Ayaz Quliyev (şəhid)

Ayaz Quliyev1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Ayaz Quliyev Qarabağ müharibəsinin iştirakçısıdır. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Ayaz Quliyev
Ayaz Ağahüseyn oğlu Quliyev
Ayaz Quliyev
Ayaz Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı, Azərbaycan Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Ağdam, Azərbaycan Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti
Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1993
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayaz Quliyev 1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Hacıqabul rayonunda ailə həyatı qurmuşdur. Ayaz Quliyev Hacıqabulda tikinti idarəsində işləmişdir.

Şəhidlik zirvəsi[redaktə | mənbəni redaktə et]

Ayaz Quliyev 15 iyul 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Ayaz Quliyev Ağdamın QərvəndŞelli kəndlərində döyüşlərdə iştirak etmişdir. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur

Qobustan rayonunda dəfn olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi. 2 Övladı var.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]