Müseyib bəy Əxicanov, Axıcanov və ya Axıcanlı (Müseyib bəy Qəhrəman bəy oğlu Əxicanov; 12 oktyabr 1892, Tomarxanlı[d], Cəlilabad rayonu – 6 iyun 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Zaqafqaziya seyminin üzvü, Bakı şəhərinin qubernatoru.
Müseyib bəy Əxicanov | |
---|---|
27 sentyabr 1919 – 27 aprel 1920 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
7 dekabr 1918 – 4 fevral 1919 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
1918 – 5 fevral 1919 | |
Əvvəlki | Məhəmməd Fəthi bəy |
Sonrakı | Rəşid bəy Axundzadə |
1918 – 1918 | |
Qubernator | Məhəmməd Fəthi bəy |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər qrupu |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 iyun 1920 (27 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Əxicanov Müseyib bəy Qəhrəman bəy oğlu 1892-ci ildə Cavad qəzasının Tomarxanlı kəndində anadan olub. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetində hüquq fakültəsini bitirib.[1] 1918-ci il fevralın 23-dən mayın 26-a qədər Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olub. Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub.[2] 1918-ci il noyabrın 19-da verilmiş Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib.[3] "Müsavat" və bitərəflər fraksiyasının üzvü olub.[4][5]
1918-ci il sentyabrın 15-də Bakının azadlığı ilə nəticələnən Bakı döyüşündən sonra Bakının qubernatoru olan Fəthi bəyin müavini olub.[6] Daha sonra isə 1918-ci ilin noyabr ayından 1919-cu il fevralın 5-ə qədər Bakının qubernatoru vəzifəsini icra edib.[7][8]
Aprel işğalından sonra həbs edilib və 1920-ci il iyunun 6-da Nargin adasında güllələnib.[9]
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Müseyib bəy Əxicanovu Azərbaycanın istiqlal şəhidi adlandırıb[10]