Çığırğan cüllüt: Redaktələr arasındakı fərq
Sətir 27: | Sətir 27: | ||
== Qısa təsviri == |
== Qısa təsviri == |
||
Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və |
Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və [[çinədan]]ı tüstü kimi boz, döşü qara, qarnı kürəndir <ref>Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;</ref>. |
||
== Yayılması == |
== Yayılması == |
20:23, 9 may 2017 tarixindəki versiya
Çığırğan cüllüt | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Klad: Klad: Sinif: ???: Çığırğan cüllüt |
||||||
Beynəlxalq elmi adı | ||||||
Chettusia gregaria (Pall., 1771) | ||||||
|
Çığırqan çökükburun (lat. Chettusia gregaria) — Bozcalar fəsiləsinə aid quş növü.
Statusu
Kateqoriyası
(CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir.
Qısa təsviri
Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir [1].
Yayılması
Avropa, Asiya və Afrikada yayılıb [2]. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarında, Abşeron-Qobustanda [3][4][5][6][7], Naxçıvan MR-də Araz və Əlincəçay sahillərində rast gəlinir [8].
Yaşayış yeri və həyat tərzi
Çaylara, göllərə və subasarlara yaxın yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qeyri-müntəzəm qışlayan və miqrasiya dövründə müvəqqəti məskunlaşan növdür. Cücü və bitki yeyir [9][10].
Məhdudlaşdırıcı amillər
Yaşayış yerlərinin meyvə-tərəvəz və texniki bitkilər altında istifadəsi və böyük sayda mal-qara otarılması bu quşu da sıxışdırır.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Abşeron, Şirvan və Ordubad Milli Parkları, Dövlət Təbiət Yasaqlıqlarında optimal şəraiti var. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının (2007) Qırmızı kitablarına, Ramsar, Bern və Bonn konvensiyalarına, AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Növün qorunmasının maarifçiliyi gücləndirilməlidir.
Həmçinin bax
Gözəl baladoydaq
Böyükdimdik bozca
Ağ durna
Səhra balakəkliyi
Adi çivdimdik
Xarici keçidlər
İstinadlar
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
- ↑ Винокуров А.А. Редкие и исчезающие животные. Птицы. М. Высшая школа, 1992, с. 206-207;
- ↑ Тугаринов А.Д., Козлова Е.В. Зимовка птиц в Талыше // Тр. Аз. ФАН ССР, Зоол. серия., т. XXXIV, 1935, с. 43;
- ↑ Гамбаров К.М. Материалы по птицам Абшеронского полуострова // Уч. зап. АГУ им. С.М. Кирова, сер. биол. наук. 1958, № 1, с. 69;
- ↑ Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 81;
- ↑ Babayev İ.R. Şəxsi gündəliyindən. 2003;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
- ↑ Talıbov T.H. Çığırqan çöküküburun–Chettusia gregaria Pall. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 119-120.
- ↑ Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 81;
- ↑ Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
Ədəbiyyat
1. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис. Изд. Кавказ. музея, 1885, с. 331-332;
2. Бабаев И.Р. Размещение и численность редких видов водно-болотных птиц на прибрежной полосе Азербайджанского сектора Каспия // IV международная конференция “Биологическое Разнообразие Кавказа” посвященная 60-летию со дня рождения заслуженного деятеля науки РФ, академика РЭА, профессора Абдуррахманова Г.М. Махачкала, 2002, с. 72-74;
3. Babayev İ.R. Lənkəran ovalığında su və sahil quşlarının yayılması və kəmiyyət göstəriciləri // Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respublika elmi konfransının materialları (22-23 may). Bakı Universiteti nəşriyyatı, 2009, s. 373-374;
4. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.