Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Vartaşen rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist və hərbi qulluqçu, Azərbaycan Milli Məclisinin VI çağırış deputatı.
Arzu Nağıyev | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI çağırış — 104 saylı Gədəbəy–Tovuz VII çağırış — 105 saylı Gədəbəy–Tovuz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyul 1963 (61 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Xidmət illəri | 1989–2011 |
Döyüşlər | Qarabağ müharibəsi (1991–1994) |
Rütbəsi | Polkovnik |
|
|
Təltifləri |
|
Arzu Nəsib oğlu Nağıyev 27 iyul 1963-cü ildə Oğuz rayonunun Baş Layısqı qəsəbəsində anadan olub.[1] 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun olub.[1] 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarını qırmızı diplomla bitirib.[1]
Birinci Qarabağ müharibəsi veteranıdır.[1] Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1] 5 bədii, 2 sənədli kitabın, çoxsaylı araşdırmaların və yazıların müəllifidir.[1]
Rus dilini bilir.[1] Evlidir, 2 övladı var.[1]
Arzu Nağıyev 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmiş, 1987–1989-cu illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri olmuşdur.[1]
1989–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışmışdır.[1]
2011–2021-ci illərdə "Trend" Beynəlxalq İnformasiya Agentliyi baş direktorunun müavini olmuşdur.[1]
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Arzu Nağıyev 104 saylı Gədəbəy-Tovuz dairəsindən bitərəf qaydada namizədliyini irəli sürmüşdür. Nəticələrə əsasən Arzu Nağıyev 56,20% səslə Milli Məclisin deputatı seçilmişdir.[2] Milli Məclisin Müdafiə, təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi, Əmək və sosial siyasət Komitəsi üzvüdür.[3] Həmçinin Azərbaycan–Gürcüstan parlamentləri ilə əlaqələr üzrə qrupunun rəhbəri,[4] Azərbaycan–Belarus, Azərbaycan–Estoniya, Azərbaycan–İsrail, Azərbaycan–Rumıniya, Azərbaycan–Slovakiya, Azərbaycan–Türkiyə və Azərbaycan–Venesuela parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.[3]
5 iyun 2020-ci ildən Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının üzvüdür.[1]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü ildə "Şöhrət" ordeni, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.