Mirzə Seyid Həsən: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 59: Sətir 59:


== Soyu ==
== Soyu ==
Əhməd Mərəşənin aid olduğu Əl-Xəlifə ailəsi [[Mərəşilər]] soyunun bir tirəsi idi. [[Mazandaran ostanı|Mazandaranda]] (bir müddət Mazandaran bu ailə tərəfindən idarə edilmişdir) məskunlaşan bu ailənin soyu ərəblərə, daha dəqiqi isə i [[İmam Zeynül-Abidin|İmam Zeynül-Abidinin]] törmələrindən olan [[Əli əl Mərəş|Əli əl Mərəşə]] qədər uzanırdı. I Abbasın anası [[Məhdi Ülya|Məhdi Ülyə]] da bu ailə qohum idi. Bu soyun nümayəndələri bu gündə Mərəşilər [[İran]], [[İraq]], [[Kəşmir]] və [[Birləşmiş Ərəb Əmirlikləri|Birləşmiş Ərəb Əmirliklərində]] yaşayırlar.<ref>{{cite web|url=https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-2/marashis-COM_0679?s.num=2|archiveurl=|archivedate=|title=Marʿas̲h̲is|author=|date=2012|work=|publisher=referenceworks.brillonline.com|accessdate=22 iyul 2022|language=}}</ref>
Mirzə Seyid Həsən aid olduğu Əl-Xəlifə ailəsi [[Mərəşilər]] soyunun bir tirəsi idi. [[Mazandaran ostanı|Mazandaranda]] (bir müddət Mazandaran bu ailə tərəfindən idarə edilmişdir) məskunlaşan bu ailənin soyu ərəblərə, daha dəqiqi isə i [[İmam Zeynül-Abidin|İmam Zeynül-Abidinin]] törmələrindən olan [[Əli əl Mərəş|Əli əl Mərəşə]] qədər uzanırdı. I Abbasın anası [[Məhdi Ülya|Məhdi Ülyə]] da bu ailə qohum idi. Bu soyun nümayəndələri bu gün də [[İran]], [[İraq]], [[Kəşmir]] və [[Birləşmiş Ərəb Əmirlikləri|Birləşmiş Ərəb Əmirliklərində]] yaşayırlar.<ref>{{cite web|url=https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-2/marashis-COM_0679?s.num=2|archiveurl=|archivedate=|title=Marʿas̲h̲is|author=|date=2012|work=|publisher=referenceworks.brillonline.com|accessdate=22 iyul 2022|language=}}</ref>


== Həmçinin bax ==
== Həmçinin bax ==

22:46, 21 iyul 2022 tarixindəki versiya

Mirzə Seyid Həsən
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsfahan, Səfəvi imperiyası
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri İsfahan, Səfəvi imperiyası
Fəaliyyəti ilahiyyatçı
Atası Xəlifə sultan əl-Hüseyni
Anası Xanağa Bəyim
Həyat yoldaşı Zübeydə Xanım
Dini islam

Mirzə Seyid Həsən (d. 25 yanvar 1655, İsfahan, Səfəvi imperiyası - ö. 27 dekabr 1715, İsfahan, Səfəvi imperiyası) — ana tərəfdən Səfəvi sülaləsinə mənsub şahzadə və üləma.

Həyatı

Onun atası Xəlifə sultan əl-Hüseyni yüksək rütbəli dövlət xadimi olmu, I Abbasın, I SəfininII Abbasın dövrlərində baş vəzir vəzifəsində çalışmışdır.[1][2] Anası isə Səfəvi sülaləsindən olan Xanağa Bəyim idi. 1632-cı ildə Mirzə Seyid digər 3 qardaşı ilə birlikdə I Səfi (1629–1642) tərəfindən kor edilmişdir. Şah ona qarşı sülalə üzvlərinin çevriliş edə biləcəyindən qorxmaqda idi. Kor edildiyinə görə Mirzə Seyid Həsən dövlət orqanlarında heç bir vəzifə tuta bilməmişdir. Buna görə də dini dairələrə yönəlmiş və öz dövrünün güclü üləmalarından biri olmuşdur. Bilinməyən tarixdə Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri olan Zübeydə Xanımla evlənmişdir. Zübeydə xanım Şah Süleymanın (1666–1694) qızı və sonrakı şah Şah Sultan Hüseynin (1694-1722) bacısı idi.[3] Bu evlilikdən Mirzə Məhəmməd Baqer və Mir Seyid Mürtəza dünyaya gəlmiş və hər iki qardaş da qohumları olan Şah Sultan Hüseynin dönəmində sədr-i xassəsədr-i məmalik vəzifələrində çalışmışdırlar.[4]

Soyu

Mirzə Seyid Həsən aid olduğu Əl-Xəlifə ailəsi Mərəşilər soyunun bir tirəsi idi. Mazandaranda (bir müddət Mazandaran bu ailə tərəfindən idarə edilmişdir) məskunlaşan bu ailənin soyu ərəblərə, daha dəqiqi isə i İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə qədər uzanırdı. I Abbasın anası Məhdi Ülyə da bu ailə qohum idi. Bu soyun nümayəndələri bu gün də İran, İraq, KəşmirBirləşmiş Ərəb Əmirliklərində yaşayırlar.[5]

Həmçinin bax

İstinadlar

  1. Парсадан Горгиджанидзе. История Грузии. Tiflis: Мецниереба. 1990. səh. 105-106.
  2. Məhəmməd Tahir Nəsrabadi. Təzkireyi-Nəsrabadi. Tehran. səh. 15-16.
  3. Floor, 2005. səh. 466-467
  4. Floor, 2005. səh. 467
  5. "Marʿas̲h̲is". referenceworks.brillonline.com. 2012. İstifadə tarixi: 22 iyul 2022.

Mənbə

  • Matthee, Rudi. ḴALIFA SOLṬĀN // Encyclopaedia Iranica, Vol. XV, Fasc. 4. 2010. 382–384.
  • Floor, Willem, "A Note on The Grand Vizierate in Seventeenth Century Persia", Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft, Harrassowitz Verlag, 155 (2), 2005: 435–481, JSTOR 43382107