Arzu Nağıyev: Redaktələr arasındakı fərq
Rescuing 3 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.1 |
|||
Sətir 26: | Sətir 26: | ||
=== Əmək fəaliyyəti === |
=== Əmək fəaliyyəti === |
||
1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş,<ref>{{cite web |url =https://yenixeber.org/arasdirma/87173-arzu-nagiyev-kimdir-.html |archiveurl = |archivedate = |
1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş,<ref>{{cite web |url =https://yenixeber.org/arasdirma/87173-arzu-nagiyev-kimdir-.html |archiveurl =https://web.archive.org/web/20210509004820/https://yenixeber.org/arasdirma/87173-arzu-nagiyev-kimdir-.html |archivedate =2021-05-09 |title =Arzu Nağıyev kimdir? –“KQB” POLKOVNİKİ, media KAPİTANI |author = |date = |publisher =yenixeber.org |accessdate =2020-08-30 |language =az |url-status =live }}</ref> 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində,<ref>{{cite web |url =https://az.trend.az/azerbaijan/politics/2469386.html |archiveurl =https://web.archive.org/web/20200620225815/https://az.trend.az/azerbaijan/politics/2469386.html |archivedate =2020-06-20 |title =Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması vaxtında verilmiş qərardır |author = |date = |publisher =trend.az |accessdate =2020-08-30 |language =az |url-status =live }}</ref> daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır. 2011-ci ildən "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir.<ref>{{cite web |url =https://sia.az/az/news/election2020/784428.html |archiveurl =https://web.archive.org/web/20210513230547/https://sia.az/az/news/election2020/784428.html |archivedate =2021-05-13 |title = |author =Arzu Nağıyev kimdir? – “KQB” POLKOVNİKİ, media KAPİTANI |date = |publisher =sia.az |accessdate =2020-08-30 |language =az |url-status =live }}</ref> |
||
=== Siyasi fəaliyyəti === |
=== Siyasi fəaliyyəti === |
13:49, 10 sentyabr 2022 tarixindəki versiya
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Arzu Nağıyev | |
---|---|
Fayl:Arzu Nağıyev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyul 1963 (60 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonununda anadan olmuşdur. 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirmişdir. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamlamışdır.
Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın müəllifidir.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti
1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş,[1] 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində,[2] daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır. 2011-ci ildən "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir.[3]
Siyasi fəaliyyəti
Azərbaycan Respublikası Milli Məclisinə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən VI çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, İsrail, Slovakiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilmişdir.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvüdür.
İstinadlar
- ↑ "Arzu Nağıyev kimdir? –"KQB" POLKOVNİKİ, media KAPİTANI" (az.). yenixeber.org. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- ↑ "Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması vaxtında verilmiş qərardır" (az.). trend.az. 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- ↑ Arzu Nağıyev kimdir? – “KQB” POLKOVNİKİ, media KAPİTANI. (az.). sia.az https://sia.az/az/news/election2020/784428.html (#bare_url_missing_title). 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.