Öd kisəsinin ləğvi: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil veb redaktə |
k orfoqrafik düzəlişlər |
||
Sətir 18: | Sətir 18: | ||
* {{az-lat|Öd kisəsinin iltihabı|cholecystitis}} |
* {{az-lat|Öd kisəsinin iltihabı|cholecystitis}} |
||
* {{az-lat|Öd daşı xəstəliyi|cholecystolithiasis}} |
* {{az-lat|Öd daşı xəstəliyi|cholecystolithiasis}} |
||
{{az-lat|Öd kisəsinin iltihabı|cholecystitis}} və {{az-lat|Öd daşı xəstəliyi|cholecystolithiasis}} zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud [[kolik]]lərlə özünü |
{{az-lat|Öd kisəsinin iltihabı|cholecystitis}} və {{az-lat|Öd daşı xəstəliyi|cholecystolithiasis}} zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud [[kolik]]lərlə özünü büruzə verir. |
||
== Cərrahi müdaxilə == |
== Cərrahi müdaxilə == |
||
Sətir 26: | Sətir 26: | ||
=== Laparatomik üsul === |
=== Laparatomik üsul === |
||
Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 |
Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. {{tb-azlat|Öd axacağı|ductus cysticus}} və {{tb-azlat|öd arteriyası|arteria cysticus}} mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, [[drinaj (tibb)|drinaj]] qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır. |
||
=== Laparaskopik üsul === |
=== Laparaskopik üsul === |
21:02, 18 avqust 2023 tarixindəki versiya
Öd kisəsinin ləğvi | |
---|---|
| |
| |
XBT-9 | 575.0 |
XBT-9-KM | 575.0 |
MeSH | D002763 |
Vikianbarda əlaqəli mediafayllar |
Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy — сhole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədi ilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir.
Göstərişlər
Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər:
- Öd kisəsinin iltihabı (lat. cholecystitis)
- Öd daşı xəstəliyi (lat. cholecystolithiasis)
Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir.
Cərrahi müdaxilə
Tarixi
İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882 ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985 ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.
Laparatomik üsul
Laparatomik üsul eyni zamanda açıq üsul da adlanır. Bu zaman sağ qabırğaaltı nahiyədə (sağ qarınüstü nahiyədə) təqribən 10 cm uzunluğunda kəsik aparılmaqla qarın boşluğu yarılır. Bu kəsik öd kisəsinin əldə edilməsi üçün optimal sayılır. Öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın hemostazı (qanaxmanın durdurulması) icra edilərək, drinaj qoyularaq qarın boşluğu qat-qat tikişlərlə bağlanır.
Laparaskopik üsul
Laparaskopu qarın boşluğuna daxil etmək üçün göbək nahiyyəsindən 2 sm uzunluğunda kəsik aparılır. Əlavə olaraq döş sümüyünün altından bir və sağ qabırğaaltı nahiyədən isə daha bir kəsik aparılaraq müvafiq kəsici və sıxıcı laparaskopik alətlər qarın boşluğuna daxil edilir. Laparaskopik alətlərin köməyi ilə öd axacağı (lat. ductus cysticus) və öd arteriyası (lat. arteria cysticus) mobilizə olunaraq azad preparasiya olunduqdan sonra liqaturaya alınaraq kəsilir. Sonra isə öd kisəsi qaraciyərin eyniadlı yatağından azad preparasiya edilir. Daha sonra yatağın qaynaq üsulu ilə hemostazı aparılır. Preparat müvafiq laparoskopik kəsiyin bir qədər genişləndirilməsindən sonra (öd kisəsi dolu olduqda müvafiq punksion iynə vasitəsilə boşaldıldıqdan sonra xaric edilir) qarın boşluğundan xaric edilir. Kəsik toxumalar qat-qat tikilərək bağlanır. Çox vaxt dəri xüsusi tibbi yapışqan vasitəsilə yapışdırılır.
İstinadlar
- Miederer,S.E. et al.: Endoscopic transpapillary splitting of a choledochocele, Dtsch Med Wochenschrift, 1978, Feb.3:103(5):216–219