Aleksandr Yelyaşeviç: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 58: Sətir 58:
Sentyabrın ilk günlərində XIII Vilnüs Uhlans alayı Piotrkov yaxınlığında döyüşürdü. Növbti mərhələdə onlar Maciejovic yaxınlığında Vislanı keçməli idilər. 9-10 sentyabrda Maciejovic yaxınlığında tatar eskadronu alman piyadalarına qarşı sonuncu hücumunu həyata keçirdi.
Sentyabrın ilk günlərində XIII Vilnüs Uhlans alayı Piotrkov yaxınlığında döyüşürdü. Növbti mərhələdə onlar Maciejovic yaxınlığında Vislanı keçməli idilər. 9-10 sentyabrda Maciejovic yaxınlığında tatar eskadronu alman piyadalarına qarşı sonuncu hücumunu həyata keçirdi.


Bu hücum [[Polyaklar|polyak]] hərb tarixində bir mərhələnin bağlanmasının simvolu oldu - İslam/Tatar alayının sonu. Tezliklə, XIII Vilnüs Uhlan Alayı Lublin yaxınlığındakı Suçovola kəndi yaxınlığında baş vermiş döyüşün nəticəsində tatar alayı darmadağın edildi. Bölməsindən sağ qalmış az sayda insanla Rumın plasdarmına (Polyak ordusunun baş qərərgah rəisi belə bir əmr vermişdi) çatmağa çalışarkən alman tərəfindən əsir tutuldu və bütün müharibə boyunca alman oflaqında (müharibə zamanı əsir götürülmüş düşmən zabitləri üçün yaradılmış düşərgə) yaşadı.
Bu hücum [[Polyaklar|polyak]] hərb tarixində bir mərhələnin bağlanmasının simvolu oldu - İslam/Tatar alayının sonu. Tezliklə, XIII Vilnüs Uhlan Alayı Lublin yaxınlığındakı Suçovola kəndi yaxınlığında baş vermiş döyüşün nəticəsində tatar alayı darmadağın edildi. Bölməsindən sağ qalmış az sayda insanla Rumın plasdarmına (Polyak ordusunun baş qərərgah rəisi belə bir əmr vermişdi) çatmağa çalışarkən alman tərəfindən əsir tutuldu və bütün müharibə boyunca alman oflaqında (müharibə zamanı əsir götürülmüş düşmən zabitləri üçün yaradılmış düşərgə) yaşadı.<ref>{{cite web
|url = https://www.wbc.poznan.pl/dlibra/publication/47164
|archiveurl =
|archivedate =
|title = Dziennik Personalny Ministerstwa Spraw Wojskowych
|author =
|date =
|work =
|publisher = www.wbc.poznan.pl
|accessdate =
|language =
}}</ref>


== Müharibədən sonra ==
== Müharibədən sonra ==

06:58, 9 iyul 2021 tarixindəki versiya

Aleksandr Yelyaşeviç
Aleksander Jeljaszewicz
Şəxsi məlumatlar
Ləqəbi Saşa
Doğum tarixi
22 mart 1902(1902-03-22)
Doğum yeri Vilnüs, Rusiya imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Qdansk, Polşa
Dəfn yeri Varşava Müsəlman Tatar Məzarlığı
Vətəndaşlığı Rusiya İmperiyası
Polşa
Milliyyəti Lipka tatarı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Polşa Ordusu
Rütbəsi Rotmistr, mayor
Döyüşlər İkinci Dünya müharibəsi
Təltifləri Silver Cross of the Virtuti Militari
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Yelyaşeviç (d. 22 mart 1902 - ö. 18 avqust 1978) — Polşa ordusunun Lipka tatarı olan mayoru. O, Polşa ordusundakı sonuncu tatar-müsəlman bölməsinin komandanı olmuşdur..[1]

Həyatının erkən dövrü

Etnik olaraq Lipka tatarı olan Yelyaşeviç Rusiya imperiyasının Vilnüs quberniyasında imperator ordusunun kapitanı olan Janın ailəsində dünyaya gəlmişdir. O, 1912-1919-cu illərdə əvvəlcə Pskovdakı Kadet Korpusunda, sonradan isə Ukraynada hərbi təhsil almışdır. 1923-cü ildə Türkiyəyə və Yuqoslaviyaya evakuasiya edilmiş zabitlər məktəbini süvari zabiti olaraq başa vurdu. 1924 və 1925-ci illərdə serb sərhəd bölmələrində xidmət etdikdən sonra Polşaya geri dönə bildi.[2]

Polyak ordusunda

Eyni ild də polyak ordusuna qoşuldu və Qrudziadzdakı Süvari Zabitlər Məktəbinə göndərildi. 1928-ci ildə Vilnüs qarnizonunun IV Uhlans Alayında peşəkar zabit kimi xidmət etməyə başladı. Onun alayı müasir Vilnüsün bir hissəsi olan Nova Vileykada yerləşirdi. O, burada I Tatar Eskadronunun komandanı idi. Bu eskadron polyak hərb tarixində sonuncu tatar hərbi birləşməsidir. O, 1939-cu ilin sentyabrında Polşa kampaniyasında iştirak etmişdir.

Polşanın işğalı

Sentyabrın ilk günlərində XIII Vilnüs Uhlans alayı Piotrkov yaxınlığında döyüşürdü. Növbti mərhələdə onlar Maciejovic yaxınlığında Vislanı keçməli idilər. 9-10 sentyabrda Maciejovic yaxınlığında tatar eskadronu alman piyadalarına qarşı sonuncu hücumunu həyata keçirdi.

Bu hücum polyak hərb tarixində bir mərhələnin bağlanmasının simvolu oldu - İslam/Tatar alayının sonu. Tezliklə, XIII Vilnüs Uhlan Alayı Lublin yaxınlığındakı Suçovola kəndi yaxınlığında baş vermiş döyüşün nəticəsində tatar alayı darmadağın edildi. Bölməsindən sağ qalmış az sayda insanla Rumın plasdarmına (Polyak ordusunun baş qərərgah rəisi belə bir əmr vermişdi) çatmağa çalışarkən alman tərəfindən əsir tutuldu və bütün müharibə boyunca alman oflaqında (müharibə zamanı əsir götürülmüş düşmən zabitləri üçün yaradılmış düşərgə) yaşadı.[3]

Müharibədən sonra

Müharibədən sonra Polşaya geri döndü və Qdansk şəhərində yaşamağa başladı. Burada yaşadığı zaman yerli tatar icmasının Səlim Çazbiyeviç (Mirzə Səlim Çazbiyeviç - Polşa tatarlarının tarixçisi, diplomat və professor) kimi aktiv üzvlərindən birinə çevrildi.[4]

Yelyaşeviç 1978-ci ilin 18 avqustunda Qdansk şəhərində vəfat etdi və Varşavanən İslami Tatar Məzarlığında dəfn edildi.

Həmçinin bax

İstinadlar

  1. Aleksander Miśkiewicz, Tatarzy w służbie Rzeczypospolitej, Tygodnik Wileńszczyzny, 3 - 9 sierpnia 2006 r. nr 31 (wydanie internetowe nr 308)
  2. "Słownik biograficzny Tatarów polskich XX wieku" (PDF). bibliotekatatarska.pl.
  3. "Dziennik Personalny Ministerstwa Spraw Wojskowych". www.wbc.poznan.pl.
  4. "Jeljaszewicz Janusz". encyklopedia.pwn.pl.