Amadeo Modilyani

Amadeo Modilyani (it. Amedeo Modigliani; 12 iyul 1884[1][2][…], Livorno, İtaliya krallığı[3][4]24 yanvar 1920[1][2][…], Paris, Sena[d], Üçüncü Fransa Respublikası[3][4]) — yəhudi mənşəli italyan heykəltaraşrəssam.

Amadeo Modilyani
it. Amedeo Modigliani
Amadeo Modilyani (1919)
Amadeo Modilyani (1919)
Doğum tarixi 12 iyul 1884(1884-07-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1920(1920-01-24)[1][2][…] (35 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı 2
Partnyorları
Fəaliyyəti rəssam, heykəltaraş, boyakar[d]
Janrlar portret rəssamlığı[d][3], məişət janrı[6], peyzaj[6], portret[6], [6]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Amadeo Modilyaninin Livorno şəhərində doğulduğu ev.

Rəssamın yəhudi əsilli ailəsi XVIII əsrin əvvəllərində miqrant kimi İtaliyanın Livorno şəhərinə köçür. Amadeo ailədə dördüncü və sonuncu övlad idi. 1895-ci ildə keçirdiyi vərəm xəstəliyinin ardından, 1898-ci ildə tif xəstəliyinə yaxalandı və nəticədə təhsilini tamamlaya bilmədi. Keçirdiyi ağır xəstəliklərdən sonra rəssamlıq dərsləri almağa başlayan gənc Amadeo, 1901-ci ildə yenidən vərəm xəstəliyinə yoluxur və bu dəfə vəziyyət ciddi olduğu üçün anası tərəfindən Napoli şəhərinə aparılır.[7]

Dərs aldığı Qugliemo Mikelli, ona rəssamlıq üzrə ali təhsil almasını təklif etdi və Modilyani 1902-ci ildə Florensiya şəhərində yerləşən İncəsənət Akademiyasına daxil oldu. Bir il sonra isə təhsilini Venesiya şəhərində yerləşən eyni adlı akademiyada davam etdirdi. Venesiyada yaşadığı illərdə Amadeo Modilyanin çətin günləri başlayır. Qısa zamanda narkotik maddələrin əsirinə çevirilən rəssam bir növ toparlanamaq üçün Paris şəhərinə getməyə qərar verir.

Parisdə olduğu müddət ərzində əsasən şəhərin kasıb sənətkarlarının toplaşdığı Monmartr səmtinin Le Bateau-Lavoir məhəlləsində yaşamağa başlayır. Modilyanin Le Bateau-Lavoir məhəlləsində Pablo Pikasso ilə qonşuluqda yaşayırdı. Toparlanmaq üçün gəldiyi Parisdə narkotik maddə istifadəçiliynə spirtli içkilər də əlavə olunur və rəssam səfil həyatı yaşamağa başlayır.[8]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Amedeo Modigliani (nid.).
  3. 1 2 3 4 5 Union List of Artist Names (ing.).
  4. 1 2 3 4 The Fine Art Archive.
  5. Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 557. ISBN 978-2-914611-48-0
  6. 1 2 3 4 RKDartists (nid.).
  7. Fifield, William (19 İyun 1978). Modigliani: A Biography. W.H. Allen
  8. Werner, Alfred (1967). Amedeo Modigliani. London

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]