Anna Andreyevna Axmatova (doğ. Qorenko, ilk həyat yoldaşından Qorenko-Qumilyova ;[3], ayrıldıqdan sonra Axmatova soyadını götürmüşdür, ikinci həyat yoldaşından Axmatova-Şileyko[4], ayrıldıqdan sonra Axmatova[5][6][7] 11 (23) iyun 1889[8][1][…], Odessa, Xerson quberniyası, Rusiya imperiyası[8][9][…] – 5 mart 1966[9][10][…], Domodedovo, RSFSR, SSRİ[11][12][…]) — SSRİ şairəsi, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi, XX əsrin ən məşhur SSRİ şairələrindən biri, rus poeziyasının gümüş əsrin şairəsi.
Anna Axmatova | |
---|---|
rus. Анна Ахматова | |
| |
Doğum adı | Anna Andreyevna Qorenko |
Doğum tarixi | |
Doğum yeri | Odessa |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Domodedovo |
Vəfat səbəbi | infarkt[d] |
Vətəndaşlığı | SSRİ |
Uşağı | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, ədəbiyyat tənqidçisi, şair, müəllif, ədəbiyyatşünas |
Fəaliyyət illəri | 1911—1966 |
Əsərlərinin dili | rus dili |
İstiqamət | akmeizm |
Janr | poeziya |
Mükafatları | "Etna-Taormina" |
akhmatova.org | |
Anna Axmatova Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna Andryevna Qorenko (Axmatova) 1889-cu ilin 11 (23) iyununda Odessa şəhəri yaxınlığında Böyük Fontanda dəniz mühəndis-mexanikinin ailəsində anadan olmuşdur.[13] Özü haqqında yazmış olduğu ömür-gün tarixçəsində də məhz bu sözləri deyirdi:
Mən Çarli Çaplinlə, Tolstoyun “Keryser sonatası”, Eyfel qülləsi və deyəsən, Eliotla bir ildə doğulmuşam. 1889-cu ilin həmin yayında Paris Bastiliyanın süqutunun 100 illiyini bayram edirdi. Dünyaya göz açdığım 23 iyun gecəsi isə ta qədimdən bu günə kimi məşhur «İvanov gecəsi» (ing. Midsummer night) kimi qeyd edilir. Nənəm Anna Yeqorovna Motovilovanın şərəfinəadımı Anna qoyduar. Nənəmin anası tatar knyaginyası Axmatova idi və onun familiyasını özümə ədəbi Təxəllüs qəbul etdim[14] |
Nəsil şərəcəsinə gəlincə, Anna Yeqorovna Motovilova (ərlik soyadı Stoqova, 1817-1863). Anna Axmatovanın ana tərəfdən nənəsi sayılır. Motovilovanın anası Proskovya Fedoseyevna isə Simbirsk şəhərinin zadəganlarından idi. Axmatovlar ailəsində gəzən söz-söhbətlərə görə, guya onlar 1481-ci ildə vəfat etmiş tatar xanı Axmatın nəslindəndir .[15] Axmatovlar knyaz titulunu heç vaxt daşımayıblar[14]. (bunu tarixi mənbələr təsdiq etmir)
Bir il sonra onların ailəsi həyatının ən gözəl anları yaşadığı Sarskoye Seloya köçür və Axmatova on altı yaşına kimi burada yaşayır. Hər il yayı Streles buxtasının sahilində Sevastopolda keçirən Anna dənizlə dostlaşır. Bu illərin ən böyek təəssüratları isə yaxınlığında yaşadıqları qədim Xersoneslə bağlıdır.
Oxumağı Lev Tostoyun əlifbasından öyrənən Anna, artıq 5 yaşında fransızca danışırdı. Bu, onun gələcək parlaq zəkasından və böyük istedadından xəbər verirdi.
Bədii yaradıcılığa çox erkən – on bir yaşından başlayan Axmatova rus şairlərinə münasibətində yazırdı:
Şeirlər mənim üçün Puşkin və Lermontovdan deyil, Derjavin və Nekrasovdan başlayır. Bu şairləri anam əzbər bilirdi. |
Axmatova təhsilini Sarskoye Seloo gimnaziyasında alıb. Özünün dediyinə görə, əvəllər çox pis oxuyub, sonra bir qədər düzəlib. Lakin həmişə həvəssiz yanaşıb.
1905-ci ildə valideynlərinin ayrılması nəticəsində Annanın anası uşaqlarını götürüb cənuba köçür. Bütün ili Yevpatoriyada yaşamalı olurlar. Sonralar həmin illəi təəsüf hissilə xatırlayan Axmatova yazırdı
Gimnaziyanın sonuncu kurs dərslərini evdə keçdiyimdən Sarskoye Selo üçün çox darıxır, ümidsiz şeirlər yazırdım. |
Axırıncı sinfi Kiyevdə Fundukleyev gimnaziyasında başa vuran Axmatova 1907-ci ildə oranı bitirir və Kiyev Ali qadınlar kursunun hüquq fakültəsinə daxil olur. Hüquq tarixi və latın dilinin tədrisindən əvval razılıqlı danışan Anna, çox keçmir ki, burada tədris olunan hüquq fənnlərindən usanır.
1910-cu ilin iyununda Rayevin Ali tarix-ədəbiyyat kurslarında oxuyan Anna həm də ciddi yaradıcılıqla məşğul olur.
«Akmeizm» ədəbi cərəyan kimi XX əsrin əvvəllərində meydana gəldi. Buna səbəb simvolizmin daxilində baş verən böhranlar idi. Akmeistlərin cəbhəsini dərnəyinin altı üzvü: N.S.Qumilyov (1886-1921), S.M.Qorodetski (1884-1967), A.A.Axmatova (1889-1966), O.E.Mandelştam (1891-1938), M.A.Zenkeviç (1886-1973) və V.İ.Narbut (1888-1944) təşkil edirdi. Sonra Axmatova özü bu barədə yazırdı:
1910-cu ildə özünü açıq-aşkar göstərən simvolizm böhranı yeni yazmağa başlayan şairləri özündən kənarlaşdırır. Şairlərin bir qismi futurizmə, digər qismi isə akmeizmə tərəf üz tutur. Dostlarım Mandelştam, Zenkeviç, Narbutla birlikdə akmeist oldum.[14] |
1910-cu ildə Axmatova şair Nikolay Qumilyov ilə evlənirlər. Onların tanışlığına gəlincə, bu hadisə 1904-cü ildə baş vermişdir. O vaxt Anna gimnaziyanın 4-cü, Nikolay isə 7-ci sinifində oxuyurdu. Toydan sonra hər iki şair toya qədər bir-birilərinə yazdığı məktubları bir yerə toplayıb yandırmağı qərara alırlar. Axmatova öz ömür-gün dəftərçəsində belə xatırlayır:
Parisin yeni bulvarları hələ tam hazır deyildi şeirlər aşağı səviyyəyə endirilmişdi, onları az-çox tanınmış rəssamların şəkillərinə görə alırdılar. Mən onda başa düşdüm ki, Paris rəssamlığı fransız poeziyasını yedi. |