Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti

Vikipediya saytından
178.48.242.240 (müzakirə) (→‎Fakültələr və tədris olunan ixitsaslar: vikiləşdirmə) tərəfindən edilmiş 22:15, 3 noyabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
BME
Xəritə
47°28′47″ şm. e. 19°03′21″ ş. u.
Əsası qoyulub 1782
Tip Dövlət
Rektor János Józsa
Tələbə sayı təxminən 25 min
Şəhər Budapeşt
Ölkə
Ünvan 1111 Budapest, Műegyetem rkp. 3
Sayt bme.hu
uni-bme.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (ing. Budapest University of Technology and Economics, mac. Budapesti Műszaki és Gazdaságtudományi Egyetem və ya qısaca Műegyetem, rəsmi qısaldılması BME), Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim texnologiya universitetidir. Universitetin əsası 1782-ci ildə qoyulub. BME-nin 110-dan çox departamenti və institutları, səkkiz fakültəsi var. Universitetdə təxminən 1100 mühazirəçi, 400 araşdırmaçı və digər dərəcəli müəllimlər, çoxlu sayda dəvət olunmuş mühazirəçilər və təcrübə keçən mütəxəssislər təhsil verir və araşdırmalar aparır. Son illərdə universitetin 25 000 tələbəsindən təxminən 1000-dən çoxu dünyanın dörd bir tərəfində yerləşən 50-dən çox xarici ölkədən gəlir. Budapeşt Texnologiya və İqtisadyyat Universiteti, Macarıstanın təxminən 70% mühəndislik dərəcələrini verir.

Tarixi

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin əsas kampusunun 1909-cu ildə çəkilmiş fotosu
  • 1635-ci ildə Macarıstanın baş arxiyepiskopu Peter Pazman (Péter Pázmány), Nacsombat (Nagyszombat) şəhərində Macarıstanın ilk Yeni Əsr Universitetinin əsasını qoyur. XVIII əsrin sonlarında universitet Budaya köçür və Buda Universteti adlanmağa başlayır. [2]
  • 1782-ci ildə imperator II İosif (Joseph II), Buda Universitetində Liberal İncəsənət fakultəsinin bir hissəsi kimi Həndəsə İnstitutunun (Institutum Geometricum) əsasını qoyur. Budapeşt Texnologiya və İqtsadiyyat Universitetinin sələfi olan bu İnstitut, Avropada torpaq araşdırması, çay nəzarəti və yol tikintisi üzrə təhsil alan tələbələrə mühəndislik dərəcəsi verən ilk təhsil müəsssəsidir[3].
  • 1850-ci ildə Həndəsə İnstitututu, İosif Texnologiya Kolleci ilə birləşir və beş il sonra birləşmiş institutlar Kral İosif Politexnik İnstitute adlanmağa başlayır. Latın dilinin macar dili ilə əvəz edildiyndən sonra 1862-ci ildə Kral İosif Politexnik institutu, Kral İosif Universiteti adlanmağa başlayır. Tezliklə Kral İosif Universiteti tam muxtariyyat əldə edir və beş il təhsil alanlara mühəndislik diplomlarının verilməsi haqqını qazanır. Universitet, mühəndisləri universitet səviyyəsində hazırlayan Avropada ilk institutlardandır.
  • XX-ci əsrin əvvəllərində Kral İosif Universiteti, “Doctor Rerum Technicarum” adlı doktorluq dərəcəsini təltif etmək hüququna malik olur. 1925-ci ldə ilk dəfə qadın tələbələr qəbul olunur və 1939-cu ildə Davamlı Təhsil İnstitutu qapılarını tələbələr üçün açıq edir.
  • 1949-cu ildə “Budapeşt Texniki Universiteti” adı rəsmləşir. O zaman universitet bu fakultələrdən ibarət idi: Mülki Mühəndislik, Mexanika Mühəndisliyi, Memarlıq, Kimya Mühəndisliyi və Elektrik Mühndisliyi (yaranma tarixlərinə uyğun olaraq). Altı il sonar Nəqliyyat Mühəndisliyi Fakultəsinin əsası qoyulur. 1984-cü ildə isə ingilis dili macar dili kimi təlim və tədris dili kimi seçilir.
  • 1994-cü ildə Budapeşt Texniki Universiteti, Macarıstanda kredit sistemi tədbiq edən ilk universitetlərindən biri olur. Universitet, Avropa Kredit Transfer Sisteminə (European Credit Transfer System (ECTS) uyğun olaraq öz akkreditə olunmuş akademik proqramlarına kredit təyinatını tətbiq etməyə başlayır.
  • 1998-ci ildə Təbii Elmlər və İqtsadiyya və Sosyal Elmlər Fakultələrinin əsasları qoyulur. Sonda, 2000-ci ildə Universitetin adı rəsmi olaraq Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə dəyişilir.
Ali məktəbin əsas binası

Strukturu

Ali məktəbin kitabxanasının damı

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, mərkəzi büdcə institutu olaraq dövlət balansında fəaliyyət göstərən ictimai ali təhsil institutudur. Onun təsisat nizamnaməsi, İnsan Resursları Naziri tərəfindən verilib. Qanunlara uyğun olaraq, universitetin təşkilatıçılıq və əməliyyat şərtləri onun öz nizamnaməsində göstərilib.

Universitetin əsas qurumu, onun Senatıdır.[4] BME, fakultələrə bölünür. Təhsil, araşdırma, innovasiya və birbaşa əlavə xidmətlər, fakultələr tərəfindən aparılır. Fakultələr arası iş bölümü, təhsil və texnolgiya sahələri üzrə bölünür. Fakultələr, dekanların idarələri və digər ofislər tərəfindən idarə edilən departamentlər, institutlar, araşdırma mərkəzlərindən ibarətdir. İdarəçilik, Rektor və Kansler idarələri tərəfindən dəstəklənir.

Universitet tərəfindən əsası qoyulan və ya Universitetin sahib olduğu digər təşkilatlar var. Həmçinin, Universitetə rifah institutları, tələbə və ya müəllim qrupları və digər təşkilatlar bağlıdır.

Rektor, Universitetin baş idarədarı və təmsilçisidir. Kansler, Universitetin fəaliyyət göstərməsini, texniki şəraitləri, idarəetməni, maliyyə idaretməni təmin edir. Rektor və Kansler, strateji qərarlarları hazırlamaq üçün müntəzəm olaraq İdarə Heyətinin görüşlərini təşkil edir. İş əlaqələri, İnsan Resursları Qaydalarının Əlavəsində tənzimlənir.

Fakültələr və tədris olunan ixitsaslar

Yaranma tarixlərinə uyğun olaraq Universitetin fakultələri[5]:

  • Mülki Mühəndislik Fakultəsi (ÉMK)
  • Mexaniki Mühəndislik Fakultəsi (GPK)
  • Memarlıq Fakultəsi (ÉPK)
  • Kimya Texnologiyası və Biotexnologiya Fakultəsi (VBK)
  • Elektrik Mühəndisliyi və İnformatika Fakultəsi (VIK)
  • Nəqliyyat Mühəndisliyi və Minik Vasitəsi Mühəndisliyi fakultəsi (KSK)