa atılaraq məğlub olmuşdur.
- Violet Beaureqqarde: Durmadan saqqız çeynəyən qız. Hətta ağzında 3 il saqqız çeynədiyi üçün mükafat da almışdır. Vonkanın pomidor şorbalı, qızartma ətli və tortlu saqqızını yeyərək şişmiş və müsabiqədən çıxmışdır.
- Mayl Tivi: Həmişə televizor izləyən oğlan. Tele-şokolad otağında minlərlə parçaya ayrılaraq kiçilir və yarışdan kənarlaşır.
- Umpa Lumpalar: Fabrikdə işləyən kiçik insanlar. Boyları təxminən 44 sm-dir. Qəribə saç düzümləri var. Umpa Lumpalar Lumpolandın Lumpo bölgəsindəndirlər. Lumpo Sakit okeanda kiçik adadır. Vonka onlara işləmələri qarşılığında kakao çəkirdəkləri verir. Hər dəfə hansısa uşaq yarışdan kənarlaşanda Umpa Lumpalar onun haqqında mahnı oxuyurlar. Umpo Lumpolar Vonkanın ən çox etibar etdikləri insanlardır.
- Mister Sluqvort: Romanda Villi Vonkanın rəqibi göstərilsə də, filmdə Vonkanın işçisi kimi təqdim olunur.
- Şəhzadə Pondiçerri: Villi Vonkanın müştərilərindən biri. Villi Vonka onun üçün şokoladdan saray tikdirir, amma günəş onu əridir.
- Bu romanda Çarlinin nənələrinin və babalarının yaşları 90-dan yuxarı göstərilir, amma romanın davamı olan "Çarli və böyük şüşə lifti" romanında Corc və Cozefina 80, Ceorcina 80 yaşında göstərilir.
- "Çarli və şokolad fabriki" kitabında Çarli İngiltərədə qarda 50 penni tapır, amma Çarlinin böyük şüşə lifti romanında Cozefina aşağı baxanda Şimali Amerika materiki görsənir.
- Romanın ilk nəşrində Umpa Lumpalar Afrika piqmeyləri kimi təsvir olunmuşdular. Bu böyük mübahisəyə səbəb olmuşdu. Buna görə daha sonra onlar qızıl saçlı və ağ dərili təsvir olundular.
Roman əsasında iki film çəkilmişdir:
- "Villi Vonka və şokolad fabriki" (1971) — Vonka rolunu Qen Uilder, Çarli rolunu Peter Ostrum, Co rolunu isə Cek Albertson ifa etmişdilər.
- "Çarli və şokolad fabriki" (2005) — Vonka rolunu Conni Depp, Çarli rolunu Freddi Haymor, Co rolunu David Killi oynamışdılar.
- Futurama serialının "Slurm Makkenzi ilə şənlik" bölümündə Fray bir içki fabriki üçün bilet qazanır və fabrik işçiləri "Qronka Lonkas" adlanadırılır.
- Simpsonlar cizgi-filminin "Şirin-turş haşiyə" bölümündə Umpa Lumpalar görünür.
- "Famili Qay" cizgi filminin "Gümüş buklet kağızlar" bölümündə Peter və Brian araq fabrikini ziyarət edirlər. Fabrikdə işləyən kiçik işçilər isə "Çumba Vumbas" adlanır.
- Googledə işləyən işçiləri bəzən "Umpa Lumpa" adlandırırlar.[2]