ŞƏHƏVAT
ŞƏHİD
OBASTAN VİKİ
"20 Yanvar Şəhidi" fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
"20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 149 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
"Şəhidlər Xiyabanı" stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
15 iyul Şəhidlər Körpüsü
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi. Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı. == Körpünün tikintisi == Dövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu.
20 Yanvar Şəhidi fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
20 Yanvar Şəhidi fəxri adı alanların siyahısı
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 149 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
20 Yanvar şəhidlərinin siyahısı
Bu siyahı Qara Yanvar faciəsinin qurbanlarını ehtiva edir. Siyahıda 155 nəfər yer alır və onlardan 149 nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir. == Şəhidlərin siyahısı == == Biblioqrafiya == Черный январь. Баку — 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s. Rafiq Səməndər. Şəhidlər. Bakı: Gənclik, 1990.- 448 s. Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s. 20 Yanvar faciəsi və rabitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
Abbas Qasımov (20 Yanvar şəhidi)
Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir. 1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır. Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik). 2 qardaşı, bir bacısı olmuşdur. Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu[1] ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar.
Abbas Qasımov (şəhid)
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Akif Əliyev (şəhid)
== Siyahı ==
Anar Nağıyev (şəhid)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Anar Quliyev (şəhid)
Anar Quliyev — Azərbaycanlı şəhid. == Həyatı == Anar 1974-cü ildə Gədəbəy rayonunun Zamanlı kəndində anadan olmuşdur. 1991-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1993-cü il noyabrın 9-da Anar ordu sıralarına yola düşür. 23 mart 1993-cü ildə Çıldıran uğrunda ağır döyüşlər gedirdi. Erməni ordusu strateji mövqeyi əldən verməmək üçün əllərindən gələni edirdi. Azərbaycan ordusunun əsgərləri də qəhrəmanlıqla döyüşürdülər. Tədricən üstünlük ordumuzun tərəfinə keçirdi. Hücum da dönüş yaranmışdı. Anar və yoldaşları qələbənin tezliklə qazanılacağına əmin idilər.
Aqil İsmayılov (şəhid)
Aqil Ənvər oğlu İsmayılov (16 iyun 1968, Dəllər Cırdaxan, Şamxor rayonu – 1994, Gədəbəy) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov, 16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapmış Azərbaycan Milli Ordusu sıralarına yazılaraq vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı və bir oğlu var.Dəllər Cırdaxan kəndinin mərkəzi küçəsi onun adını daşıyır.
Asif Qəribov (şəhid)
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Rüstəmov (şəhid)
== Siyahı ==
Asif Rəhimov (şəhid)
== Siyahı ==
Ayaz Quliyev (şəhid)
== Siyahı ==
Ağcabədi Şəhidlər Xiyabanı
Ağcabədi Şəhidlər Xiyabanı — Ağcabədi şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağcabədi şəhərində yaradılıb.
Ağdam Şəhidlər Xiyabanı
Ağdam Şəhidlər Xiyabanı — Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Ağdam şəhərində yaradılıb.
Borhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Burhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Bəxtiyar Məmmədov (şəhid)
Bəxtiyar Məmmədov — şəhid. == Həyatı == Bəxtiyar Məmmədov 1962-ci il fevralın 12-də Quzanlı kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirəndən sonra Ağdam kənd təsərrüfatı texnikumuna daxil olub. Təhsil aldığı müddətdə sovet ordusuna çağrılıb, ikiillik hərbi xidmətini Arxangelski vilayətində başa vurandan sonra Vətənə qayıdıb,təhsilini davam etdirib. Texnikumu bitirən Bəxtiyar bir neçə il ixtisası üzrə kolxozda işləyir. 1991-ci ildə ailə həyatı qurur. 1993-cü ilin iyunun 30-da Bəxtiyar milli orduya çağrılır. Milli Qəhrəman Yelmar Ömərovun başçılıq etdiyi bataliyonun tərkibində Mərzili , Novruzlu, Çəmənli kəndləri uğrunda döyüşlərdə dəfələrlə iştirak edir. Onun son döyüşü 1993-cü il dekabrın 28-də olub. İyirmiyə qədər əsgərlə döyüşə girən batalyon Mərzili-Novruzlu arasında ermənilərlə qəfil üz-üzə gəlir.
Bəxtiyar Quliyev (şəhid)
== Siyahı ==