Burhan Şəhidi

Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir.

Burhan Şəhidi
bayraq
Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri
dekabr 1949 – sentyabr 1955
ƏvvəlkiVəzifə yeni yaradılmış; özü koalisiya hökumətinin sədri kimi
SonrakıVəzifə ləğv edildi; Seyfuddin Əzizi, Sintszyan-Uyğur Muxtar Rayonunun hökumətinin sədri oldu
bayraq
Sincan Koalisiya Hökumətinin 3-cü sədri
dekabr 1948 – dekabr 1949
ƏvvəlkiMəsud Səbri
SonrakıVəzifə ləğv edildi; özü xalq hakimiyyətinin sədri kimi
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1894(1894-10-03)
Doğum yeri
Vəfat tarixi 27 avqust 1989(1989-08-27) (95 yaşında)
Vəfat yeri
Partiya Çin Kommunist Partiyası
Təhsili Berlin Humboldt Universiteti
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Çin
 ÇXR
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bohan Şəhidi, 1929-cu ildə.

Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər.[1] Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi. 1908–1911-ci illərdə Kazanda Məhəmmədiyyə mədrəsəsində oxumuş, "Magarif" nəşriyyatının kitab evində işləmişdir. 1911-ci ildən etibarən Semipalatinskdə Yapparov tacirlərinin "Tyan Şan" ticarət şirkətində mühasib işləmişdir.

1912-ci ildə Sin sülaləsi devrildikdən sonra tatar tacirlərini Sincandakı Dihuaya (indiki Urumçi) müşayiət etdi. Orada o, 1912-ci ilin sentyabrından 1922-ci ilədək — şirkətin Qərbi Çindəki filialında, usta köməkçisi və dükan yardımçısı olaraq, sonra — gömrükdə çalışmışdır.[2] 1914-cü il tarixində, ailəsinin mənşəyini göstərərək Çin Xalq Respublikasının vətəndaşı olmaq üçün müraciət etdi.[1] 1925–1929-cu illərdə Sincan vilayətinin nəqliyyat şöbəsinin müdiri vəzifəsində xidmət etmişdir. O, uyğur, çin, rus, türk və bəzi ərəb dillərini bilirdi və o zaman Sincanın qubernatoru olan Yanq Zenqxinin tərcüməçisi kimi çalışırdı.[2] Burhan Şəhidi cədid lideri İsmayıl Qasprinskini mənəvi atası sayırdı.[3]

1929-cu ildə Sincanın növbəti qubernatoru Şin Şuren tərəfindən Berlində siyasi-iqtisad təhsil almaq üçün Veymar Almaniyasına göndərildi. 1933-cü ildə Sincana döndü və ərazi inkişaf komisiyasında mütəxəssis də daxil olmaqla əyalət rəhbərliyində bir sıra vəzifələrdə çalışdı.[4] 1934-cü il Sincan Millətlər Konqresinin işində iştirak edən əsas fəallardan biri oldu. Bu konqresdə Tarım hövzəsinin vahələrindəki əksər türk müsəlmanlarını təsvir etmək üçün Uyğur etnonimi qəbul edildi.[5]

Çin Respublikasında

[redaktə | mənbəni redaktə et]
Burhan Şəhidi (sağda) Xi Zhonqxun (ortada) və Seyfuddin Əzizi ilə (solda) Osman Batur üsyanını yatırdıqdan sonra 1952-ci ildə.
Burhan Şəhidi (2-ci sıra, soldan 2-ci), 1937-ci ildə Sincanda qubernator Şen Şitsainin sədrliyi ilə (1-ci sıra, soldan 3-cü) Han Mədəniyyətinin İnkişafı Dərnəyinin qurulmasında.
1950-ci ilin iyun ayında Çin Kommunist liderlərinin Pekində toplanması. Soldan Zu De, Liu Şaoqi, Seyfuddin Əzizi, Mao Tszedun Burhan Şəhidi, Zou Enlai, Denq Liqun və Delin

1933–1937-ci illrədə Şəhidi Sincan vilayətinin qubernatoru Şen Şitsainin müavini işləmişdir. 1937-ci ildə o, qubernator Şen Şitsai tərəfindən Sovet İttifaqına konsul göndərilmişdir. Hazırkı Qazaxıstanın sərhəddə yerləşən Zaysan şəhərində çalışmışdır.[4] Növbəti il Sen tərəfindən geri çağrılmış və "trotskiçilik"də ittiham edilərək həbsə atılmışdır. 1938–1944-cü illər ərzində həbsdə qalmışdır.[1] Həbsxanada olduğu müddətdə Borhan uyğur-çin-rus dili lüğətini hazırlamış və Sun Yatsenin "Üç xalq prinsipi"ni uyğur dilinə tərcümə etmişdir.

Sen Şitsainin yerinə gələn yeni qubernator Çin Milliyyətçisi Vu Zonqxin tərəfindən sərbəst buraxıldı. 1946-cı ildə Burhan Şəhidi Çin Milliyyətçiləri ilə "Üç Bölgə" də İkinci Şərqi Türkistan Respublikasını quran inqilabçılar arasında yaradılan vilayət koalisiya hökumətinin sədr müavini oldu.[6] O, milliyyətçi çinlilərlə İkinci Şərqi Türkistan Respublikasını quran inqilabçılar arasında siyasi cəhətdən mülayim şəxs sayılırdı.[7]

1947-ci ildə Burhan Nankinə köçdü və Çan Kayşinin rəhbərliyi altında mərkəzi hökumətdə yer aldı.[1] İlin sonunda o, Sincandan Tayvana gedən qrupa rəhbərlik etdi və Kiilunq, Taybey, Taycjun və Qaosyunu gəzdi.[1] Onların səyahəti "28 Fevral hadisəsi"ndən qısa müddət sonra baş tutmuşdu. Bu hadisələrdə hökumət qüvvələri monopolistlərə qarşı üsyan edən yerli əhaliyə divan tutduğundan, materik Çindən gələnlərə qarşı nifrət var idi. Burhan burda milli birliyə xitab edən çıxışlar etdi.[1]

1948-ci ildə Sincana qayıtdı və Sincan Universitetinin sələfi olan Sincan Akademiyasının prezidenti seçildi. O, Çin millətçiliyini dəstəkləyir və Məhəmməd Əmin Bugranın türk millətçi mövqeləri ilə razılaşmırdı.[1] 1949-cu ilin yanvarında Sincan Əyalət Hökumətinin sədri Məsud Səbrini bu vəzifədə əvəz etdi.[8] Səbri antisovet mövqe tuturdu və əyalət hökumətinin sədr müavini olan SSRİ tərəfindən dəstəklənən Əhmədcan Qasimiyə qarşı çıxırdı.[9] O, qısa müddətdə bütün Çini əhatə edən və Sincana da çatan inflyasiyanı buxovlamaqla, vilayətin maliyyə işlərini qaydaya saldı.[10] İsa Yusif Alptəkin Sovetləşmənin əleyhinə idisə, Burhan SSRİ-yə meyilliyi dəstəkləyirdi. SSRİ İsanın ona qarşı olması səbəbindən hiddətli idi.[11]

Həmin ilin sentyabr ayında Çin vətəndaş müharibəsinin səngidiyi günlərdə Mao Tsedunun əyalətə göndərdiyi Çin Kommunist nümayəndəsi Den Liçyun ilə danışıqlar apardı. Burhan sentyabrın 26-da Milliyyətçi general Tao Siyu ilə birlikdə Sincanın "dinc azadlığa" yolunu açaraq vilayətin Xalq Azadlıq Ordusuna təslim olduğunu elan etdi.[1] Bir həftə sonra Pekində Çin Xalq Respublikası (ÇXR) quruldu.

Çin Xalq Respublikasında

[redaktə | mənbəni redaktə et]

17 dekabr 1949-cu il tarixində Sincan əyalət Xalq Hökuməti quruldu və Burhan onun sədri oldu.[1] Seyfuddin Əzizi sədr müavini idi. İlin sonunda Çin Kommunist Partiyasına üzv qəbul edildi. Bu illərdə ÇXR-in Şimal-qərbi Hərbi İdarə Komitəsinin üzvü, 1951–1954 — ÇXR SUMR Xalq Məşvərət Şurasının (Parlamentinin) sədri seçilmişdir. 1952-ci ildə Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR) yaratmaq üçün hazırlıq komitəsinə rəhbərlik etdi. 1955-ci ildə Əzizi SUMR-ın ilk sədri oldu və Burhanın Sincan hökumətindəki rolu azaldı.[1]

1955–1966-cı illərdə — Burhan Şəhidi Çin İslam Birliyinin sədri olmuşdur. Bu vəzifədə o, ÇXR-in İslam dünyası ilə əlaqələrinin qurulmasında bacarıqlı bir diplomat kimi özünü göstərmişdir.[12] 1956-cı ilin fevralında Misir, Sudan, Efiopiya, SuriyaLivan səfərlərində mədəni və dini nümayəndə heyətinə rəhbərlik etmişdir.[1] Diplomatik işinin birbaşa nəticəsi olaraq, 1956-cı ilin mayında Prezident Camal Əbdül Nasir rəhbərliyindəki Misir, Yaxın Şərqdə ÇXR-i tanıyan və Tayvandakı Çin Respublikası ilə əlaqələrini kəsən ilk ölkə oldu.[13] Bu ÇXR-nın yarandığı altı ildə onu tanıyan ilk ölkə oldu və bu Qərbin tətbiq etdiyi diplomatik blokadanı qırdı.[13] İyul ayında Çindən Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedən zəvarlara rəhbər qismində bölgəyə qayıtdı. Bu zaman o, Kral Səudla görüşdü və İordaniya Kralı Hüseyni ziyarət etdi. Baxmayaraq ki, hər iki ölkənin ÇXR ilə diplomatik əlaqələri mövcud deyildi.[13] Eyni səfərdə Suriyanın Prezidenti Nazim əl-Qudsi və Şimali Yəmən Əmiri Məhəmməd əl-Bədr ilə də görüşdü.[14] Hər iki ölkə 1956-cı ildə Tayvandakı hökumət əvəzinə ÇXR-i rəsmən tanıdı.[13]

1956-cı il noyabrın 4-də Burhan və Hu Yaobanq, Quo Moruo, Pekində Tyananmen meydanında Misiri dəstəkləmək və Süveyş böhranında İngilis-Fransız imperializmini pisləmək üçün 400.000-dən çox adamın iştirakı ilə kütləvi mitinq və parad keçirməyə nail oldular.[15][16] 1959-cu ilin yazında, bir il əvvəl İraqda monarxiyanı devirmiş və sosialist yönümlü bir respublika quran Baş nazir Əbdülkərim Qasımini dəstəkləmək üçün İraqa gedən nümayəndə heyətinə rəhbərlik etdi.[17][18]

Burhan, çinli müsəlmanların həcc ziyarətinə getməsinə Mədəni İnqilaba qədər nəzarət etdi, lakin Mədəni inqilab zamanı o, xaricilərə kömək və onlarla iş birliyində günahlandırılaraq səkkiz il həbs cəzası aldı. Şəhidi 1966–1976-cı illərdə həbsdə qaldı.[13] Sonradan reabilitasiya edildi və Çin Xalq Siyasi Məşvərət Konfransının ikinci, üçüncü, beşinci, altıncı və yeddinci milli komitəsinin sədr müavini vəzifələrini icra etdi. 1984-cü ildə "Sincanda əlli il" adlı xatirəsini nəşr etdirdi.

1985-ci ildə nəsli kəsilməkdə olan "Per David" maral növünün Çinə qaytarılmasını dəstəkləmək üçün Burhan, indi Çin Biyoloji Müxtəliflik və Yaşıl İnkişaf Fondu olaraq bilinən "Milu" Fondunu qurmağa və idarə etməyə kömək etdi.[19][20]

Burhan Şəhidi 1989-cu ildə vəfat etmişdir. Sincanda Tyan-Şan dağlarının ətəklərində dəfn olunmuşdur.

  • "Уйгурско-русско-китайский словарь" (1953)
  • "50 лет в Синьцзяне" (1984)
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 (Chinese) "包尔汉率新疆省政府起义始末" 《青年参考》 2009–09–01 Arxiv surəti 29 noyabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 29, 2010, at the Wayback Machine
  2. 1 2 (Chinese) "新疆风云人物 数朝元老包尔汉" Arxivləşdirilib 2018-08-23 at the Wayback Machine 2010–11–01
  3. James A. Millward. Eurasian Crossroads: A History of Xinjiang. Columbia University Press. 2007. 174. ISBN 978-0-231-13924-3. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  4. 1 2 (Chinese) "包尔汉是怎样维护祖国统一的" [daimi ölü keçid] 2010–06–03
  5. Gladney 2004: 217
  6. Benson 1990: 63, 70
  7. Benson 1990: 63
  8. Benson 1990: 155
  9. Howard L. Boorman. Howard L. Boorman; Richard C. Howard (redaktorlar ). Biographical Dictionary of Republican China, Volume 1. Columbia University Press. 1967. səh. 4. ISBN 9780231089555. 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-06.
  10. Starr 2004: 85
  11. Jeremy Brown; Paul Pickowicz. Dilemmas of Victory: The Early Years of the People's Republic of China. Harvard University Press. 2007. 188–. ISBN 978-0-674-02616-2. 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  12. Shichor 1979: 19, 20 & 59
  13. 1 2 3 4 5 Gladney 1999: 138
  14. Shichor 1979: 44–45
  15. (Chinese) "1956年11月4日 胡耀邦出席首都各界支援埃及反抗英法侵略大会" [daimi ölü keçid] Last Accessed 2010–11–13
  16. (Chinese) "在首都各界人民支援埃及反抗英法侵略大会上 中国伊斯兰教协会主任 包尔汉的讲话" [daimi ölü keçid] Last Accessed 2010–11–13
  17. (Chinese with photographs) Chinainsights.com Arxiv surəti 11 noyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-11-11 at the Wayback Machine Last Accessed 2010–11–13
  18. Shichor 1979: 87
  19. About CBCGDF, China Biodiversity Conservation and Green Development Foundation Arxivləşdirilib 2013-08-27 at the Wayback Machine Accessed 2013–04–25
  20. (Chinese)商晓达, 麋鹿与名人 Arxiv surəti 10 sentyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-09-10 at the Wayback Machine 2007–12–17

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]