Faizlər razılaşması: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 2: | Sətir 2: | ||
[[Şəkil:Percentages Agreement.png|225px|thumb|right|Razılaşmanın surəti]] |
[[Şəkil:Percentages Agreement.png|225px|thumb|right|Razılaşmanın surəti]] |
||
'''Faizlər razılaşması''' — dördüncü Moskva konfransı zamanı əldə olunan, [[İkinci dünya müharibəsi|İkinci dünya müharibəsindən]] sonra cənub-şərqi [[Avropa]] regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən [[Çörçill]]-[[Stalin]] razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə [[Çörçill]] tərəfindən açıqlanmışdı. [[Ruzvelt|Ruzvelti]] konfransda təmsil edən [[ABŞ]] səfiri bu xüsusi müzakirələrdən kənarda |
'''Faizlər razılaşması''' — dördüncü Moskva konfransı zamanı əldə olunan, [[İkinci dünya müharibəsi|İkinci dünya müharibəsindən]] sonra cənub-şərqi [[Avropa]] regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən [[Çörçill]]-[[Stalin]] razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə [[Çörçill]] tərəfindən açıqlanmışdı. [[Ruzvelt|Ruzvelti]] konfransda təmsil edən [[ABŞ]] səfiri bu xüsusi müzakirələrdən kənarda qalmışdı. |
||
== Razılaşma == |
== Razılaşma == |
22:26, 1 dekabr 2016 tarixindəki versiya
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri bu xüsusi müzakirələrdən kənarda qalmışdı.
Razılaşma
1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Uinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir. Təklif tərcümə olunduqdan sonra Çörçill:
"Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" - deyir, lakin Stalin "Yox, səndə qalsın" - deyə cavab verir.
İki ölkəni xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Stalin razılaşmaya uyğun olaraq, vətəndaş müharibəsi edən yunan kommunistlərinə kömək etmir. ABŞ və Böyük Britaniyadan yardım alan yunan höküməti vətəndaş müharibəsindən qalib çıxır.
Ölkələr | Sovet İttifaqı | Böyük Britaniya |
---|---|---|
Bolqarıstan | 75% | 25% |
Yunanıstan | 10% | 90% |
Macarıstan | 50% | 50% |
Rumıniya | 90% | 10% |
Yuqoslaviya | 50% | 50% |
Həmçinin bax
Xarici keçidlər
- The division of Europe, according to Winston Churchill and Joseph Stalin (1944)
- Excerpt from the book STALIN
- Geoffrey Roberts, Beware Greek Gifts: The Churchill-Stalin «Percentages» Agreement of October 1944