Mən Cəlaləddinəm (teleserial, 2021): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 21: Sətir 21:
|İl =
|İl =
|Studiya =
|Studiya =
|Dil = [[Özbək dili]] </nowiki><ref>https://www.youtube.com/watch?v=DnLOtTUMHfc</ref>
|Dil = [[Özbək dili]]<br>[[Türk dili]]
|İlk çıxış tarixi = 14 fevral 2021
|İlk çıxış tarixi = 14 fevral 2021
|Janr = [[Dram filmi|dram]], [[Müharibə filmi|müharibə]], [[Tarixi film|tarix]], [[Döyüş filmi|döyüş]]
|Janr = [[Dram filmi|dram]], [[Müharibə filmi|müharibə]], [[Tarixi film|tarix]], [[Döyüş filmi|döyüş]]

14:11, 19 iyun 2021 tarixindəki versiya

Mən Cəlaləddinəm
özb. Мендирман Жалолиддин
Janr dram, müharibə, tarix, döyüş
Rejissor Türkiyə Mətin Günay
Qazaxıstan Nurqıssa Almurad
İran Reza Himmeti
Prodüser Mehmed Bozdağ
Yaradıcısı Mehmed Bozdağ
Rollarda
Bəstəkar Nodir Umarov
Əziz Xolmurodov
Cem Öğet
İstehsalçı ölkə Türkiyə Türkiyə
Özbəkistan Özbəkistan
Dil Özbək dili
Türk dili
İlk çıxış tarixi 14 fevral 2021
Mövsüm sayı 1
Seriya sayı 13
Davametmə müddəti 60 dəqiqə
Telekanal Milliy TV
IMDb ID14045562
Format 576i HD
1080i stereo

Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı cəsarətlə vuruşan dünya şöhrətli komandir Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu.

Yaranışı

2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfransda Özbəkistan, Türkiyə, Azərbaycanİrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər.

Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı.

Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı. Türkiyədən olan yaradıcı bir qrupla iş birliyində 30 hektar ərazidə şəhərin mənzərəsi və döyüş meydanı inşa edildi. 3500 kvadratmetr ərazini əhatə edən 5.5 metr hündürlüyündə Xarəzmşahların ikimərtəbəli sarayının üstündə 1200 işçi çalışırdı.

Rollarda

Aktyor Rolu
Əmrə Qıvılcım Cəlaləddin MənguberdiXarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Xarəzmşah Məhəmmədin oğlu
Yulduz Rəcəbova Qutlu Bikə. Cəlaləddinin Çingiz xanın obasından götürüb gəldiyi sevdiyi qadın
Kaan Yalçın Xarəzmşah Məhəmməd. Əlaəddin Təkişin oğlu — Cəlaləddinin atası
Rəna Şodiyeva Ayçiçək Xatun. Xarəzmşah Məhəmmədin xanımı. Cəlaləddinin anası
Gülənay Qalxan Türkən Xatun. Əlaəddin Təkişin xanımı. Xarəzmşah Məhəmmədin anası
Cəvahir Zakirov Çingiz xan. Görkəmli monqol hökmdarı və sərkərdəsi — Monqol İmperiyasının qurucusu
Əli Xan Cuçi. Çingiz xanın böyük oğlu
Aqmal Mirzə Sabutay. Cəlmə noyonun qardaşı, Çingiz xanın dörd böyük sərkərdəsindən biri
Sezgin Ərdəmir Temur Məlik. Xarəzmşahların dövlət xadimi, Xücənd valisi. Cəlaləddin müəllimi. Orta Asiyanı fəth edərkən Çingiz xanın qoşunlarına qarşı sərt müqavimət göstərməsi ilə məşhurdur
Camal Hünal Bəhram. Mərhəmətsiz, vəhşi xarakterli xaşxaşi lideri, Çingiz xanın casuslarından biri
Əkbərxoca Rəsulov Qütbəddin Özlaq Şah. Xarəzm şahzadəsi, Xarəzmşah Məhəmmədin oğlu və Xarəzmşah Cəlaləddinin kiçik qardaşı
Reyhan Ulasenova Mehricahan. Xarəzmşah Məhəmmədin kiçik xanımı. Özlaq Şahın anası
Tahir Sayidov Nizamülmülk. Ehtiyatlı və hiyləgər dövlət xadimi
Yahyo Poladov Ağ Şah. Xarəzm şahzadəsi, Xarəzmşah Məhəmmədin oğlu və Xarəzmşah Cəlaləddinin kiçik qardaşı. Hər şeyə dövlətin mənafeyi baxımından yanaşan düşüncəli, müdrik və ağıllı bir şahzadə. Böyük qardaşı Cəlaləddindən geri qalmayan cəsur bir gənc

İstinadlar