Uçan xalça

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:11, 4 fevral 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Viktor Vasnetsov, "Uçan xalça", 1880-ci il.

Uçan xalça — fantastik hava nəqliyyatı vasitəsi.

Tarixi

Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehirli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənd bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.

"Uçan xalça"nın bu günü

Dünya nağıllarındakı uçan xalça gerçəkləşə bilər. Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-ın Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.

Hələlik "uçan xalça"nın sürəti saniyədə 1 santimetrdir. Tədqiqatçı sürəti saniyədə 1 metrə çatdırmaq niyyətindədir. Layihə uğurlu olarsa, "uçan xalça" şəhərdaxili nəqliyyat kimi istifadə edilə bilər.[1][2][3][4][5] Bu layihəni gerçəkləşdirmək üçün iki üsul mövcuddur: daha yüngül materialdan və yaxud da daha güclü vasitələrdən istifadə etmək.[6] Qrup indi, bu çətinliyi aradan qaldırmaq üçün Günəş enerjisi ilə işləyən yeni bir model üzərində çalışır. Ancaq "uçan xalça"nın üzərində bir adamı aparması bu gün reallıqdan bir xeyli uzaq görünür.[7]

Uçan xalça dünya mədəniyyətində

"Uçan xalçalar" ta qədimdən müasir günümüzə qədər ədəbiyyat, kinocizgi filminin əsas ideyalarından biri olmuşdur.

İstinadlar

  1. "Uçan xalça" gerçək oldu
  2. Tədqiqat aparılır.
  3. "Uçan xalça"
  4. Xəyallarınızdakı "uçan xalça" real oldu
  5. Azərbaycan nağıllarındakı uçan xalça gerçəkləşə bilər.
  6. Физики спроектировали ковер-самолет  (rus.)
  7. Plastik uçan xalça edildi tərcümədə ing. — "{{{1}}}"