Mahmızlı yemişan: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Redaktənin izahı yoxdur
k Sortilegus Crataegus crus-galli səhifəsinin adını Mahmızlı yemişan olaraq dəyişdi.
 
(Fərq yoxdur)

Səhifəsinin 12:14, 29 yanvar 2023 tarixinə olan son versiyası

Mahmızlı yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir.

Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir.

Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

Digər növlərə nisbətən budanması bitkinin dekorativ görünüşünü itirir. Dekorativ formaları vardır: iynəsiz (f.inermis); ensiz yarpaqlı (f.salicifolia) – xətvari-lansetvari yarpaqlı (f.lanciofolia); parlaq (f.splendens). Mahmızlı yemişan hündür, keçilməz canlı hasarların salınması üçün yararlıdır.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 476.