Azərbaycan Dövlət Dram Teatrı (Dərbənd)

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) (#‎100vikigün‬ ‪#‎100wikidays‬ üçün) tərəfindən edilmiş 06:51, 4 avqust 2015 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan Dövlət Dram TeatrıRusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən teatr.[1]

Tarixi

XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır.[1]

Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır.[1]

Binası

Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdır.[1]

İstinadlar

  1. 1 2 3 4 "Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı. president.az, 03.08.2015  (az.)