Oqtay Sinanoğlu: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k →‎Əsərləri: türkçə yox türkcə
 
(14 istifadəçi tərəfindən edilmiş 29 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
{{Alim
Müasir dövrün böyük türk müt­ə­fək­­­kiri və alimi Oqtay Sinanoğlu (25 fev­ral 1935-ci il) 1956-cı ildə Kali­for­ni­ya Uni­ver­si­te­ti­ni (Berkli) kimya mühəndisi ixti­sası üz­rə ən yüksək göstərici­lər­lə ba­şa vurur. 1957-ci ildə 8 ay müd­də­tinə Mas­saçuset Texnologiya İns­titutunda təh­silini ən yük­­­­sək qiy­mət­lərlə başa vur­duq­dan son­ra 2 il ərzində Kaliforniya Uni­­­­ver­site­tin­də doktorluq işini tamamla­yır. 1960-cı il­­dən Yel (Yale) Universitetinde associate pro­fes­sor kimi fəa­liy­yət göstərməyə baş­layır. 1961-ci ildə o, “Alfred P.Sloan” mü­kafatına, 1963-cü ildə 28 ya­şın­da professor adına layiq görülür və XX əsr­də Yel Uni­ver­si­te­tinin ən gənc full professoru olur, Molekulyar biologiya ka­fedrasına ömür­lük rəhbərlik et­mək hüququ qazanır. 1973-cü ildə o, elm sa­həsində nü­fuz­lu mükafatlardan bi­ri sayılan Humbold adına mükafatın ilk laureatı o­l­muş­dur.
|adı = Oqtay Sinanoğlu
|orijinal adı = {{dil-tr|Oktay Sinanoğlu}}
|digər adları =
|şəkil = Oqtay Sinanoğlu.jpg
|şəklin ölçüsü = 240
|şəklin izahı =
|piktoqram = kimya
|doğum tarixi =
|doğum yeri =
|vəfat tarixi =
|vəfat yeri =
|vəfat səbəbi =
|dəfn yeri =
|vətəndaşlığı =
|milliyyəti =
|həyat yoldaşı =
|uşağı =
|atası =
|anası =
|elm sahəsi =
|elmi dərəcəsi =
|elmi adı =
|iş yeri =
|alma-mater =
|təhsili =
|elmi rəhbəri =
|tanınmış yetirmələri =
|tanınır =
|mühüm layihələri =
|üzvlüyü =
|mükafatları =
|imzası =
|saytı =
|vikianbar =
}}
'''Oqtay Sinanoğlu''' ({{dil-tr|Oktay Sinanoğlu}}, {{DVTY}}25 fevral 1935) — [[professor]], [[Humboldt mükafatı|Humboldt mükafatı laureatı]]<ref>{{Cite web |title=Prof.Dr Oktay Sinanoğlu |url=http://www.tdk.gov.tr/images/20150631.pdf |access-date=2019-04-19 |archive-date=2019-04-19 |archive-url=https://web.archive.org/web/20190419140711/http://www.tdk.gov.tr/images/20150631.pdf |url-status=dead }}</ref>


== Həyatı ==
1993-cü ildən Oqtay Sinanoğlu Türkiyəyə köçmüş və öz fəaliyyətini Yıldız Teknik Uni­ver­sitetində davam etdirir.
Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə [[İtaliya]]nın [[Bari]] şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır.<ref name="h1">{{cite news|url=http://www.hurriyet.com.tr/gundem/28705068.asp|newspaper=[[Hürriyet]]|title=Türk Einstein'ı yoğun bakımda! Prof. Dr. Oktay Sinanoğlu kimdir?|date=2015-04-10|language=Turkish|accessdate=2015-04-21|archive-date=2015-08-17|archive-url=https://web.archive.org/web/20150817173059/http://www.hurriyet.com.tr/gundem/28705068.asp|url-status=live}}</ref> 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-yə yola düşür. O, 1956-cı ildə [[Kaliforniya Universiteti]]ni (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə [[Massaçusets Texnologiya İnstitutu|Massaçuset Texnologiya İnstitutu]]nda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində [[Kaliforniya Universiteti]]ndə doktorluq işini tamamlayır.


== Fəaliyyəti ==
===«Beyin köçü»: gedib qalanlar və qayıtmaq üçün gedənlər===
1960-cı ildən [[Yel Universiteti|Yel (Yale) Universiteti]]nde associate professor kimi fəaliyyət göstərməyə başlayır<ref name="yn1">{{cite news|url=http://news.yale.edu/2015/04/20/memoriam-oktay-sinano-lu-renowned-theoretical-chemist|newspaper=Yale News|title=In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist|date=2015-04-20|accessdate=2015-04-21|archive-date=2016-01-06|archive-url=https://web.archive.org/web/20160106193248/http://news.yale.edu/2015/04/20/memoriam-oktay-sinano-lu-renowned-theoretical-chemist|url-status=live}}</ref>. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə [[Yel Universiteti]]nin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır. 1964-cü illdə universitetin nəzəri kimya fakültəsini yaradan Sinanoğlu buradakı faəliyyət müddətində "''Atom və molekulların çox-elektron teoremi''" (1961), ''"Şəbəkə nəzəriyyəsi"'' (1964), ''"Kimyəvi reaksiyaların mexanizm qanunu"'' (1974), "''Mikrotermodinamika''" (1981) kimi işlərini həyata keçirir. [[Yel Universiteti]]ndə 37 il fəaliyyət göstərdikdən sonra 1997-ci ildə təqaüdə çıxaraq [[Türkiyə]]yə qayıtmışdır. Eyni il Ulduz Texniki Universitetində çalışmağa başlayan Sinanoğlu 2002-ci ilə qədər univeristetin professoru olmuşdur. Kimya ilə yanaşı Türk dilçilik elminə də böyük töhfələr verən Sinanoğlu qeyd edirdi: "''Türk dili özlüyündə riyazi bir dildir və elm üçün çox əlverişlidir" .'' Bu haqda olan fikirlərini "Türk Ədəbiyyatı", "Türk yurdu", "Miliiyət", "Yeni Türkiyə" kimi jurnallarda çap etdirdiyi məqalələrində əks etdirmişdir.


== Əsərləri ==
'''Akademik əsərləri:'''
* Modern Quantum Chemistry : Istanbul Lectures (Academic Press,1965)
* Sigma Molecular Orbital Theory (Yale Press,1970)
* Three Approaches to Electron Correlation in Atoms and Molecules (Yale Press,1971)
* New Directions in Atomic Physics (Yale Press,1971)
'''Kitabları:'''
* Fiziki-kimya terminləri lüğəti (1978)
* Prof. Sinanoğlu və Türkcə (1997)
* Bir Nyu-York xəyalı: Bye Bye Türkcə/ Türkcə gedərsə Türkiyə gedər (2011)
* Hədəf Türkiyə
* Yeni Elmin üfüqləri 1–2-3
* Açıqlamalı fiziki-kimya və riyazi terminlər lüğəti (2000)


== Mükafatları ==
Qərbin alim və ziyalıları Şərq ölkələrinə bir qayda olaraq, məq­səd­­­yön­lü surətdə – öyrənmək, tədqiq etmək və əgər Şərqdə hələ də diq­­­qətəlayiq nə isə varsa, onları mənimsəmək və istifadə etmək, Qərb mə­­dəniyyətinə qat­maq məqsədilə səfər edirlər. Missionerliklə məşğul olanlar da var idi ki, on­la­rın məqsədləri bir qə­dər fərqlidir: yəni öz dünyagörüşünü, əqidəsini, dü­şün­cə tərzini, mə­də­niy­yə­tini yaymaq, özünə davamçılar yetişdirmək və be­lə­liklə hər­bi istiladan fərq­li olaraq, intellektual istilaya, əqidənin ekspansiyasına nail ol­maq. Həm də ayrı-ay­rı fərdlərin missionerliyindən daha geniş miqyaslı fə­a­­liyyət formaları da var idi ki, bu da humanitar dəstək motivi ilə mək­­təb­lə­rin, mədəniyyət müəs­si­sələrinin açılmasından, insanların fi­kir­­­lərini və hətta duy­ğusunu, sim­pa­ti­ya­sını hələ lap uşaqlıqdan yön­lən­dir­mək, onları özü­nün­küləşdirməkdən iba­rətdir.
1973-cü ildə elm sahəsində nüfuzlu mükafatlardan biri sayılan [[Humboldt mükafatı|Humboldt]] adına mükafatın ilk laureatı olmuşdur. Digər mükafatları aşağıdakılardır:
* 1966 — [[Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası|TÜBİTAK]] Elmi Mükafatı<ref name="tübitak">{{cite web|url=http://www.tubitak.gov.tr/tr/kurumsal/oduller/icerik-gecmis-yillarda-bilim-odulu-alanlar|publisher=TÜBİTAK|title=Geçmiş Yıllarda Bilim Ödülü Alanlar|language=Turkish|accessdate=2015-04-21|archive-date=2016-04-18|archive-url=https://web.archive.org/web/20160418182227/https://www.tubitak.gov.tr/tr/kurumsal/oduller/icerik-gecmis-yillarda-bilim-odulu-alanlar|url-status=live}}</ref>
* 1973 — [[Almaniya]] A. von [[Humboldt mükafatı]]
* 1973 — Meksika Elena Moşinski Elmi Mükafatı
* 1975 — [[Yaponiya]] Beynəlxalq Elm xadimləri mükafatı
* 1992 — Mədəniyyət Nazirliyi Məlumat Çağı mükafatı
* 1995 — İLESAM Üstün xidmət mükafatı
* 1995 — TYB İlin Fikir adamı mükafatı
* 2002 — TÜRSAV Türk Dünyasına Xidmət Mükafatı


== Xarici keçidlər ==
Ziyalıların Şərqdən Qərbə getməsini şərtləndirən amillər isə ta­ma­milə baş­qa xarakterlidir. Bu sırada ilk növbədə azad düşüncə və ya­radıcılıq fə­a­liy­yəti üçün əlverişli məkan axtarışını qeyd etmək olar. Alim üçün elmi mühit və eksperimental baza, ya­­zar üçün, bir tə­rəf­dən çap olun­maq imkanı, digər tərəfdən də oxu­cu pub­likası və ədəbi tə­n­qi­din mü­na­si­bəti lazımdır, bu da ge­­ri qalmış Şərq ölkələrində ça­tış­­ma­­yan əsas cəhətlərdir.
* [http://www.oktaysinanoglu.com.tr/ Oktay Sinanoğlu'nun Resmi Web Sitesi] {{Vebarxiv|url=https://web.archive.org/web/20090210051309/http://oktaysinanoglu.com.tr/ |date=2009-02-10 }}


== İstinadlar ==
Gedib hər hansı bir Qərb öl­kə­­sində özünə yer etmək, ya­ban­çı mü­­hi­­tin üzvünə çevrilmək, yad­­­laş­­maq, bunun müqabilində şəxsi hə­­­­­yatını tə­­min etmək və hətta mü­əy­yən popul­yar­lıq qazanmaq da müm­­­­­kün­dür. La­kin be­ləliklə öz vətəni və xal­qı üçün ta­mamilə itib get­mək olar. Bu, bir cür aqi­bət­dir, öz simasını və amalını də­yiş­­mədən, itir­­­­mədən yaradıcılıq mü­hi­ti əldə et­mək isə tamamilə başqa cür aqi­bət­dir. Buna nail olmaq üçün mühacir alimlər və yazarlar bö­­yük Amerika mühiti kon­tekstində öz nisbi müstəqil mədəni-mə­nəvi mü­­hitlərini yaratmağa çalışırdılar. Bu, çox əlamət­dar bir hal­dır.
{{İstinad siyahısı}}


[[Kateqoriya:Türkiyə alimləri]]
XIX əsrin axırları – XX əsrin əvvəllərində Şərq ölkələrindən Ameri­ka­ya mühacirətdə iki fərq­­li motiv və hadisə fərqləndirilməlidir. Əvvəla, planetin bütün gu­şə­lə­rin­dən Amerikaya iş tapmaq, pul qazanmaq niyyəti ilə ka­sıb ailələrdən ge­dən­lər var idi. Və tə­bii ki, belə adamlar nə yeni mədəniyyət mənimsəməyə, nə də Ame­ri­ka­da öz mədəniyyətlərini, öz mədəni-mənəvi varlıqlarını ifadə et­mə­yə vaxt tapa bilirdilər. Daha doğrusu, bu, onların nə məqsədlərinə, nə də ha­zırlıq səviyyələrinə uyğun idi. Lakin tədricən fərqli missiyaya malik bir köç də formalaşmağa başladı. Pul qazanmaq naminə səfər edən ataların öv­lad­ları artıq müəyyən mad­di təminata, ilkin savad və bi­lik səviyyəsinə malik ol­duqların­dan, in­di başqa missiya ilə səfər edir­di­lər. Bu ikincilərin səfəri, bir tə­rəf­dən Qərb elmini və mədəniyyətini mə­nim­səmək, digər tərəfdən də öz mü­hitlərində inkişaf etdirə bil­mə­dik­lə­ri yaradıcı qabiliyyətlərini reallaşdır­maq, elmi və mədəni-mənəvi mühit əldə etmək məqsədini güdürdü.
[[Kateqoriya:Türkiyə kimyaçıları]]

[[Kateqoriya:Professorlar]]
XX əsrdə Türkiyənin yoxsul ailələrindən Avropaya və Ame­ri­ka­ya iş da­lınca mühacirət edən yüzlərlə, min­lərlə insanın taleyinə nəzər salsaq gö­rə­rik ki, burada da səbəb bir çox hallarda mad­diyyatla bağlıdır və türk kim­li­yi­nin, türk mədəni-mənəvi sima­sı­nın ifa­də olunmasına xidmət et­mir. Ək­­sinə, onların timsalında Qərb­də türk­lər haqqında olduqca yanlış tə­səv­vürlər for­malaşmışdır. İkinci nə­sil türklər Qərbdə hələ yeni-yeni ayaq tutub yeriyir, möh­kəmlənir və əsl türk obrazı da məhz indi ya­ran­maq­dadır. Məhz ataların ağır fiziki əməyi sayəsində yaratdıqları maddi tə­minat övladların öz genetik intellektual po­tensialını və milli-etnik, mədəni-mə­nə­vi sifətlərini ifadə etmələri üçün va­si­tə, baza rolunu oynayır.
[[Kateqoriya:Biokimyaçılar]]


Lakin nə yaxşı ki, istisnalar da vardır. Hələ körpə vaxtlarından Avropa mühitində böyüyən, ailədə də Şərq və Qərb mədəniyyətlərinin sintezi ruhunda tərbiyə alan Oqtay Sinanoğlunun Amerika səfəri elə lap əvvəlindən böyük bir missiyaya xidmət edirdi. Oqtay Sinanoğlu xaricdə çalışmaq yolunu da Vətən naminə tutmuşdu. O, qayıtmaq üçün gedənlərdən idi. Hətta Amerikanın ən nüfuzlu universitetlərindən birində ona ömürlük kafedra müdiri kimi şərəfli bir mövqe verilmiş olsa da, o, Vətən yolunu seçdi.

Biz «gedib qayıdan» və ya «qayıtmaq üçün gedən» deyərkən Qərbə öz şəx­si məqsədləri ilə deyil, öz millətinə xidmət etmək, görüb-götürmək, həm mü­əyyən bir ixtisas sahəsində biliklər əldə edərək, həm də elmi quruculuq sa­hə­sində təcrübə toplayaraq, elmin təşkilatlanması modellərini mənim­sə­yə­rək, elmlə həyat, elmlə dil, elmlə milli ruh arasındakı münasibətləri saf-çürük edərək «qazandıqlarını» vətəninə daşıyanları nəzərdə tuturuq.

Oqtay Sinanoğlu – 25 yaşında dünyanın ən məşhur universitetlərindən biri olan Yel Universitetinin professoru adını qazanmaqla «türkün silahı qə­ləm deyil, qılıncdır» fikrinin artıq köhnəldiyini və bir türk gəncinin elm sa­həsində də böyük xariqələr yaratmaq iqtidarında olduğunu sübuta yetirdi. Əl­bəttə, yeni bir elm sahəsinin təməlini qoymaq, Qərb elmi ictimaiyyəti tərəfindən qeyd-şərtsiz tanınmaq və qəbul olmaq bir gəncin başını duman­lan­dıra da bilərdi, və­təni və milli kimliyi unutdura da bilərdi. Və əgər belə ol­saydı, o, artıq çox­dan Nobel mükafatı da almış olardı. Lakin Oqtay Si­nan­oğ­lu kökündən ay­rılmadı, şəxsi şöhrət dalınca qaçmadı, türk elminə və bü­töv­lükdə Tür­ki­yə­yə xidmət etmək missiyasını unutmadı. Ola bilsin ki, məhz bu­na görə də Qərb onu bağrına basmaqdan imtina etdi, çoxdan haqq etdiyi Nobel mükafatını da ona qıymadı. Ola bilsin ki, o, Türkiyədə böyük elm yaratmaq məqsədinə də hələ gəlib çata bilməmişdir. Lakin o öz şəxsi tim­sa­lın­da yandırdığı məşəllə sonrakı nəsillərə işıqlı yol açdı, nümunə göstərdi.

Oqtay Sinanoğlu türk dilinin tədrisinin təkmilləşdirilməsi, dilin “tə­miz­lənməsi” sahəsində də xeyli işlər görmüş və gələcək “şüurlu nəslin” (“conscious generation”) yaranması yollarını araşdırmışdı. O, türk dilinin fə­al təbliğatçısıdır. Onun bir fikri çox ibrətamizdir: “Milli dil olmadan mil­lə­tə təhsil vermək sui-qəsdə bərabərdir”.

Dünyada yeni qurulmağa başlayan molekulyar biologiya sahəsinin əsa­sını qoyanlardan biri olmuşdur. Amerika Milli Elmlər Akade­miyasına üzv seçilmiş ilk və maləsəf tək türkdür. İki dəfə Nobel mükafatına namizəd verilmiş, dəfələrlə Nobel Akademiyasının istəyi ilə bu mükafat üçün nami­zədlər irəli sürmüşdür.

Bu gün biz Oqtay Sinanoğlunun yubileyini fəlsəfə ictimaiyyəti ara­sın­da və Fəlsəfə dərgisində qeyd etməklə onun bir alim olmaqdan savayı həm də filosof olduğunu, milli ruhumuzun bayraqdarlarından biri olduğunu vur­ğu­lamaq istəyirik. Onun dil və təfəkkür, elm və milli tərəqqi mövzularında ya­zdıqları bu gün çox aktualdır və biz də Oqtay Sinanoğlunun bu möv­zu­da­kı çıxışlarından birinin mətnini dərgimizdə dərc etmək qərarına gəldik.
===Elm, elm siyasəti və universitetlər===


Universitetin vəzifəsi təhsil və tədqiqatdır. Universitetdə təhsilə, yox­sa tədqiqata daha çox əhəmiyyət verilməlidir və hansına, nəyə görə daha çox əhəmiyyət verilməlidir? Bu məsələ təkcə bizim ölkəmizdə yox, başqa öl­kələrdə də tez-tez müzakirə mövzusu olur. Əslində isə təhsil və tədqiqat bir-biri ilə sıx surətdə bağlı olmalı və bir-birini tamamlamalıdır. Çünki, ən yax­şı öyrənmə üsulu bir şeyi tətbiq edərək öyrənməkdir. Kimisə dinləyərək, din­lədiyin adam əllamə olsa belə, bir müəllimi dinləyərək çox şey öyrənmək müm­kün deyil. Müəllim sadəcə olaraq bəzi yollar göstərə bilər. Əsl öy­rən­mə isə bundan sonra, yəni insanın özünün yeni problemlər qoyması, prob­lem­­dəki həlledici məqamları görərək bu problem haqqında ağlını işlətməsi, prob­­lemləri həll edərək o məsələni mənimsəməsi nəticəsində reallaşır. Bu, hə­lə tədqiqatın başlanğıcıdır. Tədqiqat aparmayan və başqasının tədqiqatına rəh­­bərlik etməyən müəllimin nəticədə bir CD-dən fərqi qalmaz, özünü ye­ni­lə­yə bilməz və həvəsi qalmaz. Müəllimdə həvəsin olması üçün yeni elmi ya­ra­dıcılıq fəaliyyəti ilə məşğul olması, bu fəaliyyətin verdiyi həvəs və hə­yə­canı hiss etməsi lazımdır ki, o həvəs və həyəcanı gənclərə də aşılaya bilsin.

Bu tədqiqat deyilən şey nədir? Biz indi tərəçiyə tərə satacağıq. Təd­qi­qat... İndi hamı tədqiqatçıdır. Türkiyədə tədqiqat 1962-ci ildən bəri TÜ­Bİ­TAK qurulandan bəri aparılır. Kimlərsə aspirantura təhsili üçün və yaxud as­­piranturadan sonra bir tədqiqat üçün xarici bir ölkəyə gedir. Niyə gedir? Han­­sı mövzunu öyrənəcək? Qayıdıb Türkiyəyə nə fayda verəcək? Bunu heç dü­­şünən yoxdur. Təsadüfən hansı ölkəyə getməyə imkan tapsa ora gedir. Get­­diyi yer haqqında ona heç bir məlumat verilmir. Nə o ölkəni, nə də o öl­kə­də getdiyi yeri tanıyır. Getdiyi ixtisas sahəsindəki ən vacib alimləri və ya­xud o sahədə faydalı araşdırmalar aparan tədqiqatçıları da tanımır. O uni­ver­si­tetə gedir və orada kim onu yanına qəbul etsə onun yanında bir təd­qi­qata baş­layır. Yəni, başqasının tədqiqatında köməkçi kimi iştirak edir. Tə­sa­düfən bir mövzuda bir-iki yazısı çıxır, elmi dərəcə alır və Tür­ki­yəyə qayıdır. Qa­yıdıb Türkiyə universitetlərində işə başlayanlar əvvəlcə gi­ley-güzar edir­lər: biz burada necə araşdırma aparaq, o yoxdu, bu yoxdu... Yax­­şı, niyə yox­du? Əvvəla, onların etmək istədiyi şey xaricdə təsadüfən apa­r­­dığı o təd­qi­qa­tın ardını Türkiyədə davam etdirmək cəhdidir. Yəni bu möv­­zu Tür­kiyədə nə üçün tədqiq ediləcək? Bu heç kimi maraqlandırmır. Nə­­ti­cə etibarilə, geri dö­nən­lərin bəziləri bir neçə il burada müqavimət gös­tər­­dikdən sonra ya ye­ni­dən xaricə qaçır, ya da qaça bilmirsə bir müddət son­­ra buradakı sistemə uy­ğun­laşırlar. Əslində, həqiqətən də Türkiyə uni­ver­si­­tetlərində tədqiqat apar­maq hər adamın işi deyil. Çünki, universitet müəl­lim­­lərindən soruşanda ki, ne­çə saat dərsin var? Deyirlər 40 saat. Deyəndə ki, bəs bu necə olur, heç or­ta məktəbdə bu qədər dərs yoxdu. Deyirlər ki, nə et­mək olar, dolanmaq la­zım­dı. Çox dərsə girəndə çox pul alırıq. Bəs tədqiqat apa­­ranların vəziyyəti necədir? Tədqiqat aparanlar üçün çox da həvəs­lən­di­ri­ci amillər yoxdur. Belə çı­xır ki, Türkiyədə əslində 70-ci illərdə bəzi uni­ver­si­­tetlərdə başlamış araş­dır­ma ənənəsi zəifləmiş və sanki, universitetlər bir lit­seyə çevrilmişdir. Bu­na baxmayaraq, daxilində elm sevgisini hiss etmiş və hiss edən şəxslər ol­du­ğu üçün onlar fövqəlbəşəri bir səylə tədqiqat apar­ma­ğa davam edirlər. Mən də Yıldız Teknik Universitetində müxtəlif kafed­ra­lar­da belə insanlarla tanış oldum, çox məmnun oldum. Əslində onları təbrik et­mək lazımdır. Çünki, xaricdə tam təchiz olunmuş bir laboratoriyada təd­qi­qat aparmaq normal bir hal olsa da, bizim ölkədəki bu şəraitdə belə dəyərli təd­qiqatlar aparan in­san­la­rı həqiqətən də təqdir etmək lazımdır.

Lakin tədqiqat təkcə haradasa nəşr olunmaq, elmlər doktoru olmaq və s. üçün aparılmamalıdır. İndi dünyada təqiq edilməli çox məsələ var. Bütün bə­­şəriyyət, dünyanın bütün insanları yığılsa, hər bir fərd səfərbər olsa, bütün mə­sələləri tədqiq etməyə başlasalar və 100 il çalışsalar təbiətin sirlərinin ne­çə faizini üzə çıxarda bilərlər? Heç bir ölkənin gücü bütün problemləri təd­qiq etməyə kifayət etməz. Deməli bu problemlərin içindən seçim etmək çox önəm­lidir. Nələr araşdırılmalıdır? Nə üçün araşdırılmalıdır? Buna görə də hər bir ölkənin öz elm siyasəti, bir tədqiqat siyasəti var. Bu da hər şeydən təc­rid olunmuş, müstəqil bir məsələ deyildir. Bu, siyasət, elm və tex­no­lo­gi­ya, tədqiqat siyasəti, təhsil siyasəti, iqtisadi siyasət və xarici siyasət – bunlar ha­­mı­sı bir-biri ilə sıx surətdə bağlı olan məsələlərdir. Bunların heç biri ol­ma­sa araş­dırma siyasəti də olmaz. Soruşmaq lazımdr, 50 ildir Türkiyənin bir xa­­ri­­ci siyasət konsepsiyası varmı? Türkiyənin xarici siyasəti Avropa və Ame­­rikaya yalvarmaqdan ibarətdir. Başqa bir xarici siyasət görmək müm­kün deyil. İqtisadi siyasət buranı tamamilə bir bazar yerinə çevir­mək­dən iba­rət olub. Təəssüf ki, getdikcə bu belə olur. Yəni indi hər tərəf MakDo­nalds və PizzaHut ilə doludur. Xarici sərmayə budurmu? Bununlamı dirçə­lə­cəyik? Qısacası, bu məsələlər hamısı bir-biri ilə bağlıdır, əlaqəlidir. Və be­lə bir şəraitdə araşdırma aparanların işi həqiqətən də çətindir. Lakin çətin ol­ma­yan işin ləzzəti də olmaz. Asan işin nə ləzzəti olacaq? Xaricdən qayıdıb gə­lib bu­­rada “o yoxdur, bu yoxdur” deyərək şikayət edənlərə mən həmişə de­­yi­rəm ki, əsas odur ki, bu şəraitdə nəsə edək. Və nəsə edəndə də bunu nə üçün et­diyimizi düşünməliyik. Dövlətimiz bunu düşünə bilmirsə, heç ol­ma­sa biz düşünək. Nə etmək olar, başqa çarəmiz yoxdur. Aparılan tədqiqatların bu ölkəyə bir faydası olmalıdır. Xarici ölkələrə beş min tələbə, aspirant və s. göndərilir, milyardlarla dollar sərf edilir. Təhsil nazirliyi və müxtəlif qu­rum­lar və şəxslər tərəfindən bu məqsədlə xaricə göndərilən valyutanın miq­da­rı­nın nə qədər olduğu dəqiq bilinmir. Lakin təxmini bir hesablama aparılsa bu miq­darın milyardlarla dollar olduğu ortaya çıxar və məlum olar ki, bu miq­dar Türkiyədəki bütün universitetlərin toplam büdcəsindən çoxdur. Belə də təh­sil sistemi olar? Bu təhsil sisteminin məqsədi nədir? Mən sizə əsl məq­sə­di deyim: Burada açıq şəkildə ifadə edilməyən bir məqsəd vardır ki, o da xa­ric­dəkilərin təfəkkürünə uyğun, türk dilindən çox ingilis dilini bilən, onu se­vən, burada gəlib türk gənclərinə türk dilində yox, ingilis dilində dərs keç­mək­dən başqa ayrı bir bacarığı olmayan və öz mühitindən təcrid olunmuş in­sanlar yetişdirməkdir. Bu işdən Türkiyəyə xeyir gəlməz. Bəli, bizdə ol­ma­yan bilik və bacarıqları öyrənmək üçün xaricə müəyyən sayda insan gön­dər­mək olar. Amma onlar, yaponların etdiyi kimi müəyyən məqsədlərlə və gön­dərilən hər kəsə müəyyən vəzifələr verərək, əsas bir siyasətin hissələri ki­mi bir vəzifə ilə göndərilməli və o vəzifəni yerinə yetirmədən geri qayıt­ma­­malıdırlar. Bizdə isə belə deyil. Təsadüfi adamlar gedir. Yeganə məqsəd on­ların qayıdıb burada ingilis dilində dərs keçmələridir. Bu gün dünyada təh­sil dilini tamamilə ləğv edib, təhsili ingilis dilində verməyə çalışan ikinci bir ölkə tapmaq mümkün deyil. Müstəmləkə ölkələrdə belə, yerli xalqın dili ilə təhsil vermək, öz dilini və mədəniyyətini inkişaf etdirmək səyləri və si­ya­səti günümüzdə olduqca artmışdır. Lakin Türkiyədə vəziyyət tamam baş­qa cürdür. Türkiyə kimi kütləvi şəkildə mənlik, şəxsiyyət və kimlik in­ti­ha­rı­na təşəbbüs göstərən başqa bir cəmiyyət tapmaq mümkün deyildir. Və tə­əs­süf ki, millətimiz bunu ara-sıra bizim kimi Don Kixotlardan eşitsə də hələ ki, vəziyyətin ciddiliyini hiss edə bilmir. Hara getdiyimizin fərqində deyilik.

== Mənbə ==



* [http://www.oktaysinanoglu.com.tr/ Oktay Sinanoğlu'nun Resmi Web Sitesi]





[[Kateqoriya:Kimyaçılar]]

[[en:Oktay Sinanoğlu]]

[[fr:Oktay Sinanoğlu]]

[[sv:Oktay Sinanoğlu]]

Səhifəsinin 15:41, 9 avqust 2023 tarixinə olan son versiyası

Oqtay Sinanoğlu
türk. Oktay Sinanoğlu
Doğum tarixi 25 fevral 1935(1935-02-25)[1]
Doğum yeri
Vəfat tarixi 19 aprel 2015(2015-04-19) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi fiziki kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935[1], Bari19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı[2]

Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır.[3] 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır.

1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır[4]. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır. 1964-cü illdə universitetin nəzəri kimya fakültəsini yaradan Sinanoğlu buradakı faəliyyət müddətində "Atom və molekulların çox-elektron teoremi" (1961), "Şəbəkə nəzəriyyəsi" (1964), "Kimyəvi reaksiyaların mexanizm qanunu" (1974), "Mikrotermodinamika" (1981) kimi işlərini həyata keçirir. Yel Universitetində 37 il fəaliyyət göstərdikdən sonra 1997-ci ildə təqaüdə çıxaraq Türkiyəyə qayıtmışdır. Eyni il Ulduz Texniki Universitetində çalışmağa başlayan Sinanoğlu 2002-ci ilə qədər univeristetin professoru olmuşdur. Kimya ilə yanaşı Türk dilçilik elminə də böyük töhfələr verən Sinanoğlu qeyd edirdi: "Türk dili özlüyündə riyazi bir dildir və elm üçün çox əlverişlidir" . Bu haqda olan fikirlərini "Türk Ədəbiyyatı", "Türk yurdu", "Miliiyət", "Yeni Türkiyə" kimi jurnallarda çap etdirdiyi məqalələrində əks etdirmişdir.

Akademik əsərləri:

  • Modern Quantum Chemistry : Istanbul Lectures (Academic Press,1965)
  • Sigma Molecular Orbital Theory (Yale Press,1970)
  • Three Approaches to Electron Correlation in Atoms and Molecules (Yale Press,1971)
  • New Directions in Atomic Physics (Yale Press,1971)

Kitabları:

  • Fiziki-kimya terminləri lüğəti (1978)
  • Prof. Sinanoğlu və Türkcə (1997)
  • Bir Nyu-York xəyalı: Bye Bye Türkcə/ Türkcə gedərsə Türkiyə gedər (2011)
  • Hədəf Türkiyə
  • Yeni Elmin üfüqləri 1–2-3
  • Açıqlamalı fiziki-kimya və riyazi terminlər lüğəti (2000)

1973-cü ildə elm sahəsində nüfuzlu mükafatlardan biri sayılan Humboldt adına mükafatın ilk laureatı olmuşdur. Digər mükafatları aşağıdakılardır:

  • 1966 — TÜBİTAK Elmi Mükafatı[5]
  • 1973 — Almaniya A. von Humboldt mükafatı
  • 1973 — Meksika Elena Moşinski Elmi Mükafatı
  • 1975 — Yaponiya Beynəlxalq Elm xadimləri mükafatı
  • 1992 — Mədəniyyət Nazirliyi Məlumat Çağı mükafatı
  • 1995 — İLESAM Üstün xidmət mükafatı
  • 1995 — TYB İlin Fikir adamı mükafatı
  • 2002 — TÜRSAV Türk Dünyasına Xidmət Mükafatı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist. Yel Universiteti, 2015.
  2. "Prof.Dr Oktay Sinanoğlu" (PDF). 2019-04-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  3. "Türk Einstein'ı yoğun bakımda! Prof. Dr. Oktay Sinanoğlu kimdir?". Hürriyet (Turkish). 2015-04-10. 2015-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
  4. "In memoriam: Oktay Sinanoğlu, renowned theoretical chemist". Yale News. 2015-04-20. 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.
  5. "Geçmiş Yıllarda Bilim Ödülü Alanlar" (Turkish). TÜBİTAK. 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.