Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (ing. Budapest University of Technology and Economics, mac. Budapesti Műszaki és Gazdaságtudományi Egyetem və ya qısaca Műegyetem, rəsmi qısaldılması BME[3]), Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim texnologiya universitetidir. Universitetin əsası 1782-ci ildə qoyulub. BME-nin 110-dan çox departamenti və institutları, səkkiz fakültəsi var. Universitetdə təxminən 1100 mühazirəçi, 400 araşdırmaçı və digər dərəcəli müəllimlər, çoxlu sayda dəvət olunmuş mühazirəçilər və təcrübə keçən mütəxəssislər təhsil verir və araşdırmalar aparır. Son illərdə universitetin 25 000 tələbəsindən təxminən 1000-dən çoxu dünyanın dörd bir tərəfində yerləşən 50-dən çox xarici ölkədən gəlir. Macarıstanda mühəndislik üzrə hazırlanan mütəxəssislərin 70 faizi BME-nin payına düşür.

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
BME
Xəritə
47°28′47″ şm. e. 19°03′21″ ş. u.HGYO
Əsası qoyulub 1782[1]
Tip Dövlət
Rektor János Józsa
Tələbə sayı təxminən 25 min
Şəhər Budapeşt
Ölkə
Ünvan 1111 Budapest, Műegyetem rkp. 3
Sayt bme.hu
uni-bme.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin əsas kampusunun 1909-cu ildə çəkilmiş fotosu
  • 1635-ci ildə Macarıstanın baş arxiyepiskopu Peter Pazman (Péter Pázmány), Nacsombat (Nagyszombat) şəhərində Macarıstanın ilk Yeni Əsr Universitetinin əsasını qoyur. XVIII əsrin sonlarında universitet Budaya köçür və Buda Universteti adlanmağa başlayır.[4]
  • 1782-ci ildə imperator II İosif (Joseph II), Buda Universitetində Liberal İncəsənət fakultəsinin bir hissəsi kimi Həndəsə İnstitutunun (Institutum Geometricum) əsasını qoyur. Budapeşt Texnologiya və İqtsadiyyat Universitetinin sələfi olan bu İnstitut, Avropada torpaq araşdırması, çay nəzarəti və yol tikintisi üzrə təhsil alan tələbələrə mühəndislik dərəcəsi verən ilk təhsil müəsssəsidir[5].
  • 1850-ci ildə Həndəsə İnstitututu, İosif Texnologiya Kolleci ilə birləşir və beş il sonra birləşmiş institutlar Kral İosif Politexnik İnstitute adlanmağa başlayır. Latın dilinin macar dili ilə əvəz edildiyndən sonra 1862-ci ildə Kral İosif Politexnik institutu, Kral İosif Universiteti adlanmağa başlayır. Tezliklə Kral İosif Universiteti tam muxtariyyat əldə edir və beş il təhsil alanlara mühəndislik diplomlarının verilməsi haqqını qazanır. Universitet, mühəndisləri universitet səviyyəsində hazırlayan Avropada ilk institutlardandır.
  • XX-ci əsrin əvvəllərində Kral İosif Universiteti, “Doctor Rerum Technicarum” adlı doktorluq dərəcəsini təltif etmək hüququna malik olur. 1925-ci ldə ilk dəfə qadın tələbələr qəbul olunur və 1939-cu ildə Davamlı Təhsil İnstitutu qapılarını tələbələr üçün açıq edir.
  • 1949-cu ildə “Budapeşt Texniki Universiteti” adı rəsmləşir. O zaman universitet bu fakultələrdən ibarət idi: Mülki Mühəndislik, Mexanika Mühəndisliyi, Memarlıq, Kimya Mühəndisliyi və Elektrik Mühndisliyi (yaranma tarixlərinə uyğun olaraq). Altı il sonar Nəqliyyat Mühəndisliyi Fakultəsinin əsası qoyulur. 1984-cü ildə isə ingilis dili macar dili kimi təlim və tədris dili kimi seçilir.
  • 1994-cü ildə Budapeşt Texniki Universiteti, Macarıstanda kredit sistemi tədbiq edən ilk universitetlərindən biri olur. Universitet, Avropa Kredit Transfer Sisteminə (European Credit Transfer System (ECTS) uyğun olaraq öz akkreditə olunmuş akademik proqramlarına kredit təyinatını tətbiq etməyə başlayır.
  • 1998-ci ildə Təbii Elmlər və İqtsadiyya və Sosyal Elmlər Fakultələrinin əsasları qoyulur. Sonda, 2000-ci ildə Universitetin adı rəsmi olaraq Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə dəyişilir.
Ali məktəbin əsas binası

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, mərkəzi büdcə institutu olaraq dövlət balansında fəaliyyət göstərən ictimai ali təhsil institutudur. Onun təsisat nizamnaməsi, İnsan Resursları Naziri tərəfindən verilib. Qanunlara uyğun olaraq, universitetin təşkilatıçılıq və əməliyyat şərtləri onun öz nizamnaməsində göstərilib.

Universitetin əsas qurumu, onun Senatıdır.[6] BME, fakultələrə bölünür. Təhsil, araşdırma, innovasiya və birbaşa əlavə xidmətlər, fakultələr tərəfindən aparılır. Fakultələr arası iş bölümü, təhsil və texnolgiya sahələri üzrə bölünür. Fakultələr, dekanların idarələri və digər ofislər tərəfindən idarə edilən departamentlər, institutlar, araşdırma mərkəzlərindən ibarətdir. İdarəçilik, Rektor və Kansler idarələri tərəfindən dəstəklənir.

Universitet tərəfindən əsası qoyulan və ya Universitetin sahib olduğu digər təşkilatlar var. Həmçinin, Universitetə rifah institutları, tələbə və ya müəllim qrupları və digər təşkilatlar bağlıdır.

Rektor, Universitetin baş idarədarı və təmsilçisidir. Kansler, Universitetin fəaliyyət göstərməsini, texniki şəraitləri, idarəetməni, maliyyə idaretməni təmin edir. Rektor və Kansler, strateji qərarlarları hazırlamaq üçün müntəzəm olaraq İdarə Heyətinin görüşlərini təşkil edir. İş əlaqələri, İnsan Resursları Qaydalarının Əlavəsində tənzimlənir.

Fakültələr və tədris olunan ixitsaslar

[redaktə | mənbəni redaktə et]

Yaranma tarixlərinə uyğun olaraq Universitetin fakultələri[7]:

[redaktə | mənbəni redaktə et]

1. Mülki Mühəndislik Fakultəsi (ÉMK)

  • Geodeziya və Tədqiqat
  • İnşaat Materialları və Geologiya Mühəndisliyi
  • Fotoqrammetriya və Geoinformatika
  • Geotexnika
  • Struktur Mühəndisliyi
  • Memarlıq Mühəndisliyi
  • Struktur Mexanika
  • Structural Engineering
  • Magistral və Dəmiryol Mühəndisliyi
  • Hidravlik və Su Resursları Mühəndisliyi
  • Sanitar və Ətraf Mühit Mühəndisliyi

2. Mexaniki Mühəndislik Fakultəsi (GPK)

3. Memarlıq Fakultəsi (ÉPK)

4. Kimya Texnologiyası və Biotexnologiya Fakultəsi (VBK)

5. Elektrik Mühəndisliyi və İnformatika Fakultəsi (VIK)

  • Avtomatlaşdırma və Tətbiqi İnformatika
  • Elektronik Texnologiya
  • Elektron Cihazlar
  • Şəbəkələşmiş Sistemlər və Xidmətlər departamenti
  • Nəzrət Mühəndisliyi və İnformasya Texnologiyası
  • Ölçü və İnformasiya Sistemləri
  • Kompüter Elmi və İnformasiya Nəzəriyyəsi
  • Genişzolaqlı İnfokommunikasiya və Elektromaqnetik Nəzəriyyə
  • Telekommunikasiya və Mediya İnformatikası
  • Elektrik Enerjisi Mühəndisliyi

6. Nəqliyyat Mühəndisliyi və Minik Vasitəsi Mühəndisliyi fakultəsi (KSK)

7. Təbii Elmlər Fakultəsi (TTK)

  • Riyaziyyat İnstitututu
  • Cəbr departamenti
  • Təhlil departamenti
  • Fərqli tənliklər departamenti
  • Həndəsə departamenti
  • Stokastik departamenti
  • Nüvə Texnikaları İnstitutu
  • Nüvə Texnikaları departamenti
  • Nüvə Enerjisi departamenti
  • Fizika İnstitutu
  • Atom Fizikası departamenti
  • Fizika departamenti
  • Nəzəriyyə Fizikası departamenti
  • İdrak Elmləri departamenti

8. İqtisadiyyat və Sosyal Elmlər fakultəsi (GTK)

Ali məktəbin auditorialarından biri

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, ali təhsil qurumları arasında daima beynalxalq reytinqlərdə qabaqcıl yerlərdə olub[8]. Bu reytinqlər universitetlər barədə tam etibarlı göstəricilər olmasa da, dünyanın ən yaxşı universitetləri ilə metodologiya və standartlar əsasında müqayisə aparmaq olar. Fərqli reytinqlər xüsusi metodlar və fərqli məlumat bazalarına malikdirlər. Məsələn, elmi tanınma Nobel mükafatlarının sayına, nəşrlərin məlumatlarına (Web of Science, Scopus citations), patentlərin sayına (WIPO, Patstat) görə ölçülür. Bu mənada həmçinin universitetlər barədə daxili məlumatlar da nəzərə alınır (fakültə, tələbələr və s.).

Times Higher Education-a əsasən BME, dünyanın 800 ən yaxşı universitetləri arasındadır.[9] "Times Higher Education Rakings"in yazarı Phil Bathy Universitetə göndərdiyi məktubda BME-ni 601-800 yerlərə daxil edib. Araşdırmaya əsasən, BME sənayə gəlirinə və bilik transferinə görə ən yaxşı universitetlərdəndir. Bu sahədə BME 373-cü yeri tutur və 39.7 xal toplayıb. Belə ki, universitetin bu göstəricisi orta xal olan 36.9-dan yüksəkdədir.

Bu mənada, Webometrics ranking-ə görə Universitet 395-ci yerdədir[10]. So

nuncu dəfə universitet 428-ci yerdə idi və böyük sıçrayış edib. Mərkəzi və Şərqi Avropa regionunda bu göstərici 10-cu yerə bərabərdir[11].

Quacquarelli Symonds ranking-ə (QS World University Rankings 2014/15) əsasən, BME, mühəndislik və texnologiya sahələrində dünyanın ən yaxşı 400 universiteti sırasındadır və 254-cü yerdə qərarlaşıb[12]. Daha geniş araşıdırma əsasında müəyyən edilən bu beynəlxalq reytinq, universitetləri dörd əsas kriteriyalara görə müəyyənləşdirib:

  • elm dünyasında institutun məşhurluğu (BME bu göstəricidə 162-cidir)[13] ;
  • sorğu aparanlarına rəyləri;
  • nəşr edilən araşdırmaların sitat olunma indeksləri;
  • h-indeks sitatları (son üç kriteriyada BME 201-ci yerdədir).

AcademyRank.com-a görə, BME Macarıstanda birinci, Avropada 96-cı, dünyada isə 421-ci yerdədir.

Center For World University Rankings (CUWR) BME-ni təhsilin keyfiyyətinə görə dünyada 256-cı, fakültələırin reytinqinə görə isə 218-ci yerdə görür[14]

Eduniversal-a görə, BME Şərqi Avropada Mühasibat uçotu və Audit sahələrində 9-cu, Korporativ Maliyyə sahəsində 15-ci, Marketinq sahəsində isə 13-cüdür. Bu reytinq 154 ölkənin 30 təhsil sahəsinə malik universitetləri arasında tərtib olunub.[15]

«QS University Rankings: Emerging Europe and Central Asia (EECA)» reytinqinə görə görə BME regionda ən yaxşı 150 universitet arasında 32-cidir.[16]

“Science without Borders” proqramına görə, Braziliyadan olan ən çox tələbələrin təhsil aldığı ölkələr arasında Macarıstan universitetlər arasında isə BME də var[17]. Braziliya hökuməti tərəfindən ərsəyə gələn bu proqrama əsasən, 55 657 braziliyalı tələbə bir və ya daha çox semestr ali təhsillərini ölkə xaricində alır. Ən üst pillələrdə Macarıstan yerləşir. Ölkə, Avropada 7-ci, dünyada isə 11-cidir. Universitetlərə gəlincə, BME, dünyada ən çox braziliyalı tələbə qəbul edən 5-ci universitetdir. Macarıstan universitetləri arasında isə BME birinci yerdə qərarlaşır (538 tələbə).[18]

Məşhur məzunları və əməkdaşları

[redaktə | mənbəni redaktə et]
Binanın əsas "K" kampusunun gecə görünüşü

Nobel mükafatı laureatları

[redaktə | mənbəni redaktə et]
Corc Olah
  • Deneş Qabor (Dénes Gábor ), holoqrafiyanın yaradıcısı (1971 Fizika üzrə Nobel mükafatçısı);
  • Corc Olah (George Oláh) (1994 Kimya üzrə Nobel mükafatçısı)[19] ;
  • Viqner Ceno (Wigner Jenő) (1963 Fizika üzrə Nobel mükafatçısı);
  • Fülop von Lenart (Fülöp von Lénárd) (1905 Fizika üzrə Nobel mükafatçısı);
  • Dona Banki (Donát Bánki) – müasir karbüratorun yaradıcılarından biri;
  • Pal Erdöş (Pál Erdős) – riyaziyyatçı;
  • Karoy Ereki (Károly Ereky) – 1917-ci ildə biotexnologiya anlayışını ilk dəfə istifadə edib;
  • Arpad Qereç (Árpád Gerecs) – kimya mühəndisi;
  • Alfred Hayoş (Alfréd Hajós) – üzgüçülük üzrə Olimpiya çempionu;
  • Zoltan Hayoş (Zoltan Hajos) – orqanik kimyaçı;
  • Alayoş Hausman (Alajos Hauszmann) – məşhur Buda Qalasının memarı;
  • Çaba Horvat (Csaba Horváth) – kimya mühəndisi, ilk yüksək maye xromatoqrafiyanı inşa edib;
  • Kalman Kando (Kálmán Kandó) – fırlanan fazalı konverterli AC enerjili elektrik parovozun «atası»;
  • Todor Karman (Tódor Kármán) – super-dalğalı uçuşun «atası»;
  • Layoş Kollar (Lajos Kollár) – mülki mühəndis;
  • Karoy Köş (Károly Kós) – Budapeşt Zooparkı və Botanik bağının memarı;
  • İmre Makoveç (Imre Makovecz) – memar, orqanik memarlığın ən görkəmli tərəfdarlarından biri;
  • Deneş Mihay (Dénes Mihály) – mühəndis, ixtiraçı;
  • Şamu Peçs (Samu Pecz) - Budapeşt Böyük Bazarın memarı;
  • Jozef Petsval (Josef Petzval) – fizik, riyaziyyatçı və ixtiraçı;
  • Ernö Rubik (Ernő Rubik) – memar, mexaniki pazl bulmacanın ixtiraçısı;
  • Fridyeş Şulek (Frigyes Schulek) - məşhur Balıqçı bastionunun memarı;
  • Karoy Şimoni (Károly Simonyi) – fizik, Şarl Şimoninin atası;
  • İmre Şteyndl (Imre Steindl) – Macar Parlamentinin memarı
  • Leo Silard (Leó Szilárd ) – fizik, atom bombasının «atası», nüvə reaktorunun iki ixtiraçısından biri;
  • Kalman Tihan (Kálmán Tihanyi) – Plazma TV-nin ixtiraçısı, CRT-borusunun təşəbbüsçüsü, ilk pilotsuz təyyarənin tərtibini verib;
  • Eva Veçeyi (Eva Vecsei) – memar, Monrealda yaşayır.
Ali məktəbin kitabxanasının damı

Universitet, Szabadság (Azadlıq) və Petőfi körpüləri arasında Rákóczi körpüsü istiqamətdə Dunay çayının sağ tərəfində yerləşir. Bu isə universitet kampusunu daha uzun və dar edir: universitetin bir hissəsindən o biri hissəsinə gediş 20 dəqiqə vaxt aparır. Budapeştin İçəri şəhəri (Peşt) çay boyuncadır, körpülərdən oraya 10 dəqiqəlik piyada yol var.

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]

Universitetin “Műegyetemi AFC” idman klubu var. 1901-ci ildə komanda Macarıstan Liqasında çıxış edib. Univesitet 2008-ci ilin oktyabrında Dünya Universitetləri arası Oyunları qəbul edib.

BME-nin CrySyS Lab komandası dünyanın ən böyük və davamlı təhsil haker yarışması olan "International Capture The Flag"də qalib gəlib. Yarışda dünyanın müxtəlif ölkələrinin 88 komandası iştirak etmişdi. BME, Kriptoqrafiya və Sistem Qorunması Laboratoriyasının «!SpamAndHex» komandası ilə təmsil olunurdu. Laboratoriya, Şəbəkələşmiş Sistemlər və Xidmətlər departamentinə aiddir.[20]

BME-nin Telekommunikasiya və Mediya İnformatikası departmentinin araşdırmaçılar komandası "Hər şeyin nəzəriyyəsi" filminin dublyajında iştirak edib[21]. Macar film şirkəti «Mafilm» dünyanın ən məşhur fiziklərindən olan Stiven Hokinqsin həyatına aid olan filmdə alimin cihazının ərsəyə gətirdiyi qırxa yaxın cümlənin ingilis dilindən macar dilinə tərcüməsində iştirak etmək üçün BME mütəxəssislərini dəvət edib.

Mərkəzi Avropada ilk dəfə olaraq BME-nin tələbələri «Solar Decathlon Europe 2012» yarışında "Odoo" adlı uğurlu tenderi təqdim ediblər. Bu isə onların yarışmanın bütün şərtlərini həyata keçirməsi deməkdir. Hal-hazırda komandada 50 tələbə üzvü var, onlar təkcə Memarlıq Fakultəsindən deyil, həmçinin Mexaniki Mühəndislik Fakultəsi və digər mühəndislik fakultələrindən də tələbələr var. Onların məqsədi innovativ günəş binası yaratmaqla orada özlərinin memarlıq və texniki inkişaflarını tətbiq etmək idi.[22]

BME-də nəşr olunuan «Express Polymer Letters» (EPL) jurnalı, Macarıstanda təsiredici gücə malik jurnallar arasında birincidir. Bu kateqoriya üzrə EPL 35 macar jurnalların arasında yarışmanın qalibi olub. Bu göstəricinin özəlliyi ondadır ki, EPL-dan sonra gələn səkkiz jurnal «Kluwer-Akadémiai Kiadó» və ya «Springer» kimi aparıcı publisist şirkətlərə aiddir.[23]

BME-nin Formula yarış komandası fəaliyyət göstərir. Komanda, 2007-ci ildə Formula Tələbə yarışlardına iştirak etmək məqsədi ilə yaranıb. Bu yarış isə Macarıstanda ənənə halını alıb. Son illərdə komanda 4 yarış maşını hazırlayıblar, müxtəlif sahələrdən ibarət işdə (dizayn, logistika, biznes, istehsalat və s.) 180 yaxın insan iştirak edib. Hal-hazırda komandada aktiv 30 adam fəaliyyət göstərir. Onlar arasında mexaniklər,avto və elektrik mühəndislər, iqtisadiyyat üzrə tələbələr və s. vardır.[24]

BME-nin «RescueBot» Yarış komandası, «Boeing»-in maliyyə dəstəyi ilə keçirilən «ARLISS» yarışında iştirak edən bir qrup tələbələrdən ibarətdir. Beynəlxalq tələbə komandasının bir hissəsi olaraq onlar öz-özünə ona göstərilən hədəfə tərəf hərəkət edə bilən robot cihazının inkişaf etdirirlər. BME «RescueBot» komandası mexanika mühəndisliyi sahəsində mekatronika ixtisası üzrə təhsil alan 5 tələbədən ibarətdir. Onlar ABŞ-nin Corciya Texnologiya Universitetinin və Cənubi Koreyanın Kumoh Texnologiya Milli İnstitutunun tələbələri ilə sıx əməkdaşlıq edirlər. Tələbələr BME-nin Tətbiqi Mexanika departamentinin nəzarəti altında fəaliyyət göstərirlər.[25]

12 fevral 2012-ci ildə BME-nin tələbələri Macarıstanın ilk yerli peykini hazırladılar. «MaSat-1» adlanan peyk orbitaya buraxılan və Macarstanı bu mənada 47-ci ölkə edən peyk oldu. 9-10 yanvar 2015-ci il tarixlərində peyk atmosferaya daxil oldu, belə də onun missiyası tamamlandı.[26]

  1. "www.bme-budapest.com: BME-nin Azərbaycan nümayəndəliyi". 2017-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-25.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. "bme.hu: Welcome to the International and Scientific Section!". 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-25.
  4. "www.bme.hu: Brief History – Budapest University of Technology and Economics". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  5. "Budapesti Műszaki és Gazdaságtudományi Egyetem (BME) (Budapest University of Technology and Economics)". 2012-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  6. The organizational structure of BME Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine. bme.hu
  7. "bme.hu: Bulletin" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-10-31.
  8. "BME in international and domestic rankings". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  9. "bme.hu: BME among the 800 best higher education institutes of the World". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  10. "University of Technology and Economics among the top ones". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  11. "Webomterics.info: Central Eastern Europe". 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  12. "QS World University Rankings by Faculty 2014 - Engineering and Technology". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  13. "BME among the World's Best Universities for Engineering and Technology". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  14. "CUWR.org: Budapest University of Technology and Economics Ranking". 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  15. "4000 BEST MASTERS & MBA's IN 30 FIELDS OF STUDIES WORLDWIDE". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  16. "QS University Rankings: EECA 2015". 2016-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  17. "BME is among the Top Five Universities in the "Brazilian Project"". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  18. "Painel de Controle do Programa Ciência sem Fronteiras". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
  19. "Nobel-díjas professzorunk". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  20. "BME team are the best hackers in the world". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  21. "Researchers of BME Created Hungarian Version of Stephen Hawking's Voice!". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  22. "bme.hu : ODOO Project Placed 6th in the Solar Decathlon Europe 2012!". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  23. "bme.hu: Journal of BME GPK is the Hungarian champion of the year". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  24. BME Formula Racing Team[ölü keçid]
  25. "BME RescueBot Competition Team". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.
  26. "Index.hu: Nem küld több jelet a Masat-1". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-31.