ƏHZAN
ƏXBAR
OBASTAN VİKİ
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı
Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı. == Tarixi == "Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, rus və erməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqan. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. == Vəzifələri == Azərbaycan Xalq Cümhuriyyətinin bu idarəsi aşağıdakı tapşırıqları yerinə yetirməli idi: Vətəndaşların hərbi xidmətə çağırılması, Onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət edilməsi, Çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət edilməsi, Qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxılması, Həmin şöbələrin fəaliyyəti haqqında hesabatların təhlil edilməsi, Hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsinin hazırlanması, Ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürülməsi. Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. == Fəaliyyəti == Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər. Qanuna əsasən, bütün qəza mərkəzlərində qəza əxzi-əsgər şöbələri təsis edilməli idi.
Azərbaycan hökumətinin əxbarı
Azərbaycan hökumətinin əxbarı (آذربایجان حکومتینین اخباری) — Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin (1918–1920) orqanı. 1918-ci ildə Gəncədə Azərbaycan dilində, 1919-cu ildən isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. "Azərbaycan hökumətinin əxbarı"nda, əsasən, qərar, qanun və sərəncamlar dərc edilirdi.
Bakı Fəhlə Konfransının Əxbarı
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Bakı Fəhlə Konfransının əxbarı (qəzet)
Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı. == Fəaliyyəti == 1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Gəbit Əxmərov
Gəbit Abdulla oğlu Əxmərov (başq. Әхмәров Ғәбит Абдулла улы, rus. Габи́т Абду́ллович Ахме́ров; 24 fevral 1921 – 11 aprel 1996, Fyodorovka rayonu (Başqırdıstan), Başqurdıstan) — Böyük Vətən müharibəsi iştirakçısı, 62-ci qvardiya süvari alayının 45 mm-lik silah batareyasının atəş taqımı komandirinin köməkçisi (16-cı qvardiya süvari diviziyası, 7-ci qvaridya süvari korpusu, Mərkəzi cəbhə), sovet qvardiyasının baş çavuşu. Sovet İttifaqı Qəhrəmanı (02.09.1944), 1945-ci ildən ehtiyatda olan leytenant. == Həyatı == 24 fevral 1921-ci ildə Başqırdıstanın Fyodorovski rayonunun Starı Çetırman kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyətçə başqırd idi. 1943-cü ildən BKP (b) üzvü. 1941-ci ilin dekabr ayında Başqırd Muxtar Sovet Sosialist Respublikasının Fyodorovski rayon hərbi qeydiyyatdan könüllü olaraq Qırmızı Orduya qoşuldu. 1942-ci ilin aprel ayından fəaliyyətdə olan orduda xidmət etməyə başladı. O, ən çox Ukraynanın Çerniqov vilayəti ətrafında keçirilən döyüşlərdə fərqlənmişdir.
Müseyib bəy Əxicanov
Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Tomarxanlı[d], Cəlilabad rayonu – 30 aprel 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Zaqafqaziya seyminin üzvü, Bakı şəhərinin qubernatoru. == Həyatı == Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində anadan olub. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsini bitirib. 1918-ci il fevralın 23-dən mayın 26-a qədər Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olub. Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1918-ci il noyabrın 19-da verilmiş Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib. "Müsavat" və bitərəflər fraksiyasının üzvü olub. 1918-ci il sentyabrın 15-də Bakının azadlığı ilə nəticələnən Bakı döyüşündən sonra Bakının qubernatoru olan Fəthi bəyin müavini olub. Daha sonra isə 1918-ci ilin noyabr ayından 1919-cu il fevralın 5-ə qədər Bakının qubernatoru vəzifəsini icra edib. Aprel işğalından sonra həbs edilib və 1920-ci il iyunun 6-da Nargin adasında güllələnib.
Məhəmməd Reza Əxlaqpasand
Məhəmməd Reza Əxlaqpasand (12 dekabr 1978) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Məhəmməd Reza Əxlaqpasand İranı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Nahid Əxtər
Nahid Əxtər (pənc. ناہید اختر ; urdu ناہید اختر) — pakistanlı ifaçı. O, "Pakistanın bülbülü" də adlandırılır. Nahid Əxtər, 1970–1980-ci illərin ikinci yarısında Lollivudun ən yaxşı ifaçısı idi. 1974, 1975 və 1985-ci illərdə Nigar Film Mükafatını və 2007-ci ildə Prezident Mükafatını qazanıb. == Həyatı == Əxtər 26 sentyabr 1956-cı ildə Pəncabın Multan şəhərində anadan olub. Onun 3 bacısı və 4 qardaşı var. Bacısı Həmidə Əxtər də müğənni idi.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976) — Əfqan və İran filosofu == Həyatı == == Yaradıcılığı == == Əsərləri == The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745.N49 A44 2011 Life After Death, Resurrection, Judgment and the Final Destiny of the Soul: Volume 1 and 2, Chicago: Kazi Publications; Reprint edition (Vol. 1, 2015), ISBN 1567445500, ISBN 978-1567445503; (Vol.
Tiflis əxbarı (qəzet)
"Tiflis əxbarı" (qəzet) — 1832-ci ildə Azərbaycan dilində çıxan ilk qəzet. Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiye vedomosti" qəzetini 1828-ci ildə nəşr etdi. "Tiflisskiye vedomosti'nin bir neçə dildə əlavəsi nəşr olunurdu. Qəzet Azərbaycan dilində 1832-ci ildə nəşr olunmuşdur və qəzetin azərbaycanca adı "Tiflis əxbarı" idi. Qəzetin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı. == Qəzetin nəşrə başlaması == Tiflisdəki "Diplomatik dəftərxana"da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmmədxan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir. Arxiv materiallarından məlum olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca çıxan qəzet bağlandıqdan sonra çap olunub. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir.
Təkmilətül-əxbar
Təkmilətül–əxbar, Təkmilət əl–əxbar (fars. تكملة الاخبار‎) — Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi tərəfindən 1570–ci ildə Ərdəbildə fars dilində qələmə alınmış, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri. == Mənbə == II. История. — A. Всеобщая история, стр. 405–406. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Ю. Э. Брегель.
İslam dinində ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. == Xüsusiyyətləri == İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
İslamda ailə əxlaqı
İslam dinində ailə əxlaqı — İslam dini ailə üzvlərinin mən, sən kimi ifadələrindən deyil "biz" məhvumundan ibarət olmasını tövsiyə edir. == Xüsusiyyətləri == İslamda ailə əxlaqından danışdıqda ailə daxili münasibətlərin məhz sevgi,qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanının anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyətidə artmış olacaq. Hz. Əli buyurur: "Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir.
Əxrənnəhr
Əxrənnəhr (Axər ən-nəhr, α Eri) — Eridan bürcünün ən parlaq ulduzu, 0,5 ölçülü. Günəşdən 980 dəfə parlaq, ondan məsafəsi 13 parsekdir. Eridanus bürcünün cənub ucunda Alpha Eridani (α Eridani, qısaldılmış Alpha Eri, α Eri) adlı ən parlaq "ulduz" və ya nöqtəsi olan ikili sistemin ən parlaq komponenti olan Achernar / eɪkərnɑr / Onlu işıqda, göydə onuncu parlaq ulduzdur. İki komponentə "Alpha Eridania" və "Alpha Eridani B" (rəsmi olaraq Achernar B kimi tanınır) adı verilir. Gecə göyündə on parlaq parlaq ulduzlar Alpha Eridani Achernar B tipli spektrinə görə ən isti və yumşaq rəngdir. Achernar, dönmə sürətinə sahibdir, bu qeyri-adi yüksəkdir və çiyin üzərində qaranlıq yaradır. formalaşdırır. Spektral tipdən orta, təxminən 12 astronomik vahid (AŞ) Achernar orbitindən uzaqdır. Achernar, cənub yarımkürəsində ən yaxşı noyabrda görülür; Santiago'nun paraleli olan təxminən 33 ° lik yuxarıdakı (yəni cənubun) sirkumpolaridir. Achernar, Günəşin təxminən yeddi qatına sahib parlaq, mavi bir ulduzdur.
Əxtitar (Bükan)
Əxtitar (fars. اختتر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (54 ailə).
Əxtur (İşembay)
Əxtur (başq. Әхмәр, rus. Ахмеровo) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd İşəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 32 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 21 km.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Əxtər
Əxtər -(farsca ulduz deməkdir) M.T.Sidqinin 1892-ci ildə Ordubadda təsis etdiyi,yeni təlim-tədris üsulu ilə fəaliyyət göstərən ibtidai məktəb. == Ümumi məlumat == Məktəbdə dərslər ana dilində aparılırdı. Lakin o zaman Azərbaycan dilində dərsliklə olmadığından M.T.Sidqi "Əxtər" məktəbi üçün əlyazması şəklində ana dili, coğrafiya və hesabdan dərsliklər hazırlamışdı. "Əxtər əhalidən toplanan maddi vəsait hesabına fəaliyyət göstərirdi. Milli məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1896-ci ildə rus-Azərbaycan məktəbinə çevrilir. M.T.Sidqi 2 il "Əxtər" məktəbinə rəhbərlik etmişdir. Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov, yazıçı M.S.Ordubadi ibtidai təhsillərini bu məktəbdə almışlar.
Əxtər (qəzet)
Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı. == Qəzetin nəşri və naşirləri == 1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi. == Qəzetdəki yazıların müəllifləri == «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi: «M.Müştəri» «M.Ə». «Vətən və azadlıq sevən» «Əxtər» və s. Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.
Əxtər qəzeti
Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı. == Qəzetin nəşri və naşirləri == 1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi. == Qəzetdəki yazıların müəllifləri == «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi: «M.Müştəri» «M.Ə». «Vətən və azadlıq sevən» «Əxtər» və s. Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun
Əxzi-Əsgər təşkilatlarının yaradılması haqqında qanun — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqanların fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi haqqında qanun. == Qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. Bu idarə vətəndaşların hərbi xidmətə çağırılması və onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət etməli idi. Mərkəzi Əxzi-əsgər İdarəsi, eyni zamanda, çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət etməli, qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxmalı, həmin şöbələrin fəaliyyəti haqqında hesabatları təhlil etməli, hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsini hazırlamalı, ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürməli və digər məsələləri həll etməli idi. Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. == Yaradılacaq orqan və görəcəyi işlər == Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..