Söyüdyarpaq ağlarotu: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k →‎İstifadəsi: +Taksonbar using AWB
Sətir 42: Sətir 42:
== Azərbaycanda yayılması ==
== Azərbaycanda yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. <ref>Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019</ref>Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. <ref>Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019</ref>Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.

==Sinonim==
*{{Sinl|Chabraea vulgaris|Bubani}}
*{{Sinl|Lythrum anceps|(Koehne) Makino}}
*{{Sinl|Lythrum argyi|H. Lév.}}
*{{Sinl|Lythrum intermedium|Ledeb. ex Colla}}
**{{Sinl|Lythrum salicaria var. anceps|Koehne }}
**{{Sinl|Lythrum salicaria var. glabrum|Ledeb. }}
**{{Sinl|Lythrum salicaria subsp. intermedium|Hara }}
**{{Sinl|Lythrum salicaria var. intermedium|(Ledeb. ex Colla) Koehne }}
**{{Sinl|Lythrum salicaria var. mairei|H. Lév. }}
**{{Sinl|Lythrum salicaria var. salicaria|}}
**{{Sinl|Lythrum salicaria var. tomentosum|(Mill.) DC. }}
*{{Sinl|Lythrum tomentosum|Mill.}}<ref>{{TPList}}</ref>


== İstifadəsi ==
== İstifadəsi ==

16:59, 15 avqust 2020 tarixindəki versiya

Söyüdyarpaq ağlarotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü.

Təbii yayılması

Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir.

Botaniki təsviri

Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Ekologiyası

Hiqromezofitdir, meşə-kol, sahilyanı, çal-çəmən və alaq bitkilik tiplərində rast gəlir. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir, çox vaxt böyük çəhrayı rəngdə ləkələr əmələ gətirir. Saponin, flavonoid, efir yağı, C vitamini, aşı maddələri, fenolkarbon turşuları, gətran, eləcə də antosianlarla zəngindir.

Azərbaycanda yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru çaylaqlarda, çay, göl və bulaq kənarlarında, meşələrdə, kolluqlarda, nəmli yerlərdə, çəmənlərdə, bağlarda, bostanlarda, əkinlərdə bitir. [2]Azərbaycan florasında bu cins 6 növlə təmsil olunmuşdur, onlardan 3-ü dərman bitkisidir.

Sinonim

  • Chabraea vulgaris Bubani
  • Lythrum anceps (Koehne) Makino
  • Lythrum argyi H. Lév.
  • Lythrum intermedium Ledeb. ex Colla
    • Lythrum salicaria var. anceps Koehne
    • Lythrum salicaria var. glabrum Ledeb.
    • Lythrum salicaria subsp. intermedium Hara
    • Lythrum salicaria var. intermedium (Ledeb. ex Colla) Koehne
    • Lythrum salicaria var. mairei H. Lév.
    • Lythrum salicaria var. salicaria
    • Lythrum salicaria var. tomentosum (Mill.) DC.
  • Lythrum tomentosum Mill.[3]

İstifadəsi

Yeməlidir bitkidir. Eksperimental, xalq və Tibet təbabətində, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, yuxarı nəfəs yolları, dəri-zöhrəvi, əsəb-sinir, qadın, dizenteriya, revmatizm, epilepsiya xəstəlikləri, həmçinin ishal, qanaxma, babasil, soyuqdəymə, ilan vurma və quduz heyvanların dişləməsi zamanı istifadə olunur. Antibakterial, antioksidant, diuretik, ağrıkəsici, büzüşdürücü, yarasağaldıcı, hemostatik, öskürəyə, qıcolmaya və iltihab proseslərinə qarşı təsirə malikdir. Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri, toxumları və kökü istifadə edilir. Cövhər, dəmləmə, tinktura və kompreslər. Yaponiyada susuzluğu yatırdmaq üçün istifadə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 446.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Söyüdyarpaq ağlarotu:''The Plant List saytında takson barədə məlumat. (ing.)