Macar-Türk dostluq parkı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 26: Sətir 26:


Osmanlı dövründə şəhərdə məscidlər, türk hamamları və məktəblər inşa edildi. Bu zaman tikilən bəzi binalar hələ də qorunur. Lakin tikililərin bir hissəsi Habsburqlar tərəfindən məhv edildi<ref name="dw"/>.
Osmanlı dövründə şəhərdə məscidlər, türk hamamları və məktəblər inşa edildi. Bu zaman tikilən bəzi binalar hələ də qorunur. Lakin tikililərin bir hissəsi Habsburqlar tərəfindən məhv edildi<ref name="dw"/>.
== Dostluq parkı ==
Rəvayətə görə Sultan Süleymanın vəfatından dərhal sonra onun daxili orqanları çıxarılıb Ziqetvar<ref name="s1">{{cite news |url=http://www.sabah.com.tr/Dunya/2012/11/23/muhtesem-suleyman-burada-aranacak |newspaper=Sabah (newspaper) |title=Muhteşem Süleyman burada aranacak |date=2012-11-23 |language=Turkish |accessdate=2013-08-26 }}</ref> yaxınlığında bir yerə basdırıldı, cəsədi isə balzamlandı və imperatoriyanın paytaxtına aparıldı<ref name="tz"/><ref name="dw"/>.

Sultan Süleymanın anadan olmasının 500-cü ilində, Türkiyə hökumətinin təşəbbüsü ilə və onun pulu ilə güman edilən sultanın ürəyinin basdırıldığı yerdə bir dostluq parkı quruldu. 1994-cü ilin sentyabrında açılış mərasimində Macarıstanın Təhsil naziri Qabor Fodor və Türkiyə Prezidenti [[Süleyman Dəmirəl]] iştirak etdi<ref name="h1">{{cite news |url=http://avrupa.hurriyet.com.tr/haberler/gundem/138893/macar-turk-dostluk-parki |newspaper=Hürriyet |title=Macar-Türk dostluk parkı |date=2008-03-30 |language=Turkish |accessdate=2013-08-26 }}</ref><ref name="su">{{cite web |url=http://szigetvar.utisugo.hu/latnivalok/magyar-torok-baratsag-park-szigetvar-88526.html |publisher=Szigetvar Utisugo |title=Magyar-Török Barátság Park - Szigetvár |language=bg |accessdate=2013-08-26 }}</ref>.

Park şəhərin təxminən 2-3 kilometr şimal-şərqində yerləşir və ora avtobusla getmək mümkündür. Parkın sahəsi təxminən bir akr təşkil edir. Park bütün il açıqdır

1996-cı ildə parkda Osmanlı memarlıq üslubunda inşa edilən içməli bir bulaq quruldu. Bunun üçün plitələr və mərmərlər Türkiyədən gətirildi. Parkda Möhtəşəm Sultan Süleymanın daxili orqanları üçün rəmzi məzar, mərmərdən hazırlanmış simvolik bir türbə var.


== İstinadlar ==
== İstinadlar ==

17:36, 2 aprel 2020 tarixindəki versiya

Macar-Türk dostluq parkı
Məlumatlar
Parkın tipi park
Ölkə
Yerləşməsi Macarıstan Macarıstan
Yaradılıb 1994
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macar-Türk dostluq parkı (mac. Magyar-Török Barátság Park, türk. Macar-Türk Dostluk Parkı) — park Macarıstanın cənub-qərbində yerləşir. Park Osmanlı İmperiyasının qoşunları macarlar və xorvatlar tərəfindən müdafiə olunan Ziqetvar qalasını aldığı Ziqetvar döyüşünün xatirəsinə qurulmuşdur. Park 1994-cü ildə Macarıstan və Türkiyə rəsmiləri tərəfindən açılmışdır.

Tarixi

Ziqetvar qalası.

1566-cı ilin yayında təxminən 80 min nəfərlik Osmanlı ordusu, şəxsən Sultan Süleyman Qanuninin başçılığı ilə Ziqetvar qalasını mühasirəyə aldı. Qalanın mühasirəyə alınmasının əsas məqsədi Habsburg İmperiyasının ən böyük şəhərlərindən biri olan Vyanaya gedən yolu açmaq idi. Qala Miklos Zrinyinin əmr altında olan təxminən min əsgər tərəfindən müdafiə edilirdi. Mühasirə avqustun 6-dan sentyabrın 8-dək davam etmişdir[1].

6 sentyabrda Sultan Süleyman Qanuni çadırında olarkən gözlənilmədən 72 yaşında təbii səbəblərdən dünyasını dəyişir. Onun ölümü gizləndilir və qoşunlara Böyük Vəzir Sokollu Mehmed Paşa rəhbərlik etdi. Qısa müddətdən sonra qalanın müdafiə komandiri Miklos Zrinyi öldürüldü və qala ələ keçirildi. Buna baxmayaraq Vyanaya yürüş dayandırıldı və qoşunlar Sultan Süleymanın ölümü haqqında məlumat almadan geri döndü[2].

Şəhər 122 il Osmanlı İmperiyasının bir hissəsi oldu. 1596-1600-cü illərdə Ziqetvar əyalətinin paytaxtı oldu və sonra Kanij əyaletinin bir hissəsinə çevrildi.

Osmanlı dövründə şəhərdə məscidlər, türk hamamları və məktəblər inşa edildi. Bu zaman tikilən bəzi binalar hələ də qorunur. Lakin tikililərin bir hissəsi Habsburqlar tərəfindən məhv edildi[2].

Dostluq parkı

Rəvayətə görə Sultan Süleymanın vəfatından dərhal sonra onun daxili orqanları çıxarılıb Ziqetvar[3] yaxınlığında bir yerə basdırıldı, cəsədi isə balzamlandı və imperatoriyanın paytaxtına aparıldı[1][2].

Sultan Süleymanın anadan olmasının 500-cü ilində, Türkiyə hökumətinin təşəbbüsü ilə və onun pulu ilə güman edilən sultanın ürəyinin basdırıldığı yerdə bir dostluq parkı quruldu. 1994-cü ilin sentyabrında açılış mərasimində Macarıstanın Təhsil naziri Qabor Fodor və Türkiyə Prezidenti Süleyman Dəmirəl iştirak etdi[4][5].

Park şəhərin təxminən 2-3 kilometr şimal-şərqində yerləşir və ora avtobusla getmək mümkündür. Parkın sahəsi təxminən bir akr təşkil edir. Park bütün il açıqdır

1996-cı ildə parkda Osmanlı memarlıq üslubunda inşa edilən içməli bir bulaq quruldu. Bunun üçün plitələr və mərmərlər Türkiyədən gətirildi. Parkda Möhtəşəm Sultan Süleymanın daxili orqanları üçün rəmzi məzar, mərmərdən hazırlanmış simvolik bir türbə var.

İstinadlar

  1. 1 2 Orhan, Saim. "Süleyman the Magnificent's unknown grave in Hungary". Today's Zaman. 2008-05-29. 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-27.
  2. 1 2 3 "Auf der Suche nach Sultan Süleymans Herz". Die Welt (alman). 2013-08-25. İstifadə tarixi: 2013-08-25.
  3. "Muhteşem Süleyman burada aranacak". Sabah (newspaper) (Turkish). 2012-11-23. İstifadə tarixi: 2013-08-26.
  4. "Macar-Türk dostluk parkı". Hürriyet (Turkish). 2008-03-30. İstifadə tarixi: 2013-08-26.
  5. "Magyar-Török Barátság Park - Szigetvár" (bolqar). Szigetvar Utisugo. İstifadə tarixi: 2013-08-26.