Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
k Göylər Sonsuz Bir Dənizdir-II Film-Züleyxa (1995) adı dəyişildi. Yeni adı: Göylər Sonsuz Bir Dənizdir. II Film. Züleyxa (1995) |
(Fərq yoxdur)
|
11:48, 10 may 2008 tarixindəki versiya
FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR :
Ssenari Müəllifi : Nazim Rza İsrafiloğlu
Quruluşçu Rejissor : Nazim Rza İsrafiloğlu
Quruluşçu Operator : Nəriman Şıxəliyev
Səs Rejissoru : Ramiz Bağırov
Assistent : Sahib Heybətov, Mətləb Yaqubov
Montaj edən : İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov
Redaktor : Oqtay Orucov, Vüqar Tapdıqlı
Məsləhətçi : Məzahir Abbasov (tarix elmləri doktoru)
Aparıcı : Nazim Rza İsrafiloğlu
Filmin Direktoru : Məhyəddin Əsgərov
Filmdə Çıxış edən : Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi), Məzahir Abbasov (tarix elmləri doktoru), Tofiq Quliyev (bəstəkar)
JANR :
Sənədli
Bioqrafik
DİL :
Azəricə
ÖLKƏ :
Azərbaycan
İSTEHSALÇI KOMPANİYA :
Azərbaycantelefilm (Azərbaycan Televiziyası)
RƏNG :
Rəngli
VAXT :
58,5 dəq.
MƏZMUN :
Azərbaycanın qəhrəman övladlarına həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, Aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, II Dünya Müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir.
ƏLAVƏLƏR :
- Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir.
- Filmdə L. Bethovenin, Arif Məlikovun "Axırıncı Aşırım" bədii filminə yazdığı, Fərəc Qarayevin, T. Babayevin, Cavanşir Quliyevin musiqiləri səslənmişdir.
- Filmdə səslənən mahnının bəstəkarı T. Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır.
- Filmin çəkilişlərinə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti köməklik göstərmişdir.
- Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur.
- Film hazırlandığı zamanı filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi.
- Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir.