Aşağı Surra

Aşağı SurraAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Surra
39°29′06″ şm. e. 49°00′34″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Aşağı Surra xəritədə
Aşağı Surra
Aşağı Surra

Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. Aşağı Surra bəylər, zadələr ismi ilə tanınır. "Surranın Quru Bəyləri" ifadəsidə məhz bura təkamül edir.

Redaktor: Ağali Sadıqov

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib.

Kənddə 4338 nəfər əhali yaşayır. (2009)

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı və balıqçılıq təşkil edir. Əsasən, əkinçilik və maldarlıq sahələri daha çox inkişaf etmişdir. Kənddə suvarılan sahələr becərilir. Əkinçilikdə taxıl, pambıq və yonca əkini əsas yer tutur.

Aşağı Surra kəndində təhsil yüksək inkişaf etmişdir. Kənddə Zabil Qabil oğlu Əsgərov adına kənd orta ümumtəhsil məktəbi və Eldar Abbasağa oğlu Rəhmanov adına əsas ümumtəhsil məktəbi yerləşir.[1]

  • Firdovsi Tağıyev. Aşağı Surra kəndi. Bakı: "Mütərcim", 2017  (az.)</ref>[1]
  1. Firdovsi Tağıyev - Aşağı Surra Arxivləşdirilib 2017-02-27 at the Wayback Machine. sabahinfo.az, 21.02.2017  (az.)