Azərbaycan Dövlət Dram Teatrı (rus. Азербайджанский государственный драматический театр) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən teatr.[1]
Azərbaycan Dövlət Dram Teatrı | |
---|---|
rus. Азербайджанский государственный драматический театр | |
Ümumi məlumatlar | |
Teatrın tipi | dram teatrı |
Əsası qoyulub | 1904 |
Yerləşməsi | |
42°03′27″ şm. e. 48°17′48″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Dərbənd |
Ünvan | Rusiya, Dərbənd |
|
XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır.[1]
1944-cü ildə səhnə pərdələri müvəqqəti olsa da bağlanmış, lakin 1994-cü ildə yenidən teatr qapılarını tamaşaçılarının üzünə açmışdır.
Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır.[1]
Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdır.[1]