Məhdi Ülya

Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr şəhristanı, Mazandaran ostanı26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən.

Məhdi Ülya Sultan
12 fevral 1578 – 29 iyul 1579
ƏvvəlkiPeykər Sultan
SonrakıMəryəm Sultan
bayraq
Səfəvilərin Şahbanusu
bayraq2
12 fevral 1578 – 29 Iyul 1579
ƏvvəlkiPeykər Sultan
SonrakıYaxşən Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mazandaran
Vəfat tarixi
Vəfat yeri Qəzvin
Fəaliyyəti siyasətçi, queen[d], şahzadə qız
Atası Abdulla Xan
Anası Lazibar Xanım
Həyat yoldaşı Şah Məhəmməd Xudabəndə
Uşaqları oğlanları:
Şahzadə Həsən Mirzə, Şahzadə Həmzə Mirzə, Şahzadə Abbas Mirzə, Şahzadə Əbutalib Mirzə
qızları: Şahbəyim Sultan
Ailəsi Mərəşilər
Dini Şiə (İslam)
Elmi fəaliyyəti
Tanınır natiq

Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla (I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur. Xeyrənnisə bəyimin gözəliyinə valeh olan şahzadə oradaca ona vurulur, lakin özünə gəldikdən sonra onu görmür, getdiyini öyrənir. Bu hadisələr 1565-ci ildə baş verir. Hadisədən bir müddət sonra Şahzadə bu qızı araşdırır, Abdulla xanı öyrənir, ona elçi göndərir. 1565-ci ilin sonları Xeyrənnisə zorla saraya gətirilir. Əvvəlcədən Məhəmməd mirzəni istəməsə də, sonradan aşiq olur və ona 5 övlad bəxş edir. Lakin əri Məhəmməd mirzənin gözünün zəif olması, yuxarıların onları saymaması Xeyrənnisəni övladlarının həyatda qalması üçün siyasətə girməyə məcbur edir. Və o ailəsini hər daim qoruyacağı haqda and içir. Oğlu Həsənin "təzə" şahın (II İsmayılın) əmri ilə öldürülməsi onun mərhəmət hissini alır. Atasının yolunu azmış əmisi Mir Həsən xanla qızılbaşlar tərəfindən qətli isə onda bu nifrəti daha da artırdı. Uzun mübarizələrdən sonra bütün düşmənlərini, xüsusiilə də Pərixan Sultanı aradan qaldırır. 1578-ci ildə Şahzadə Məhəmməd mirzə "şahlıq taxtı"na oturur. Bu zaman Xeyrənnisə "Şahbanu" az sonra "Nəvvabi-Naibəyi-Səfəviyyə" daha sonra isə "Ali divanın Vəkili" olur. İndiyənəcən nə şərqdə, nə də qərbdə bu rütbəyə bir anda heç bir qadın yiyələnməmişdi, lakin Fars qızı bunu bacara bilir. Əsrin son rübündə Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük imperiyanı formal adla Şah Məhəmməd Xudabəndə həqiqi olaraq isə Məhdi-Ülya və oğlu idarə edirdi. Osmanlı təhdidlərinə qarşı işləri qaydaya salmaq üçün dövləti faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyrənnisə Sultan və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə mirzə edirlər.1578-ci ildə Osmanlı qoşunu Səfəvi sərhədlərini keçdi. Qızılbaşlar ilk döyüşdə məğlub oldular. Bu xəbər saraya çatan zaman Xeyrənnisə Sultan böyük divan topladı. Bu döyüşdə arxayınlıq edib, mal, mülk eşqinə, dövlətlilik sevdasına düşən və ən əsası ona düşmən olan bütün qızılbaş əmirlərini vəzifələrindən çıxardıb, ucqarlara sürgün etdi. Bu zaman Məhəmməd şah xəstə idi. Gözlərinin ağrısı ən son həddə çatmışdı. Bu səbəbdən Sultan oğlu Həmzə Mirə ilə digər döyüşlərin planını hazırlamağa başladı. Döyüş qəraragahına bir-başa özü getdi. Və həm qələbə, həm də əsir alınan Adil Gərayla saraya döndü. Əvvəl Adil Gəraya xoş davransa da, onun şaha qətl etmək istəyərkən yaxalanması vəziyyəti kökdən dəyişdi. Gəray zindana salındı. Adil Gəraya işgəncə yolu ilə Osmanlılardan xəbər verdi. Səfəvilər bir neçə cəbhədə yeni qələbə qazandılar.

İsgəndər bəy Münşi yazır:[1]

" Şah Abbasın ana tərəfdən əsil-nəsəbinin bəyanı. Onun şərəfli anası böyük banu Məhdi-Ülya Xeyrənnisə Sultan özündə seyidliklə sultanlığı birləşdirən Mazandaran valisi Mir Abdulla xanın qızıdır ki, [bu sonuncu da öz növbəsində] aşağıdakı tərtiblə Mir Büzürg ləqəbi ilə məşhur olan rəhmətlik Seyid Qivaməddinin nəslindəndir: Mir Abdulla xan ibn Sultan Mahmud xan ibn Mir Əbdülkərim ibn Seyid Məhəmməd ibn Seyid Mürtəza ibn Seyid Əli ibn Seyid Kəmaləddin. Bu sonuncusu böyük Əmir Teymur Kürəkanın müasiri olmuş və tarix kitablarında yazıldığı kimi, Mahanə qalasına çəkilib, ona qarşı mühasirə şəraitində döyüş və vuruş aparmışdır. Həmin bu cənab adı çəkilən Mir Büzürgün oğlu idi.

[Mir Büzürgün] şərəfli əsl-nəsəbi Seyid Əli əl-Mərəşiyə bağlanır və həmin səbəbdən bu sülalənin seyidlərini "Mərəşi" adlandırırlar. O cənab [Seyid Əli əl-Mərəşi] də öz növbəsində, "Tarix-i cahanara"da qeyd olunduğu kimi, səcdə edənlərin imamı və ariflərin qibləsi olan Həzrət İmam Zeynalabidinin - ona salam olsun - nəvə-nəticələrindəndir.

"

Qızılbaş əyanlarının sevmədiyi Xeyrənnisə Sultan, onlar tərəfindən sarayda girov saxlanılan Krım xanının qardaşı Adil Gəray ilə eşq məcarası yaşamaqda ittiaham olunaraq, bir qrup sui-qəsdçinin hərəmxanaya basqı nəticəsində anası ilə birlikdə öldürülmüşdür. Səbəb isə onların yerinə Xeyrənnisə Sultanın özü tərəfdən farsların dövlət işlərinə girməsi idi.

  1. İskəndər bəy Münşi Türkman. Tarix-i aləm aray-i Abbasi, c. I–II, Tehran, h.1350, s.1–607; 606–1235.