Mən Cəlaləddinəm (teleserial, 2021): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 38: | Sətir 38: | ||
}} |
}} |
||
'''Mən Cəlaləddinəm''' ({{dil-uz|Мендирман Жалолиддин, Mendirman Jaloliddin}}, {{dil-tr|Mendirman Celaleddin}}) — [[Anuştəkinlilər sülaləsi]]ndən olan sonuncu [[Xarəzmşahlar dövləti|Xarəzmşah]], [[Çingiz xan]]a qarşı |
'''Mən Cəlaləddinəm''' ({{dil-uz|Мендирман Жалолиддин, Mendirman Jaloliddin}}, {{dil-tr|Mendirman Celaleddin}}) — [[Anuştəkinlilər sülaləsi]]ndən olan sonuncu [[Xarəzmşahlar dövləti|Xarəzmşah]], [[Çingiz xan]]a qarşı vuruşan [[Cəlaləddin Mənguberdi]]yə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və [[Mehmed Bozdağ]]ın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə [[Özbəkistan]]ın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu. |
||
== Yaranışı == |
== Yaranışı == |
13:41, 25 iyul 2021 tarixindəki versiya
Mən Cəlaləddinəm | |
---|---|
özb. Мендирман Жалолиддин | |
Janr | dram, müharibə, tarix, döyüş |
Rejissor |
Mətin Günay Nurqıssa Almurad Reza Himmeti |
Prodüser | Mehmed Bozdağ |
Yaradıcısı | Mehmed Bozdağ |
Rollarda | |
Bəstəkar |
Nodir Umarov Əziz Xolmurodov Cem Öğet |
İstehsalçı ölkə |
Türkiyə Özbəkistan |
Dil |
Özbək dili Türk dili |
İlk çıxış tarixi | 14 fevral 2021 |
Mövsüm sayı | 1 |
Seriya sayı | 13 |
Davametmə müddəti | 60 dəqiqə |
Telekanal | Milliy TV |
IMDb | ID14045562 |
Format |
576i HD 1080i stereo |
Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı vuruşan Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək — Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı — "Milliy TV"də nümayiş olundu.
Yaranışı
2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi.
Konfransda Özbəkistan, Türkiyə, Azərbaycan və İrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər.
Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı.
Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı. Türkiyədən olan yaradıcı bir qrupla iş birliyində 30 hektar ərazidə şəhərin mənzərəsi və döyüş meydanı inşa edildi. 3500 kvadratmetr ərazini əhatə edən 5.5 metr hündürlüyündə Xarəzmşahların ikimərtəbəli sarayının üstündə 1200 işçi çalışırdı.
Rollarda
Aktyor | Rolu |
---|---|
Əmrə Qıvılcım | Cəlaləddin Mənguberdi – Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Xarəzmşah Məhəmmədin oğlu |
Yulduz Rəcəbova | Qutlu Bikə. Cəlaləddinin Çingiz xanın obasından götürüb gəldiyi sevdiyi qadın |
Kaan Yalçın | Xarəzmşah Məhəmməd. Əlaəddin Təkişin oğlu — Cəlaləddinin atası |
Rəna Şodiyeva | Ayçiçək Xatun. Xarəzmşah Məhəmmədin xanımı. Cəlaləddinin anası |
Gülənay Qalxan | Türkən Xatun. Əlaəddin Təkişin xanımı. Xarəzmşah Məhəmmədin anası |
Cəvahir Zakirov | Çingiz xan. Görkəmli monqol hökmdarı və sərkərdəsi — Monqol İmperiyasının qurucusu |
Əli Xan | Cuçi. Çingiz xanın böyük oğlu |
Aqmal Mirzə | Sabutay. Cəlmə noyonun qardaşı, Çingiz xanın dörd böyük sərkərdəsindən biri |
Sezgin Ərdəmir | Temur Məlik. Xarəzmşahların dövlət xadimi, Xücənd valisi. Cəlaləddin müəllimi. Orta Asiyanı fəth edərkən Çingiz xanın qoşunlarına qarşı sərt müqavimət göstərməsi ilə məşhurdur |
Camal Hünal | Bəhram. Mərhəmətsiz, vəhşi xarakterli xaşxaşi lideri, Çingiz xanın casuslarından biri |
Əkbərxoca Rəsulov | Qütbəddin Özlaq Şah. Xarəzm şahzadəsi, Xarəzmşah Məhəmmədin oğlu və Xarəzmşah Cəlaləddinin kiçik qardaşı |
Reyhan Ulasenova | Mehricahan. Xarəzmşah Məhəmmədin kiçik xanımı. Özlaq Şahın anası |
Tahir Sayidov | Nizamülmülk. Ehtiyatlı və hiyləgər dövlət xadimi |
Yahyo Poladov | Ağ Şah. Xarəzm şahzadəsi, Xarəzmşah Məhəmmədin oğlu və Xarəzmşah Cəlaləddinin kiçik qardaşı. Hər şeyə dövlətin mənafeyi baxımından yanaşan düşüncəli, müdrik və ağıllı bir şahzadə. Böyük qardaşı Cəlaləddindən geri qalmayan cəsur bir gənc |