Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995): Redaktələr arasındakı fərq
Naviqasiyaya keç
Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Film şablonu qaydaya salınır |
k Film şablonu qaydaya salınır |
||
Sətir 21: | Sətir 21: | ||
|Musiqi tərtibatı = |
|Musiqi tərtibatı = |
||
|Rəssam = |
|Rəssam = |
||
|Geyim |
|Geyim rəssamı = |
||
|Səsləndirənlər = |
|Səsləndirənlər = |
||
|İfaçı = |
|İfaçı = |
12:27, 29 sentyabr 2020 tarixindəki versiya
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa |
---|
Məzmun
- Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, II Dünya Müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir.
Film haqqında
- Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir.
- Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır.
- Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur.
- Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi.
- Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa Xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Nazim Rza İsrafiloğlu[1]
- Rejissor : Nazim Rza İsrafiloğlu[1]
- Operator : Nəriman Şıxəliyev
- Səs rejissoru : Ramiz Bağırov
- Rejissor assistenti : Sahib Heybətov
- Operator assistenti : Mətləb Yaqubov
- Montaj edən : İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov
- Redaktor : Oqtay Orucov, Vüqar Tapdıqlı
- Məsləhətçi : Məzahir Abbasov (tarix elmləri doktoru)
- Aparıcı : Nazim Rza İsrafiloğlu
- Filmin direktoru : Məhyəddin Əsgərov
- Musiqilərindən İstifadə edilən Bəstəkar : Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı Aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev
- Mahnı İfa edən : Flora Kərimova
Filmdə iştirak edənlər
- Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi)
- Məzahir Abbasov (tarix elmləri doktoru)
- Tofiq Quliyev (bəstəkar)
Çəkilişə köməklik edən qurum
- "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti
Mənbə
- Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”. Bakı, 2017-ci il, Zərdabi LTD, səh 341