Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998).
Məzahir Abasov | |
---|---|
Şəhər Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
19?? – 19?? | |
Keşlə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1948 – 1950 | |
Caparidze Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1946 – 1948 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 2002 (83 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | Leytenant |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı |
|
|
|
Təltifləri |
Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur.[1] 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır.
1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur.[1]
Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır.[2]
Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir.[3]
Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.[4]
Məzahir Abasov qeyri-bərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək, qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir. O, yoldaşları ilə birlikdə 6 gün soyuq dənizdə ac-susuz qalmalı olmuşdur. Digər döyüşlərin birində Məzahirin idarə etdiyi təyyarə vurularaq alovlanmışdır. Özünün də alova büründüyü şəraitdə yanan təyyarəni yerə endirə bilmişdir.[2]
Ə.Abasov təyyarəçi Məzahir Abasovun anadan olmasının 85 illik yubileyi münasibətilə 2004-cü ildə "Əfsanəvi təyyarəçi, müdrik insan", 90 illik yubileyi münasibətilə isə 2008-ci ildə "Əfsanəvi təyyarəçi Məzahir Abasov" adlı kitabları yazmışdır.[4] Kitabda İkinci Dünya müharibəsi veteranı Məzahir Həmid oğlu Abbasov haqqında onun veteran dostları, həmkarları, tanınmış ziyalılar və qohumlarının xatirələri, dahi şairimiz Səməd Vurğunun ona həsr etdiyi şeir və onun barəsində yazılmış materiallar verilmişdir.
İTV kanalı 2014-cü ildə təyyarəçi Məzahir Abasov haqqında bioqrafik film çəkmişdir.
Məzahir Abasov Suqra xanımla ailə qurmuşdur. İki oğlu, bir qız övladları olmuşdur.
Məzahir Abasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsət Abasovun atasıdır.[6]