Bahadur Fərman: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Yazıçı
{{Yazıçı
|Adı = Bahadur Abdullayev
|Adı = Bahadur Fərman
|Orijinal adı = Bahadur Fərman oğlu Abdullayev
|Orijinal adı = Bahadur Fərman oğlu Abdullayev
|Şəkil = Bahadur Abdullayev.jpg
|Şəkil = Bahadur Abdullayev.jpg

10:30, 7 may 2020 tarixindəki versiya

Bahadur Fərman
Doğum tarixi 1939
Doğum yeri
Vəfat tarixi 2016
Təhsili

Bahadur Abdullayev (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü[1].

Həyatı

Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub.

Təhsili

Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filalogiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Yaradıcılıq fəaliyyəti

Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, respublikadan kənarda keçirilən ədəbiyyat tədbirlərində Gəncə ədəbi mühitini ləyaqətlə təmsil edib, Gəncənin ictimai həyatında daim fəallıq göstərib.

İlk mətbu şeiri “Külək” 1961- ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. “Anamın laylası”(1971), ”Dörd cığır” (1978), “Durnalar köçür” (1985), “Mən indi bilmişəm” (1987), “Ömrün dolayları” (2000) “Gözlərinə tapşır məni” (2009), “Əmanətdir ürəyim” (2010), "Qəlbimi bükdüm payıza" (2012) adlı şeir kitabları nəşr olunub. Şairin şeirləri Rusiyada, Ukraynada, İranda, TürkiyədəGürcüstanda dərc olunub. 2015-ci ildə ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident təqaüdünə layiq görülüb[1].

Vəfatı

Bahadur Abdullayev 2016-cı ildə vəfat etmişdir. Gəncə şəhərində "İmamzadə Ziyarətgah" kompleksində dəfn edilib.

İstinadlar

  1. 1 2 "Gəncənin tanınmış şairi vəfat edib" (Azərbaycan dili). az.trend.az. 6 may 2020 tarixində arxivləşdirilib.