Françesko Bartolomeo Rastrelli

Vikipediya, azad ensiklopediya
Kholat Syakhl (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:42, 1 oktyabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Françesko Bartolomeo Rastrelli
it. Francesco Bartolomeo Rastrelli
rus. Растрелли, Бартоломео Франческо
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi 1771, 29 aprel (71 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya
Vətəndaşlığı Rusiya Rusiya
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Sankt-PeterburqKiev
Memarlıq üslubu Barokko
Əsas tikililəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli ; rus. Растрелли, Бартоломео Франческо) - Rusiya vətəndaşlığını qəbul etmiş İtaliyalı memar. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məhşur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayıÇarın kəndi (rus. Ца́рское Село) kompleksində yerləşən Katerina sarayı memarların ən məhşur işlərindəndəndir.

Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gedir. Gənc yaşlarında memarlığıa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır. Lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.