Bakı Fəhlə Konfransının əxbarı — Gündəlik leqal bolşevik qəzeti, Bakı Fəhlə Konfransının orqanı.
1919 il iyulun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır. Cəmi 47 nömrəsi buraxılmışdır. Kütlələri Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hakimiyyətinə qarşı mübarizəyə çağıran materiallar dərc edirdi. Redaktoru Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yoxsul") və b. iştirak etmişlər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Proqramının (1919) xeyli hissəsi Azərbaycan dilində ilk dəfə bu qəzetdə dərc olunmuşdur. Nəşri Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən dayandırılmışdır.[1]