Səlim Xazviyeviç (pol. Selim Chazbijewicz, d. 17 noyabr 1955, Qdansk, Polşa) — əslən Lipka tatarı olan Polşa siyasi elmlər üzrə mütəxəsisi, köşə yazarı və şairi. 2017-ci ildən o, Polşanın Qazaxıstandakı səfiri kimi çalışır.
Səlim Xazbiyeviç | |
---|---|
Digər adı | Mirzə Səlim Xazbiyeviç |
Doğum tarixi | |
Doğum yeri | Qdansk, Polşa |
Vətəndaşlığı | Polşa |
Milliyyəti | Lipka tatarı |
Elm sahələri |
Filologiya Tarix |
Elmi dərəcələri | |
Təhsili |
Qdans Universiteti Adam Miçkieviç Universiteti Olsztin Varmia və Mazuri Universiteti |
Mükafatları | Ləyaqət Xaçı (2014) |
Vikianbarda əlaqəli mediafayllar |
Səlim Xazbiyeviç 1955-ci ildə Qdansk şəhərində Lipka tatarı olan ailədə dünyaya gəlmişdir. 1980-ci ildə o, Qdansk Universitetinin Polyak filologiyası ixtisası üzrə magistr dərəcəsi əldə etmişdir. 1991-ci ildə Poznandakı Adam Miçkieviç Universitetində XX əsrdə Polşa tatarlarının tarixi üzrə öz doktorantura mövzusunu müdafiə etmişdir. 2002-ci ildə post-doktora dərəcəsini əldə etmişdir. Onun bu mərhələdəki mövzusu Krım tatarlarının II Dünya müharibəsindən sonrakı tarixi barədə olmuşdur. O, Olsztin Varmia və Mazuri Universitetində professor köməkçisi kimi çalışmışdır.[2] Həmçinin, Polşa Elmlər Akademiyasının üzvüdür.[3]
Elmi fəaliyyətindən əlavə, şerlər də yazmaqla və redaktorluqla da məşğuldur. 1986 və 1991-ci illərdə "Müsəlman Həyatı" (polyakca:Życie Muzułmańskie) jurnalının baş redaktoru olmuşdur. 1994-cü ildə "İllik Polşa Tatarları" (polyakca:Rocznik Tatarów Polskich) jurnalının baş redaktoru oldu.[4] O, həmçinin Polşa Yazıçılar Birliyinin də üzvüdür.
1999-cu ildən 2007-ci ilə qədər o, Polşa Respublikası Tatarları Birliyinin (Związek Tatarów Rzeczypospolitej Polskiej)prezidenti olmuşdur. 2003-cü ildə Qdansk Müsəlman İcmasının imamı olmuşdur.
2000-ci illərdə o, Hüquq və Ədalət Partiyasına qatılmışdır.[5] 2017-ci ildən Polşanın Qazaxıstandakı səfiri kimi çalışmaqdadır. 18 oktyabr 2017-ci ildə, o, etimad məktubunu Qazaxıstan prezidenti Nursultan Nazarbayevə təqdim etmişdir. O, həmçinin Qırğızıstanla Polşa əlaqələrindən də məsul şəxsdir. Öz etimad məktubunu Qırğızıstan prezidenti Almazbek Atambayevə 27 oktyabr 2017-ci ildə təqdim etmişdir.[6]
O, 2014-cü ildə Polşanın Ləyaqət Xaçı ordeninə layiq görülmüşdür.[7]
Elmi kitabları
Şerləri: