Sevinc Bünyatova

Vikipediya, azad ensiklopediya
Barselona99 (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:21, 12 may 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:İdmançı məlumat qutusu Sevinc BünyatovaAzərbaycanlı qılıncoynatan. 2015 Avropa Oyunlarının bürünc medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür.

Həyatı

Sevinc Bünyatova 5 oktyabr 1989-cu ildə Rusiyada anadan olmuşdur. Sevinc Bünyatova 1998-ci ildən idman ilə məşğul olur. Sevinc Bünyatova orta təhsilini Bakı şəhəri 84 nömrəli tam orta məktəbdə alıb.

Karyerası

Sevil Bünyatova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. Sevil Bünyatova qrup mərhələsində birinci olaraq Rusiyalı Viktoriya Kovalevanı 5-4, Böyük Britaniyalı Aliya İtzkovitzi 5-3, Ukraynalı Olqa Jovniri 5-4 və Belçikalı Aleksandra Gevaerti 5-3 hesabı ilə məğlub etdi. Sevil Bünyatova qrup mərhələsində yalnızca Rumıniyalı Bianka Paskuya 1-5 hesabı ilə məğlub oldu. 1/16 final mərhələsinə vəsiqə qazanan Sevil Bünyatovanın bu mərhələdə rəqibi Polşalı Magdalena Pasternak idi. Polşalı rəqibi ilə qarşılaşmadan Sevil Bünyatova inamlı qələbə ilə ayrıldı. 15-4. Növbəti 1/8 final mərhələsində onun rəqibi Rusiyalı Mariya Ridel idi. Rusiyalı rəqibi ilə qarşılaşmadan Sevil Bünyatova 15-9 hesablı qələbə ilə ayrıldı və 1/4 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə onun rəqibi Yunanıstanlı Vassilikli Vougiouka idi. Sevil Bünyatova bu qarşılaşmada da 15-12 hesablı qələbə qazanaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Yarım-final mərhələsində onun rəqibi Fransa idmançısı Margaux Rifkiss idi. Güclü Fransa idmançısı ilə mübarizədən Sevil Bünyatova 15-9 hesablı qələbə ilə ayrıldı və 2015 Avropa Oyunlarının finalına vəsiqə qazandı. Finalda onun rəqibi əkiz bacısı Sevinc Bünyatovanı yarım-final mərhələsində məğlub edən Polşalı Angelina Vator idi. Sevil Bünyatova finalda drammatik idman mübarizəsi şəraətində keçən qarşılaşmanın sonunda Polşa idmançısı Angelina Vatora 14-15 hesabı ilə məğlub oldu 2015 Avropa Oyunlarının gümüş medalını qazandı.

Sevinc Bünyatova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəsi

Sevinc Bünyatovanın əkic bacısı Sevil Bünyatova 2015 Avropa Oyunlarının qılınoynatma yarışlarının gümüş medalçısıdır.

Xarici keçidlər

İstinadlar