Sevinc Bünyatova (5 oktyabr 1989, Rusiya) — Azərbaycanı təmsil edən qılıncoynadan.
Sevinc Bünyatova | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Sevinc Yaqut qızı Bünyatova | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Rusiya | ||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Qılıncoynatma | ||||||||||
Medallar
|
Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub.[1] Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır.
Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.[2]