Corc Olah

Corc Olah (ing. George Andrew Olah, mac. Oláh György; 22 may 1927[1][2][…], Budapeşt8 mart 2017[3][1][…], Beverli-Hillz, Kaliforniya[5]) — macar əsilli ABŞ kimyaçısı. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür.

Corc Olah
ing. George Andrew Olah
mac. Oláh György
Doğum adı Oláh András György
Doğum tarixi 22 may 1927(1927-05-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 mart 2017(2017-03-08)[3][1][…] (90 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Doğan günəş" ordeni
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Olah 1927-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Olah Budapeşt Texniki Universitetini bitirib və orada da doktorluq dərəcəsi alıb. O, öz elmi karyerasına macar kimyaçısı Qeza Zempelin yanında başlayıb. 1950-ci illərin əvvəllərində Olah Budapeşt Texniki Universitetinin Üzvi kimya İnstitutunda tədqiqat qrupu yaratmışdır və eyni zamanda 1954-cü ildə Macarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Kimya İnstitutunun yaradıcılarından biri olmuşdur. 1957-ci ildə Kanadaya köçmüş və 1965-ci ilə qədər "Dou Kemikal" şirkətində KanadadaABŞ-də işləmişdir və bundan sonra ali təhsil sisteminə qayıtmışdır. Onun rəhbərliyi altında Qərb Ehtiyat Universitetinin (Western Reserve University) və Ohayo ştatında Klivlenddə Keys Texnaloji İnstitutunun kimya fakültələri birləşdirilmişdir. 1977-ci ildə Cənubi Kaliforniya Universitetinə keçmiş, burada sonralar Loker adına Karbohidrogenlər İnstitutu adını almış institut yaratmışdır. 1996-cı ildən Cənubi Kaliforniya Universitetində onun adı ilə bağlı mühazirələr oxunur. Olah 8 mart 2017-ci ildə 89 yaşında vəfat etmişdir.

1976-cı ildən ABŞ-nin Milli Elmlər Akademiyasının, 1990-cı ildən Macarıstan Elmlər Akademiyasının üzvüdür. ABŞ-nin ən görkəmli alimləri üçün verilən Aleksandr fon Qumboldt adına mükafat (1979-cu ildə), 1996-cı ildə F. A. Kotton medalını almışdır. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür. 1997-ci ildə "London Kral Cəmiyyəti"nin xarici üzvü seçilmişdir. 2001-ci ildə Artur Kop mükafatı, 2007-ci ildə isə "Amerikan Kimya Cəmiyyəti" tərəfindən "Pristli" medalı ilə mükafatlandırılmışdır.

  1. 1 2 3 4 George A. Olah // Encyclopædia Britannica (ing.).
  2. 1 2 George A. Olah // Solomon Quqqenhaym muzeyi. 1937.
  3. 1 2 George Oláh, Nobel Prize Winning Hungarian-American Chemist, Dies at 89 (ing.). // Hungary Today 2017.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. 1 2 Meghalt Oláh György Nobel-díjas kémikus (mac.). // Index Magyarország: Index.hu Zrt., 2017. ISSN 1585-3241