Yafət Xeyirov

Yafət Xeyirov — Azərbaycanlı kino montajçısı

Yafət Xeyirov
Doğum tarixi (58 yaş)
Doğum yeri Susay, Quba
Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti Montajçı
Mükafatları "Tərəqqi" medalı — 2011

Həyatı[redaktə | mənbəni redaktə et]

Yafə Xeyirov 1965-ci il mayın 16-da Quba rayonunun Susay kəndındə ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bakı Rabitə Elektrotexnikumuna daxil olub. 1984-cü ildə oranı qırmızı diplomla bitirib. Həmin il Azərbarcan Televiziya və Radio Verilişləri Komitəsində videomühəndis vəzifəsinə işə qəbul olunub və Moskva şəhərinə hərbi qulluğa göndərilib. Hərbi qulluğu bitirdikdən sonra televiziyada əmək fəaliyyətinə başlayıb. 1987-ci ildə Moskvada Ostankinoda ixtisas artırma inistitutunda oxuyub. 240-a yaxın sənədli televiziya filmlərinin montaj rejissorudur. Hal-hazırda Aztv-nin Xəbərlər departamentində ölkə başçısının xarıcı və daxili siyasətinin tamaşaçı kütləsinə çatdırılması ilə məşğul olur. Əmək fəaliyyəti, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətininin sədri Arif Alışanov və prezident İlham Əliyev tərəfindən qiymətləndirilərək 2011-ci il noyabrında 10-da "Tərəqqi medalı" ilə təltif olunub. Ailəlidir, iki övladı var.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. 20 il. Müstəqillik (film, 2011)
  2. Abbas Səhhət (film, 2007)(qısametrajlı sənədli film)(Aztv)-montaj
  3. Afurca nağılı (film, 2007)
  4. Ağ adam (film, 2004)
  5. Ağdamlı günlərimiz (film, 2001)
  6. Ah, ədalət! (film, 1997)
  7. Axıska türkləri (film, 2008)
  8. Akademik Yusif Məmmədəliyev (film, 2005)
  9. Almas Yıldırım (film, 2004)
  10. Aşiqlər (film, 2008)
  11. Atəşgah (film, 2001)
  12. Bakı oğrusu (film, 1997)
  13. Bal arısı (film, 2000)
  14. Cabir Novruz (film, 2002)
  15. Cümhuriyyət generalları (film, 2006)
  16. Çay daşı (film, 2001)
  17. Dəvətnamə (film, 2003)
  18. Ey, Vətən! (film, 1995)
  19. Əhməd Bakıxanov (film, 2003)
  20. Əsrin şahidi (film, 2002)
  21. Göylər sonsuz bir dənizdir (film, 1995)
  22. Gülüş sanatoriyası (film, 1989)
  23. Hacı Arif (film, 1995)
  24. Haradasan, Mübubət? (film, 2002)
  25. İki ömür (film, 2000)
  26. İrəvan teatrı (film, 2003)
  27. İsrafil müəllim (film, 2003)
  28. Qara Qarayev (film, 2003)
  29. Qədim Gəncə (film, 2003)
  30. Qədim Şəmkir (film, 2003)
  31. Qobustan (film, 1997)
  32. Qonşu qonşu olsa... (film, 1989)
  33. Qudyalçay (film, 2001)
  34. Mədəniyyət salnaməsi (film, 2001-2004)
  35. Mir Teymur (film, 2003)
  36. Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003)
  37. Nağılların Dərbəndi (film, 2006)
  38. Nəbatət bağı (film, 2001)
  39. Nəriman Əliyev (film, 2005)
  40. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  41. Pənah Xəlilov (film, 2001)
  42. Rəfibəylilər (film, 2009)
  43. Sara Qədimova (film, 2003)
  44. Seyid Nigari (film, 2004)
  45. Səhnəmizin Yaşarı (film, 1996)
  46. Sən həmişə mənimləsən (film, 1987)
  47. Sumqayıtın əks-sədası (film, 1994)
  48. Şamaxı abidələri (film, 2007)
  49. Şəki teatrında (film, 2006)
  50. Uluxanlı məktəbi (film, 2007)
  51. Usta Vaqif (film, 2006)
  52. Vulkanla üz-üzə (film, 2001)
  53. Yalçın (film, 2004)
  54. Yanmış körpülər (film, 2007)
  55. Yorulmamışam. Rövşən Behcət (film, 2007)
  56. Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)
  57. Zəlimxan dastanı (film, 2007)