Dördlər — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Neftçala rayonunda bu adda iki kənd mövcuddur. Kür çayının sahilində yerləşən bu kənd Boyat bələdiyyəsinin tərkibindədir.[1][2]
Dördlər | |
---|---|
39°28′ şm. e. 49°05′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Neftçala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Dördlər kəndinin tarixi haqqında müxtəlif fikirlər olmuşdur. Rəhmətlik dünyagörmüş qoca Ağadadaş Süleymanovun dediyi bir fikrə görə Şah Abbasın zülmündən qaçıb gəlmiş dörd qardaşdan bu kənd yaranmışdır və elə ona görə də "Dördlər" adlanmışdır. Başqa bir fikirdə deyilənə görə, kəndin ilk sakinlərindən biri hazırda qəbiristanlıq da XIX əsrə aid olan qəbirdə dəfn olunmuş Mehdi kişi olub. Onun dörd oğlu olmuşdur: Əsəd, Zeynal, Cəfər Və Nəcəf. Kənddə hazırda beş əsas soyad daşıyıcıları yaşayır: ata: Mehdiyevlər, onun oğlanlarından olan: Əsədovlar, Nəcəfovlar, Cəfərovlar və Zeynalovlar. Deyilənə görə, vaxtilə bu tayfanın iki üzvündən olan törəmələr Xıllı qəsəbəsində Çərəzi adlandırılan yerdə məskunlaşıb.
Hazırda Səxavət Əsədov, Arif Əsədov, Kamran Əsədov, Emin Dadaşov, Ələkbər Nəcəfov, Şamil Nəcəfov, Rahil Nəcəfov fəlsəfə doktorlarıdır. Nəcəfqulu Nəcəfov və Nadir Nəcəfov Neftçala rayonunun tanınmış zayalıları olmuşlar. Səxavət Əsədov "Əməkdar mühəndis"dir, "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Dördlərlilər II Dünya müharibəsi zamanı da xüsusi igidlik göstərmişlər. Ağaşirin Ağaməmməd oğlu Cəfərov Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Sabir Əsəd oğlu Əsədov Kerç uğrunda döyüşlərdə itkin düşmüşdür.
I Qarabağ müharibəsində Azad Zeynalov, Firdovsi Cəbrayılov şəhid olmuşlar. Keçmiş polis işçisi Alim Əsədov müharibədə rəşadətlə vuruşmuş, II qrup Qarabaş əlili olmuşdur.[mənbə göstərin]
Dördlər kəndində bir kitabxana, bir şadlıq sarayı, tarixi XIX əsrə gedən qəbiristanlıq , bir futbol stadionu, bir çayxana vardır. Kənddə doqquz ticarət obtekti-kiçik dükan fəaliyyət göstərir. Kənddə vaxtilə kino klubu da olmuşdur. Dördlər kəndinin məktəbliləri qonşu Astanlı kənd və ya Xıllı qəsəbə 1 saylı orta məktəbdə təhsil alırlar. Kənd sakinlərindən İmamverdi Zeynalov, Sabir Alim (Əsədov) Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Alim (Əsədov) 2003-cü il üzrə ən yaxşı gənc şair mükafatının sahibi və Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Rahil Nəcəfov AMEA-nın Regionşünaslıq İnstitunun direktor müavinidir. Şamil Nəcəfov AMEA-nın Arxeologya İnstitunun böyük elmi işçisidir. Arif Əsədov Xətai rayonu 147 sayli Texniki-humanitar liseyin direktorudur.[mənbə göstərin]
Dördlər kəndi Neftçala rayonu ərazisində, Boyat bələdiyyəsinin və intibati nümayəndəliyinin ərazisində, Kür çayının cənub sahilində yerləşir. Əhali Kür çayı ilə Neftçala-Salyan magistral yolunun aralığında yaşayır. Əhalisinin sayı günü-gündən artmaqdadır. İqlimi yayı isti, qışı sərindir. İçməli suyu Kür çayından əldə edilir.
500 nəfər.[mənbə göstərin]
İqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Kənd əhalisi əkinçilik və maldarlıqla məşğuldur.
Neftçala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |