Dördlər (Boyat, Neftçala): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k 5.197.153.128 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Acategory tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.
silinmiş şəkillərin keçidi təmizləndi
Sətir 36: Sətir 36:


'''Dördlər''' — [[Azərbaycan Respublikası]]nın [[Neftçala rayonu]]nun inzibati ərazi vahidində kənd. [[Neftçala rayonu]]nda bu adda iki kənd mövcuddur. [[Kür çayı]]nın sahilində yerləşən bu kənd [[Boyat bələdiyyəsi (Neftçala)|Boyat bələdiyyəsinin]] tərkibindədir<ref>[http://www.neftchala-ih.gov.az/view.php?lang=az&menu=163&id=116 Neftçala RİH – Neftçala rayonunun şəhər,qəsəbə və kəndləri barədə məlumat]</ref><ref>[http://www.bim.az/news/a-73.html Neftçala rayonu – Bələdiyyə İnformasiya Mərkəzi]</ref>.
'''Dördlər''' — [[Azərbaycan Respublikası]]nın [[Neftçala rayonu]]nun inzibati ərazi vahidində kənd. [[Neftçala rayonu]]nda bu adda iki kənd mövcuddur. [[Kür çayı]]nın sahilində yerləşən bu kənd [[Boyat bələdiyyəsi (Neftçala)|Boyat bələdiyyəsinin]] tərkibindədir<ref>[http://www.neftchala-ih.gov.az/view.php?lang=az&menu=163&id=116 Neftçala RİH – Neftçala rayonunun şəhər,qəsəbə və kəndləri barədə məlumat]</ref><ref>[http://www.bim.az/news/a-73.html Neftçala rayonu – Bələdiyyə İnformasiya Mərkəzi]</ref>.

[[Şəkil:Kur Dordler.jpg|right|350px|thumb|Kür çayı. Dördlər]]


== Tarixi ==
== Tarixi ==

14:09, 5 may 2015 tarixindəki versiya

DÖRDLƏR
39°28′ şm. e. 49°05′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Dördlər xəritədə

DördlərAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir[1][2].

Tarixi

Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbirstanlıqda XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb.

Mədəniyyəti

Dördlər kəndində bir kitabxana, bir şadlıq sarayı, tarixi XIX əsrə gedən qəbirstanlıq, bir futbol stadionu, bir çayxana vardır. Kənddə doqquz ticarət obtekti-kiçik dükan fəaliyyət göstərir. Kənddə vaxtilə kino klubu da olmuşdur. Dördlər kəndinin məktəbliləri qonşu Astanlı kənd və ya Xıllı qəsəbə 1 saylı orta məktəbdə təhsil alırlar. Kənd sakinlərindən İmamverdi Zeynalov, Sabir Alim (Əsədov) Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Alim (Əsədov) 2003-cü il üzrə ən yaxşı gənc şair mükafatının sahibi və Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə üzrə elmlər doktorlarıdır. I Qarabağ müharibəsində Azad Zeynalov, Firdovsi Cəbrayılov şəhid olmuşlar. Keçmiş polis işçisi Alim Əsədov müharibədə rəşadətlə vuruşmuş, II qrup Qarabaş əlili olmuşdur.

Coğrafiyası və iqlimi

Dördlər kəndi Neftçala rayonu ərazisində, Boyat bələdiyyəsinin və intibati nümayəndəliyinin ərazisində, Kür çayının cənub sahilində yerləşir. Əhali Kür çayı ilə Neftçala-Salyan magistral yolunun aralığında yaşayır. Əhalisinin sayı günü-gündən artmaqdadır. İqlimi yayı isti, qışı sərindir. İçməli suyu Kür çayından əldə edilir.

Əhalisi

500 nəfər

İqtisadiyyatı

İqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Kənd əhalisi əkinçilik və maldarlıqla məşğuldur.

İstinadlar

  1. Neftçala RİH – Neftçala rayonunun şəhər,qəsəbə və kəndləri barədə məlumat
  2. Neftçala rayonu – Bələdiyyə İnformasiya Mərkəzi