Amadeo Modilyani: Redaktələr arasındakı fərq
Sətir 35: | Sətir 35: | ||
== İstinadlar == |
== İstinadlar == |
||
<references/> |
|||
{{İstinadlar|2}} |
|||
== Həmçinin bax == |
== Həmçinin bax == |
19:44, 20 fevral 2014 tarixindəki versiya
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Amadeo Modilyani | |
---|---|
it. Amedeo Modigliani | |
Doğum tarixi | |
Doğum yeri | Livorno, İtaliya |
Vəfat tarixi | 24 yanvar 1920[1][2][…] (35 yaşında) |
Vəfat yeri | Fransa, Paris |
Dəfn yeri | |
Vətəndaşlığı | İtaliya |
Uşağı | 2 |
Partnyorları | |
Fəaliyyəti | rəssam, heykəltaraş, boyakar[d] |
Janrlar | portret rəssamlığı[d][4], məişət janrı[5], peyzaj[5], portret[5], nü[5] |
Vikianbarda əlaqəli mediafayllar |
Amadeo Modilyani (it. Amedeo Modigliani) - Yəhudi kökənli İtalyan heykəltaraş və rəssam.
Həyatı və fəaliyyəti
Rəssamın yəhudi əsilli ailəsi XVIII əsrin əvvəllərində miqrant kimi İtaliyanın Livorno şəhərinə köçür. Amadeo ailədə dördüncü və son övlad idi. 1895-ci ildə keçirdiyi vərəm xəstəliyinin ardından 1898-ci ildə tif xəstəliyinə yaxalandı və nəticədə təhsilini tamamlaya bilmədi. Keçirdiyi ağır xəstəliklərdən sonra rəssamlıq dərsləri almağa başlayan gənc Amadeo 1901-ci ildə yenidən vərəm xəstəliyinə yoluxur və bu səfər vəziyyət ciddi olduğu üçün anası tərəfindən Napoli şəhərinə aparılır.[6]
Dərs aldığı Qugliemo Mikelli, ona rəssamlıq üzrə ali təhsil almasını təklif etdi və Modilyani 1902-ci ildə Florensiya şəhərində yerləşən İncəsənət Akademiyasına daxil oldu. Bir il sonra isə təhsilini Venesiya şəhərində yerləşən eyni adlı akademiyada davam etdirdi. Venesiyada yaşadığı illərdə Amadeo Modilyanin çətin günləri başlayır. Qısa zamanda narkotik maddələrin əsirinə çevirilən rəssam bir növ toparlanamaq üçün Paris şəhərinə getməyə qərar verir.
Parisdə olduğu müddət ərzində əsasən şəhərin kasıb sənətkarlarının toplaşdığı Montmarte səmtinin Le Bateau-Lavoir məhəlləsində yaşamağa başlayır. Modilyanin Le Bateau-Lavoir məhəlləsində Pablo Pikasso ilə qonşuluqda yaşayırdı. Toparlanmaq üçün gəldiyi Parisdə narkotik maddə istifadəçiliynə; spirtli içkilərdə əlavə olunur və rəssam səfil həyatı yaşamağa başlayır.[7]
İstinadlar
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Amedeo Modigliani (nid.).
- ↑ Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 557. ISBN 978-2-914611-48-0
- ↑ http://vocab.getty.edu/page/ulan/500026509.
- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ Fifield, William (19 İyun 1978). Modigliani: A Biography. W.H. Allen
- ↑ Werner, Alfred (1967). Amedeo Modigliani. London