Aleksandr İvanov (güləşçi)

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:00, 13 aprel 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:İdmançı məlumat qutusu

Aleksandr Nikolayeviç İvanov — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi.

Bioqrafiyası

1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.[1]. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir.

İdman naliyyətləri

1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 19721973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur. 1974-cü ildə isə çempion olur. Bu uğurunu isə 1976-cı ildə təkrarlıya bilir.

1972-ci keçirilən Yay Olimpiya oyunlarında 52 kq çəki dərəcəsində yarışmışdır.

Döyüşləri:

  • Birinci dairə, 8-ci dəqiqədə qalib gəlmişdir. Eloya Abrey (Kuba);
  • İkinci dairə, 22-4 hesabı ilə qalib gəlmişdir. Konstannn Midun (Rumıniya);
  • Üçüncü dairə, 16-10 hesabı ilə qalib gəlmişdir. Ceyms Hayns (ABŞ);
  • Dördüncü dairə, 22-19 hesabı ilə qalib gəlmişdir. Li Bonq Suna (Şimali Koreya);
  • Altıncı dairə, 26-5 hesabı ilə qalib gəlmişdir. Vladislav Steşik (Polşa)

Birinci final yarışmasının üçüncü dəqiqəsində Con He Sopa (Cənubi Koreya) qalib gələrək finala çıxır. Final görüşündə isə Yuci Takadaya (Yaponiya) məğlub olaraq ikinci yeri tutur[2]

Tiflisdə keçirilən beynəlxalq yarışmanın dördqat çempionu (1971, 1973, 1977, 1978), veteran-ustalar arasında çempion (1993).[3]

1979-cu ildən peşəkar idmanı tərk edir. Hal-hazırda Mirnıy olimpiya təyinatlı məktəbin direktorudur.

Mükafatları

  • «Qütb ulduzu» (2006)[4]
  • Yakutiya MSSR əməkdar bədən tərbiyəsi xadimi.
  • ХХ əsr Saxa Respublikasının idman lauriyyatı.
  • Yakutsk şəhərinin fəxri vətəndaşı (1998)[5]
  • Suntar ulusunun fəxri vətəndaşı.

İstinadlar

  1. Federal informasiya portalı «SakhaNews»
  2. Aleksandr Ivanov Biography and Olympic Results
  3. Aleksandr Nikolayeviç İvanov
  4. "«Qütb ulduzu» ordeni kavalerləri — təltif olunanların siyahısı". Saxa Respublikasının rəsmi saytı. İstifadə tarixi: 2014-03-12.
  5. "Город Якутск: Почётные граждане". Официальный информационный портал Республики Саха (Якутия). İstifadə tarixi: 2014-03-12.