Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi.
Aleksandr İvanov | |
---|---|
Aleksandr Nikolayeviç İvanov | |
Şəxsi məlumatlar | |
Tam adı | Pavel Pavloviç Piniqin |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 158 sm |
İdman növü | Sərbəst güləş |
1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.[1]. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir.
1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur. 1974-cü ildə isə çempion olur. Bu uğurunu isə 1976-cı ildə təkrarlıya bilir.
1972-ci keçirilən Yay Olimpiya oyunlarında 52 kq çəki dərəcəsində yarışmışdır.
Döyüşləri:
Birinci final yarışmasının üçüncü dəqiqəsində Con He Sopa (Cənubi Koreya) qalib gələrək finala çıxır. Final görüşündə isə Yuci Takadaya (Yaponiya) məğlub olaraq ikinci yeri tutur[2]
Tiflisdə keçirilən beynəlxalq yarışmanın dördqat çempionu (1971, 1973, 1977, 1978), veteran-ustalar arasında çempion (1993).[3]
1979-cu ildən peşəkar idmanı tərk edir. Hal-hazırda Mirnıy olimpiya təyinatlı məktəbin direktorudur.